Məhkəmə qərarları › İş №2(125)-4228/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4228/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4228/2024 20.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 İsa oğlunun sədrliyi, X9 Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-289/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Yusibova (Abbasova) Pərvanə Çingiz qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə X21 190 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2010-ci il tarixdə anadan olmuş X3 nikah pozulmasından sonra iddiaçı Yusibova (Abbasova) Pərvanə Çingiz qızının himayəsində saxlanımaları, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-cu il tarixdən başlayaraq, cavabdehdən hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin iddiaçı Yusibova (Abbasova) Pərvanə Çingiz qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahları xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB 2 nomrəli xidmət sahəsinin 02 iyul 2024-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 19, mənzil 2-də yaşayan İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə nikahları pozulandan sonra, yəni 2021-ci ilin dekabr ayından onların birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X1 Yusibovun himayəsində yaşamışlar. Ataları onlara hər cür diqqət və qayğı göstərir, onların təhsili ilə məşğul olur. Həmin vaxtdan uşaqlar heç vaxt analarının yanında yaşamamışlar. Aktı qonşular X10, X11, X8, X4, X12 imzalayaraq təsdiq etmişlər. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 235 manat olmaqla, cəmi 470 manat alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-289/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X3 cavabdehin yanında saxlanmaları və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə hər uşağa hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Nikahın pozulmasından sonra uşaqları 2-3 ay analarının yanında qaldıqdan sonra, onun yanında qalmağı seçmişlər və onlar könüllü olaraq onun yanına gəlib həmin vaxtdan bu günə kimi onun yanında yaşamışlar. Məhkəmənin qətnaməsinə əsasən müəyyən edilmiş uşaqlarının saxlanması üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq cavabdehə ödənilir. Hazırda uşaqları faktiki olaraq onun himayəsində yaşayırlar. Cavabdehdən uşaqlarının saxlanması üçün aliment tutularaq ona ödənilməlidir. Cavabdeh məktəbdə işləyir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, irəlıi sürdüyü aliment tələbinə dair iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı alimentin alınıb ona verilməsi barədə qətnamə olmasına baxmayaraq, o, həmin alimenti İddiaçı özünə qaytarır. Belə ki, hazırda uşaqları iddiaçının yanında yaşayırlar. İddiaçı qərəzli olaraq uşaqlarını ondan aralamışdır. Uşaqlarını özü saxlamaq istəsə də, İddiaçı buna imkan vermir. Uşaqlarını özü saxlamaq istədiyi üçün iddia tələbini qəbul etmir və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə tərəfləri dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işin halları kimi müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-289/2021 saylı qətnaməsinə əsasən Yusibova (Abbasova) Pərvanə Çingiz qızı ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə X21 190 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2010-ci il tarixdə anadan olmuş X3 nikah pozulmasından sonra Yusibova (Abbasova) Pərvanə Çingiz qızının himayəsində saxlanımaları, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-cu il tarixdən başlayaraq, İddiaçı (hakimin qeydi: həmin qətnamədə ad səhvi var) hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Yusibova (Abbasova) Pərvanə Çingiz qızının xeyrinə tutulması qət edilmişdir. Hazırki işdə İddiaçı isə Yusibova (Abbasova) Pərvanə Çingiz qızı ilə ayrıldıqdan sonra uşaqların onun yanında qaldığını qeyd edərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırki işdə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşaqların himayəsinə verildiyi analarının yanında olmasının onların mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. İddiaçı isə həmin qətnamənin çıxarıldığı vaxtdan uşaqların Yusibova (Abbasova) Pərvanə Çingiz qızının yanında bir neçə ay yaşasalar da, sonradan onun yanında qaldıqlarını qeyd edərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirməsi barədə təklif olunmasına baxmayaraq, iddiaçı tələbini dəyişməmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərərflərin birgə nikahından anadan olan həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay, sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasının qət edildiyi (qanuni qüvvəsini almış məhkəmə qətnaməsi) icra sənədi olduğundan məhkəmə hesab edir ki, iddiaçının aliment tələbinə dair hazırki iddiası təmin oluna biməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə göstərir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Məhkəmə hesab edir ki, hazırki iddiaya baxılmazdan əvvəl uşaqların iddiaçının yanında qalmalarının müəyyən edildiyi məhkəmə aktı qəbul edildiyi halda, həmçinin, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə olan və icra edilən icra sənədinin icra edilməli və yaxud edilməli olmaması məsələsinin həll edilməsindən sonra, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə qərar qəbul edilə bilər. Bütün bunların məhkəmədə iddiaçıya izah edilməsinə baxmayaraq, iddiaçı iddia tələbini dəyişməmişdir. Məhkəmənin isə iddia tələbindən kənara çıxması üçün heç bir müstəsna əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində maraqları nəmim olunmayan şəxslər tərərfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, bundan sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar