Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4085/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər nikahlarını xx.xx.2013-cü il tarixdə Gəncə nikah evində 74 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikahdan iki uşaq - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə evləndikləri gündən mehriban yaşasalar da, son 7 aydır ki, cavabdeh ailəsinə baxmır, ailələri dağılmaq üzrədir. Hazırda o birgə nikah dövründə cavabdehlə birlikdə aldıqları mülkdə yaşayır, heç bir yerdə yaşamağa yeri yoxdur. Qızı Aylin azyaşlı olduğu və yenidən hamilə olduğundan heç bir yerdə işləmir. Cavabdeh işləyir və onun aylıq əmək haqqı 1000 manatdan artıq təşkil edir, imkanı olduqca yaxşıdır, Gəncə şəhər Bülbül adına 3 saylı uşaq musiqi məktəbində müəllim vəzifəsində işləyir. Onun imkanı çatır ki, hər ay uşağa aliment versin. Buna baxmayaraq cavabdeh uşağına və ona hamilə olduğu halda heç bir maddi və mənəvi köməklik göstərmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin və onun dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, xx.xx.2023-cü il tarixdə doğulmuş digər uşağı üçün də aliment tələb edir, uşağın doğulması ilə əlaqədar məhkəmə iclasında vaxtında iştirak edə bilmədiyindən hesab edir ki, aliment uşağın doğulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək məktəbdə musiqi müəllimi işlədiyini bildirdi və uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün maaşının 1/3 hissəsi miqdarında alimentin tutulmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Dəsti X5 şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müəllim işləyir və müntəzəm əmək haqqı alır. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının hazırda iddiaçının (analarının) himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunması, uşaqların mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Bununla belə, qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbinə dair iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə icraaatı gedişində, xx.xx.2023-cü il tarixdə tərəflərin ikinci uşağı doğulmuşdur. Məhkəmə bu halı əsas götürərək hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçının xeyrinə cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı aliment xx.xx.2023-cü il tarixdən hesablanmalı, eyni zamanda xx.xx.2014-cü il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək cavabdehdən aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4085/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4085/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver