Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4091/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 noyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, məhkəmənin 23 may 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması müəyyən edilmiş, cavabdeh müəyyən müddət aliment ödənişləri etsə də sonradan işdən azad olunması səbəbindən işdən azad olunmuşdur. Odur ki, cavabdehdən 08 noyabr 2018-ci il tarixdən aliment tutulmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(044)-356/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, 15 avqust 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 noyabr 2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimentin İddiaçı xeyrinə tutulması qət edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(044)-356/2019-cu il tarixli icra vərəqəsindən görünür ki, məhkəmənin həmin qətnaməsi dərhal icraya yönəldilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçıya izah olunur ki, hazırda irəli sürdüyü iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan eyni tələbə yenidən baxıla bilməz. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4091/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4091/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver