Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-423/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin azaldılması” tələbinə dair ilk iddiası, X6 İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(125)-2009/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1362 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X2 Simuzər Alim qızının yanında saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(125)-4040/2023 saylı qətnaməsi ilə Cavabdeh ərizəsi təmin edilərək, Cavabdeh və İddiaçı arasında 17 fevral 2023- cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi alimentə dair hissədə «Tərəflər razılığa gəldilər ki, hər ayın 22 (iyirmi ikisi) tarixində birinci tərəfin - Cavabdeh "xxxx" ASC hesabına müvafiq olaraq 27 mart 2015-ci il təvəllüdlü X8 və 10 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün ikinci tərəf - İddiaçı hər ay stabil olaraq hər uşaq üçün 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat ödəməyə öhdəlik götürür» məzmunda təsdiq edilmişdir. Hazırkı iş üzrə İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 ilə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün mediasiya sessiyasında razılaşdıqları və məhkəmə qətnaməsi ilə təsdiqlənmiş hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentin miqdarını azaldaraq 2023-cü ilin yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə ailəli olmuş, birgə nikahlarından 27 mart 2015-ci il tarixdə X12 və 10 oktyabr 2020-ci il tarixdə X14 doğulmuşdur. Xasiyyətləri tutmadığı üçün məhkəmə qətnaməsi ilə nikahımız pozulmuşdur. Nikahlarının pozulması və ailə münasibətlərindən irəli gələn məsələlərin həlli üçün məhkəmədən öncə mediasiya təşkilatına müraciət etmişlər. O, mediasiya sesiyasında uşaqlarının saxlanılması məqsədilə hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentə razı olmuşdur. Onlar ayrıldıqdan sonra, cavabdeh başqa bir şəxslə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra, onun uşaqlarına baxmır, uşaqları nənələrinin ümidinə qalmışlar. Bir sözlə onun ödədiyi alimenti uşaqlarının saxlanılmaları üçün xərcləmir. Onun ödədiyi alimenti cavabdeh kredit götürüb kreditini ödəyir. Hazırda cavabdeh Şəmkir rayon Şiştəpə kənd orta məktəbin psixoloqu vəzifəsində işləyir, o, yetərincə əmək haqqı alır, (təxmini 470 manat əmək haqqı alır). Bundan əlavə olaraq onun ərə getdiyi şəxs hərbiçidir və onun da yetərincə əmək haqqı var. O, da yenidən evlənmiş, lakin yeni həyat yoldaşı işləmir. Bundan əlavə olaraq öhdəsində yaşlı və xəstə atası-anası var ki, onlara da o baxır. Evdə ondan başqa heç kim işləmir. Öhdəliyi çoxdur, ona təyin edilmiş alimenti ödəmək iqtidarında deyil. Buna görə də mediasiya sesiyasında razılaşdığı alimenti normal ödəyə bilmirdi. Belə olduğu təqdirdə cavabdeh "alimentə dair barışıq sazişinin təsdiq edilməsi" üçün ərizə ilə məhkəməyə müraciət etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4040/2023 saylı qətnaməsi ilə alimentə dair barışıq sazişi təsdiqlənmişdir. O, mediasiya sesiyasında hər uşaq üçün 300 manat alimentə razı olmuşdur, lakin aliment tərəflərin maddi durumuna uyğun olaraq təyin edilməlidir. Hazırda cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən çox yaxşıdır. Bundan əlavə olaraq 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manatdır. Bütün bunlardan əlavə olaraq aliment uşaqlar üçün verilən pul vəsaitidir. Bu pul uşaqlara xərclənməlidir. Ancaq cavabdeh uşaqları anasının yanında qoyaraq öz keyfindədir. Uşaqlar üçün verdiyi aliment pulunu cavabdeh öz şəxsi mənafeyi üçün xərcləyir. O, hərbiçi olduğundan və ön cəbhədə xidmət etdiyi üçün uşaqlarında tez-tez görüşə bilmir. Nikahları pozulduqdan sonra, o uşaqları ilə 3-4 dəfə görüşmüşdür, hər dəfə uşaqları görəndə onları xəstə və üst-başlarının həddən artıq pis bir vəziyyətdə olmasını görmüşdür. Onun hazırda maddi vəziyyəti də həddən artıq pisdir və ona təyin edilmiş hər uşaq üçün 300 manat alimenti ödəyə bilmir. Ona görə təyin olunmuş alimentin məbləğinin azaldılmasını istəyir. X3 Famil Mürsəl oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikahlarından doğulmuş 27 mart 2015-ci il təvəllüdlü X8 və 10 oktyabr 2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 420 manat, cəmi 840 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə el adəti ilə evlənərək ailə qurmuş, birgə nikahlarından 27 mart 2015-ci il tarixdə X12 və 10 oktyabr 2020-ci il tarixdə X14 adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə, ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. 17 fevral 2023-cü il tarixdə mediasiya prosesində ailmentin miqdarı ilə bağlı razılığa gəlmişlər. Belə ki, mediasiyada bağlanmış barışıq sazişində cavabdeh birgə nikahlarından anadan olmuş Hüseyn və Turan adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat sabit pıi məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Ailə münasibətlərindən irəli gələn alimentlə bağlı məsələlər mediasiyada öz həllini tapdığından, lakin nigahın ləğvi məhkəmə qaydasında ləğvi tələb olunduğundan məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(125)-2009/2023 nömrəli qətnaməsi ilə aralarında olan nikah şəhdatənaməsi pozulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş Hüseyn və Turan adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüş olsada sazişinin şərtlərinə əməl etməmişdir. Ona görədə uşaqlar üçün ödəməli olduğu 1500 manat aliment pulunu ödəmədiyi üçün alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4040/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş və onunla İddiaçı arasında bağlanmış 17 fevral 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Hal-hazırda ona hər uşağa görə ödəniləcək 300 manat cəmi 600 manat məbləğində pul uşağların saxlanması üçün kifayət etmir. Ona görədə qarşılıqlı iddia ərizəsi verməyə məcbur olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı “aliment miqdarının azaldılması” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsində cavabdeh X10 ilə birgə nikahlarından doğulmuş 27 mart 2015-ci il təvəllüdlü X8 və 10 oktyabr 2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün mediasiya sesiyasında razılaşdırılmış və məhkəmə qətnaməsi ilə təsdiqlənmiş barışıq sazişi üzrə hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentin miqdarının azaldılaraq hər uşaq üçün 220 cəmi 440 manat həddində edilməsinə dair qətnamə çıxarılmasını göstərmişdir. Hesab edirəm ki, iddia ərizəsi tam əsasızdır. Belə ki, X10 və İddiaçı medasiya prosesesində razılığa gəlmiş və uşaqlarının bir ay ərzində saxlanması barədə 17 fevral 2023-cü il tarixdə alimentin məbləği barədə razılaşmışdırlar və razılaşmalarını 17 fevral 2023-cü il tarixdə barışıq sazişi ilə təsdiq etmişdirlər. X10 və İddiaçı arasında bağlanmış 17 fevral 2023-cü il tarixli barışıq sazişi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4040/2023 saylı qətnaməsi ilə təsdiqlənmişdir. Həmçinin alimentin artırılması ilə bağlı X4 Şəhər məhkəməsinə qarşılıqlı iddia ərizəsi vermişdir. Nəzərinizə çatırılır ki, İddiaçı uşaqların saxlanması üçün alimenti artıq verməkdə heç bir çətinliyi yoxdur. Çünki onun aldığı əmək haqqı kifayət qədər yüksəkdir. Odur ki, uşaqların daha yaxşı şəraitdə yaşamaq hüququ vardır və bu uşaqların bu hüququ valideyinlərin vəzifəsidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi (vəkili) qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin təmsilçilərini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə əvvəlcə ilk iddiaya münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 5 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən ibarətdir və bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Belə ki, hazırkı iş üzrə iddiaçı uşaqlar yetkinlik yaşına çatanadək tutulan alimentin azaldılmasını xahiş etmişdir. Lakin iddiaçı tələbinin əsaslı olmasını –ödənilən alimentin uşaqların saxlanılmasına xərclənmədiyini, cavabdehin şəxsi tələbatlarına sərf olunmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı alimentin ödənilməsində maddi çətinlik çəkdiyini bildirsə də, tam fəaliyyət qabiliyyətli iddiaçının könüllü qaydada alimentin məbləği və ödənilməsi qaydası barədə razılığını imzasıyla təsdiqlədiyi və məhkəmə qaydasında təsdiqlənmiş barışıq sazişinin imzalandığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tələbini həmçinin cavabdehin işləməsi və əmək haqqı almasıyla əsaslandırsa da, saziş bağlanılmasından başqa, həmin saziş bağlandıqdan sonra cavabdehin maddi imkanlarında əsaslı dəyişiklik olmasını sübuta yetirməmişdir. Digər tərəfdən, iddiaçı tələbini cavabdehin yenidən evlənməsi və hərbçi ərinin qazancı olmasıyla əsaslandırsa da, uşaqların saxlanılması onların öz valideynlərinin öhdəliyidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də uşaqların mənafeyi nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatının təmin edilməsi üçün ilkin iddia rədd olunmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını təşkil edən AR Ailə Məcəlləsinin 112.1-ci maddəsindən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(125)-4040/2023 saylı qətnaməsi qəbul olunduğu vaxtdan bir il keçməmiş, bu müddət ərzində uşaqların zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh son bir il ərzində özünün və iddiaçının maddi və ailə vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öz tələbini yalnız aliment miqdarının azlığı ilə əsaslandırır. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması üçün əsaslar müəyyən edilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X7 qarşı “alimentin azaldılması” tələbinə dair ilk, X6 İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-423/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-423/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver