Məhkəmə qərarları › İş №2(125)-4420/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4420/2025

09.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4420/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.Ə.Sabir adına 5 saylı tam orta məktəbinə qarşı “əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinin mümkünlüyünə, məhkəmənin binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.Ə.Sabir adına 5 saylı tam orta məktəbinə qarşı “əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2*23-cü ilin sentyabr ayından 12 fevral 2*25ci il tarixədək məcburi boşdayanmaya görə əmək haqqının hesablanması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı iddia ərizəsinin qoşma hissəsində mediasiya barədə arayışı qeyd etsə də, həmin sənədi iddia ərizəsinə əlavə etməmiş, yaxud iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunvericilklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin qoşma hissəsində göstərilən digər sənədlər də ərizəyə əlavə edilməmişdir. Belə ki, iddia ərizəsində göstərilməsinə baxmayaraq iddia ərizəsinin surəti – 2 nüsxə, şəxsiyyət vəsiqəsinin surəti, qətnamənin surəti, icraata başlamaq haqqında qərarın surəti, bildirişin surəti, xəbərdarlığın surəti, 12.*2.2*25-ci il tarixli əmrin surəti, əmək müqaviləsi bildirişi, dövlət rüsumu haqqında qəbzin surəti də aşkar edilməmiş və bu barədə akt tərtib edilmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. 27.2-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldım: İddiaçı cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.Ə.Sabir adına 5 saylı tam orta məktəbinə qarşı “əmək haqqının hesablanması və ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı mübahisənin məhkəməyə qədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar