Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4084/2024 22.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onların birgə nikahlarından doğulmuş 14 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(044)-1787/2021 saylı qətnaməsi ilə Cavabdeh qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutumasına dair qətnaməsinə xitam verilərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 14 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və mediasiyaya ödədiyi 55 (əlli beş) manat xidmət haqqının Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 iyul 2019-cu ildə el adəti üzrə evlənmiş və həmin tarixdə də nikahlarını Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 14 iyul 2020-ci ildə X10 adlı uşaqları doğulmuşdur. Onlar evləndikləri ilk vaxtlar ailə münasibətləri normal olmuşdur. Sonradan xasiyyətləri tutmadığı üçüm onun iddiası əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(044)-2774/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(044)-1787/2021 saylı qətnaməsi ilə onların birgə nikahlarından doğulmuş 14 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh hərbiçi idi, ona görə normal əmək haqqı alırdı və əmək haqqısının 1/4 hissəsində aliment tutulurdu. Hazırda cavabdeh işdən çıxmış və başqa işlə məşğul olur, onun əmək haqqısı rəsmi 400 manat təşkil edir ki, eni zamanda 80 manat veteranlıq pulu alır ki, onun da 1/4 hissəsi cəmi 120 manat edir. 120 manat uşağın saxlanılmasında, bu aydan digər aya çıxmasında həddən artıq azlıq edir. Ona görə də o, cavabdehə uşağın saxlanılması üçün əlavə pul ödəməsini bildirsə də cavabdeh onun müraciətlərinə əhəmiyyət vermir. Cavabdehin əmək haqqısı rəsmi olaraq 400 manat təşkil etsə də, hesab edir ki, onun əmək haqqısı daha artıqdır. Bundan əlavə olaraq cavabdeh 80 manat veteranlıq pulu alır. Bütün bunlardan əlavə olaraq cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, onun normal qazancı vardır ki, o, normal aliment ödəmək iqtidarındadır. Ona görə də o, məcbur olur sabit pul məbləğində aliment təyin edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Ona görə də mediator ona ilkin mediasiyada cavabdehin iştirak etməməsi ilə bağlı arayış vermişdir. Bundan sonra o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh ilə onların birgə nikahlarından doğulmuş 14 iyul 2020-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(044)-1787/2021 saylı qətnaməsi ilə Cavabdeh qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair qətnaməsinə xitam verilərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 14 iyul 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə göndərərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(044)- 1787/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulması üsulunu dəyişdirərək, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə Cavabdeh 300 (üç yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ona cavabdehin iş yerini dəyişdiyini və "xxxx" Azərbaycan-X4 Cəmiyyətində feldşer vəzifəsində çalışaraq 600 manat əmək haqqı aldığını bildirmişdir. Bundan başqa cavabdehin Xaçmaz rayonunda fındıq, gilas bağları mövcuddur. Həmçinin, “X5” olmaqla 80 manat təqaüd alır. Cavabdehin gəlirləri olduqca yaxşıdır. Uşaqları 14 iyul 2020-ci il təvəllüdlü Raul xəstədir, mütəmadi müalicəyə ehtiyacı vardır. Buna görə də uşağın saxlanılması və müalicə xərclərini çatdıra bilmir. Ona görə də alimentin sabit pul məbləğində tutulmasını istəyir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iş yerini dəyişmişdir. Belə ki, "xxxx" Azərbaycan-X4 Cəmiyyətində feldşer vəzifəsində çalışaraq 556 manat əmək haqqı alır. Eyni zamanda, “X5” olduğu üçün 80 manat təqaüd alır. Onun qazancı, yəni maaşı müntəzəmdir. Başqa bir yerdən heç bir qazancı-gəliri yoxdur. Raul adlı uşağın saxlanılması üçün qazancının ¼ hissəsində tutulan aliment məbləği dəyişdirilərsə, hər ay sabit pul məbləği ilə 200 manat aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1787/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2774/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 28 iyul 2019-cu il tarixdə 1757 nömrəli akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci ildə doğulmuş X6 anası İddiaçı himayəsində saxlanılması və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. AZ-İV seriyalı, 486601 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 14 iyul 2020-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh Raul oğlu, anası: İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 20 iyun 2024-cü il tarixli, MŞG/MT033/2024-00317 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “sabit pul məbləğində aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 17:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (50 manat ims, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışından görünür ki, Cavabdeh “X5” olduğu üçün 80 manat təqaüd alır. Gəncə Şəhər Məhkəməsinin 8(125)-256/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-517/2022 nömrəli qanuni qüvvədə olan qətnaməsinin icrasına qısamüddətli mühafizə orderinin qüvvədə olduğu son tarixədək, yəni 17 sentyabr 2022-ci ilədək möhlət verilməsi qərara alınmışdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-037/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq pul təminatından 10 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşma cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 09 dekabr 2022-ci il tarixli, 316-12321/1222 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat işi başlanılmış və 300 (üç yüz) manat inzibati qaydada cərimə edilmişdir. Vətəndaş Y.Qasımova cəriməni ödədiyinə görə toplanmış inzibati icraat materialı işə əlavə edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 95 nömrəli, 17 avqust 2022-ci il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı 1 ay müddətinə qısamüddətli mühafizə orderinin verilməsi, Cavabdeh İddiaçı ilə ünsiyyətdə olmasının qadağan edilməsi, orderin icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilməsi və sərəncamın icrasına nəzarət Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq komissiyasına həvalə edilməsi qərara alınmışdır. 29 may 2024-cü il tarixli “Yeni Gəncə” Tibb Mərkəzi tərəfindən verilmiş X6 döş qəfəsinin R-müayinəsindən görünür ki, ağciyərlər: döş qəfəsi normostenikdir. Qabırğa arası sahələr və qabırğaların istiqaməti dəyişməmişdir. Hər iki ağ ciyərdə ocaqlı infiltrativ dəyişikliklər aşkarlanmamışdır. Köklər: sərt, liflidir. Ağciyər şəkli bronx komponenti hesabına güclənmişdir. Diafraqma: qübbələri hərəkətlidir, sinuslar sərbəstdir. Ürək: hüdudları yaşa uyğundur. 25 may 2024-cü il tarixli “Mərkəzi Klinika” Gəncə Xəstəxanası tərəfindən verilmiş dərialtı toxumaların u.s.m-dən görünür ki, X2 çənəaltı sahədə 32x21 mm ölçüdə böyümüş, hilusdan qanlanan, sonorqafik olaraq reaktiv olduğu düşünülən limfa düyünü izlənilir. Bundan əlavə boyunda hər iki tərəfdə 26x9 mm-dək ölçüdə çox sayda reaktiv limfa düyünü qeyd olunur. 15 fevral 2024-cü il tarixli “Mərkəzi Klinika” Gəncə Xəstəxanası tərəfindən verilmiş dərialtı toxumaların u.s.m-dən görünür ki, X8 boyunda hər iki tərəfdə 26x10mm-dək ölçüdə çox sayda böyümüş reaktiv limfa düyünləri izlənilir. Nəzərə çarpan kistik və ya solid törəmə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, X9 dəqiqləşdirilməmiş kəskin bronxit diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ X1 tərəfindən verilmiş 22 yanvar 2023-cü il tarixli, 29 nömrəli arayışdan görünür ki, İddiaçı övladı həqiqətən X3 şəhəri, Abbas Səhhət adına xəstəxanası Yoluxucu xəstəliklər şöbəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Yuxarı tənəffüs yollarının kəskin infeksiyası diaqnozu ilə ambulator müalicədədir. Evdə müalicə davam etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 14 iyul 2020-ci il təvəllüdlü X10 adlı 1 uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2774/82021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 28 iyul 2019-cu il tarixdə 1757 nömrəli akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci ildə doğulmuş X6 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1787/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşağın saxlanmasında kifayət etmədiyindən iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(044)-1787/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulması üsulunu dəyişdirərək, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə Cavabdeh 300 (üç yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, "xxxx" Azərbaycan-X4 Cəmiyyətində feldşer vəzifəsində çalışaraq 556 manat əmək haqqı aldığını, eyni zamanda, “X5” olduğu üçün 80 manat təqaüd aldığını, başqa bir yerdən heç bir qazancı-gəliri olmadığını, Raul adlı uşağın saxlanılması üçün qazancının ¼ hissəsində tutulan aliment məbləği dəyişdirilərsə hər ay sabit pul məbləği ilə 200 manat ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair tələbi qismən təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Lakin məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə uşağın saxlanması hər iki tərəfin valideynlik borcudur və məhkəmə alimentin yeni məbləğini müəyyən edərkən ilk növbədə uşağın yaşını, sağlamlıq, saxlanma xərclərinin artmasını və digər mənafelərini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü Raul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi hər iki tərəfin mənafeyinə daha uyğun olar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmənin yekun qənaətinə əsasən, iddia qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1787/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü Raul adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində müəyyən edilən alimentin məbləği dəyişdirilməli və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1787/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində müəyyən edilən alimentin tutulma üsulu dəyişdirilsin və Cavabdeh xx.xx.2020ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(125)-4084/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4084/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver