Məhkəmə qərarları › İş №2(125)-4219/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4219/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4219/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçı Cavabdeh qarşı “təyin olunmuş aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “təyin olunmuş aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-653/2025 nömrəli qərarı ilə övladları xx.xx.2010-cu il təvəllüdlü X5 xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 hər ay hər uşaq üçün minimum əmək haqqının 0.55 mislində müəyyən edilmiş alimentin hər ay hər uşaq üçün minimum əmək haqqının 0.3 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-653/2025 nömrəli qərarının 12-ci bəndindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-557/2024 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu ildə Gəncə şəhər Qeydiyyat şöbəsində 34 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 Cavabdeh yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə olunmuş “Mersedes Benz C180” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4800 manat pulun cavabdeh İddiaçı alınaraq Cavabdeh ödənilməsi, birgə nikah dövründə əldə olunmuş Göygöl rayonu, Tülallar kəndində 0.25 ha torpaq sahəsində yerləşən 43.6 kvadratmetr olan və İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin paylara bölünməklə, ½ hissəsində Cavabdeh, ½ hissəsində isə İddiaçı payının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda həmin qərarın 25-ci bəndindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1784/2025 nömrəli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-557/2024 nömrəli qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin hissəsində dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat, cəmi 570 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin birgə nikah dövründə əldə olunmuş “Mersedes Benz C180” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4800 manat pul cavabdeh İddiaçı alınaraq Cavabdeh ödənilsin hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılması və qarşılıqlı iddianın birgə nikah dövründə əldə olunmuş “Mersedes Benz C180” markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin cavabdeh İddiaçı alınaraq Cavabdeh ödənilməsi hissəsinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-653/2025 nömrəli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1784/2025 nömrəli qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat, cəmi 570 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda İddiaçı isə “təyin olunmuş aliment məbləğinin azaldılması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün aliment tələbinə hər üç instansiya məhkəmələrində baxılmış, kassasiya instansiya məhkəməsində isə yekun aliment məbləği müəyyən edilmişdir. İddiaçı isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-653/2025 nömrəli qərarının qəbul edilməsindən sonra baş vermiş hər hansı dəyişikliyə əsaslanmadan, iddia qaldırılması üçün hər hansı yeni əsas yaranmadan (hansı ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən yeni əsasın yaranması görünmür) iddiaçı cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, belə bir manevr üsulundan istifadə etməklə eyni bir məsələnin məhkəmədə dəfələrlə baxılması həm qüvvədə olan məhkəmə qərarının sabitliyinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdim: İddiaçı Cavabdeh qarşı “təyin olunmuş aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar