Məhkəmə qərarları › İş №2(125)-426/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-426/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-426/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq, məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə hər uşağa 200 (iki yüz) manat pulun və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödəniş 50 manat pulun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin 05 dekabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək bildirmişdir ki, xx.xx.2010cu il tarixdə anadan olmuş oğlu X10 onun himayəsinə verilməsi, xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2012-ci il tarixdə anadan olmuş qızı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, uşağın müalicəsi üçün əlavə xərc olaraq 100 manat məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmənin 10 aprel 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq ona verilməsi üçün qətnamə çıxarılmasını, iddia tələbinin qalan hissəsi, yəni Amur Əhmədovun himayəsinə verilməklə, onun saxlanması üçün alimentin təyin olunmasının ümumi tələbindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə 17 mart 2018-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə yaşayış dövründə 21 sentyabr 2010-cu il tarixdə Amur, 08 yanvar 2012-ci il tarixdə Nərmin adlı iki uşaqları olmuşdur. Nikahları 06 oktyabr 2015-ci il tarixdə Nizami Rayon Məhkəməsinin 2(044)-3958 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə əsasında uşaqlardan biri onun, biri də cavabdehin himayəsində saxlanıldığı üçün uşaqların saxlanması üçün aliment müəyyən edilməmişdir. Hazırda uşağın saxlanmasında maddi çətinlik çəkir. Ona görə də uşaq üçün aliment tələb edir. Cavabdeh fərdi əməklə məşğuldur və maddi vəziyyəti çox yaxşıdır. Uşaq üçün yüksək məbləğdə aliment verməyə imkanı vardır. Özü mağazada satıcı işləməklə 300 manat maaş alır. Evləri olmadığı üçün kirayədə yaşayır. Odur ki, xx.xx.2010-cu il təvəllüdlü X10 onun himayəsinə verilməsi, həmin uşağın saxlanması üçün aliment tələbinin ümumi tələbdən çıxarılması, xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X13 iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 551132 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 21 sentyabr 2010-cu il təvəllüdlü X15 doğulmuşdur. Valideynləri atası Cavabdeh, anası X9r. AZ-İİ seriyalı, 806257 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 08 yanvar 2012-ci il təvəllüdlü X11 doğulmuşdur. Valideynləri atası Cavabdeh, anası X9r. AR ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin 2 saylı Qazax-Tovuz regional filialı tərəfindən verilmiş **********2 nömrəli, 12 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialından (Şəmkir və Gədəbəy) İİ qrup əlilliyə görə 268,61 (iki yüz altmış səkkiz manat altmış bir qəpik) manat əmək pensiyası alır Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında 12 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh barəsində mərkəzləşdirilmiş X3 şəxsin Məşğulluq AS-də qeydiyyatda olması barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, 614 nömrəli arayışdan görünür ki, Cavabdeh Şəmkir rayon Könüllü kənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda durur və həmin kənddə yaşayır. (heç bir yerdə işləmir). AZ-İ seriyalı, 061304 nömrəli, 03 aprel 2018-ci il tarixli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş X14 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 noyabr 2015-ci il tarixdə 382 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Əhmədov”, qadına “Məmmədova” soyadı verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-3958/2015 nömrəli, 06 oktyabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X14 ilə Cavabdeh arasında 17 mart 2008-ci il tarixdə Şəmkir rayon Könüllü kənd İƏV-yi üzrə nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə ailə nikahlarından 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X15 Cavabdeh və 08 yanvar 2012-ci il tarixdə anadan olmuş X11 isə iddiaçı X7 himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 1175 nömrəli, 15 fevral 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli, 1092 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 06 oktyabr 2022- il tarixli, MŞG-04799 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, tərəflərin birgə ailə münasibətlərindən 21 sentyabr 2010-cu il təvəllüdlü X15 və 08 yanvar 2012-ci il təvəllüdlü X11 adlı 2 uşaqları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-3958/2015 nömrəli, 06 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə ailə münasibətlərindən 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X15 Cavabdeh və 08 yanvar 2012-ci il tarixdə anadan olmuş X11 isə iddiaçı X7 himayəsində saxlanılması qət edilmişdir. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə hər uşağa 200 (iki yüz) manat pulun və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödəniş 50 manat pulun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, bundan sonra məhkəmənin 05 dekabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlu X10 onun himayəsinə verilməsi, xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2012-ci il tarixdə anadan olmuş qızı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, uşağın müalicəsi üçün əlavə xərc olaraq 100 manat məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını, daha sonra məhkəmənin 10 aprel 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq ona verilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment ödəməyə razı olduğunu, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, cavabdehin uşağın saxlanılması üçün tələb olunan aliment məbləği ilə razılaşmasını nəzərə almaqla, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və azyaşlı uşaq anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 17 oktyabr 2022-ci il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 150 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1800 manat təşkil etdiyindən, 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 17 oktyabr 2022-ci il tarixdən başlayaraq, 08 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar