Məhkəmə qərarları › İş №2(125)-4429/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4429/2024

17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4429/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri Cavabdeh ilə birlikdə birgə nikah dövründə ünvan 1 ünvanda tikdikləri zirzəmidən, 2 yaşayış otağından, zaleyvandan və digər köməkçi tikililərdən ibarət olan fərdi yaşayış evinin tikintisi üçün birgə nikah dövründə çəkdikləri 45000 manat pulun ½ hissəsinin cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəməyə verilən iddia ərizələrində iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı hal-hazırda qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, yəni iddianın qiyməti 22500 manat təşkil etdiyi üçün 157,50 manat dövlət rüsumu ödəməli idi. Lakin, iddiaçı xx.xx.2024-cü il tarixli, 22708 nömrəli və xx.xx.2024-cü il tarixli, 4774 nömrəli qəbzlər üzrə ümumilikdə cəmi 71 manat dövlət rüsumu ödəmişdir. Başqa sözlə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün əlavə 86,5 manat da dövlət rüsumu ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qeyd edilən qəbzlərdən başqa üçüncü bir qəbz əlavə etsə də, sözügedən qəbz üzrə ödəniş uzun müddət öncə ləğv olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hesabına ödənilməklə, həmin qəbzdə olan məlumatlar oxunmaz (yararsız) vəziyyətdədir. Belə olan halda iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəməmiş və ödənilməsi barədə qəbzi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar