Məhkəmə qərarları › İş №2(125)-4489/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4489/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4489/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, X5 Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-96/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə doğulmuş X1, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası olmasının müəyyən edilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X1, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş Hüseyn və xx.xx.2019-cu il tarixdə doğulmuş Ramin adlı uşaqların atası hesab edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2012-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 300 manat olmaqla, cəmi 600 manat alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə o, 2011-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2019-cu il tarixdə X6 adlı iki övladı var. Cavabdeh bir müddətdir ki, uşaqları və onu tərk edərək getmişdir. O, müxtəlif vaxtlarda uşaqları ataraq müxtəlif yerlərdə işləmişdir, gah Şəmkirdə parnikdə, gah yanacaqdoldurma məntəqəsində, gah Kür çayının kənarında kafedə, gah isə Yeni Qızılcada kafedə işləmişdir. İndi isə restoranda işləyir. İki ildir ki, cavabdeh ailəsindən kənardadır. Sonuncu dəfə isə azyaşlı övladı Ramini də 2022-ci ilin may ayında gətirib ona verərək getmişdir. Böyük oğlu Hüseyni isə cavabdeh çoxdan onun yanında qoyaraq getmişdir. Beləliklə övladları bir neçə ildir ki, onun himayəsindədirlər, onlara özü baxır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanmasında heç cür iştirak etməmişdir. Dəstək vermir, əksinə onlara problemlər yaradır. Ona görə də aliment üçün məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə uşaqlara münasibətdə atalığı müəyyən edilmiş və uşaqlar onun himayəsinə verilmişlər. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və irəli sürdüyü aliment tələbinə dair iddianı müdafiə etməyərək izahatında bildirmişdir ki, uşaqlarını özü saxlayır və uşaqlarınının saxlanması üçün cavabdehdən alıment alınmasını istəmir. Hazırki iddianı ona görə qaldırmışdır ki, Cavabdeh onun evindən əşyalarını çıxarmağa nail olsun. Belə ki, onun evində Cavabdeh məxsus olan əşyalar var və o (cavabdeh) həmin əşyaları könüllü olaraq onun evindən götürüb aparmır. Ona görə də hazırki iddia ərizəsi əsasında cavabdehin həmin evdən əşyalarını götürməsinə məcbur edilməsini xahiş edir. Məhkəmədə sual cavab zamanı iddiaçı iddianin baxlmamış saxlanmamasını, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını, ancaq aliment tələbinin təmin edilməyərək, cavabdehə məxsus olan əşyaların onun evindən çıxarılmasına cavabdehi məcbur edən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ona izah olunmasına baxmayaraq, iddiaçı iddiadan imtina etməsi, həmçinin, iddia tələbinin dəyişdirilməsi barədə ərizə verməkdən də imtina etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, o, iddiaçı və onun ailəsinə qarşı hər zaman mehriban olmuşdur. Əksinə onların ona qarşı olan kobud rəftarlarına göz yummuş, zorakı hərəkətlərə məruz qalmasına baxmayaraq o, ailəsinin dağılmaması üçün əlindən gələni etmişdir. 2021-ci il tarixdə uşaqlarını da əlindən alaraq onu evdən qovmuşdur. Uşaqları nə onunla görüşdürür, nə də onunla maraqlanmır. O, ailəsinin bərpa olunmasına nə qədər çalışsa da onun ailəsinin müdaxiləsinə görə hər hansı bir irəliləyiş baş tutmamışdır. Onun məqsədi uşaqları ondan alıb aliment təyin etdirməkdir. İddiaçının bu iddianı qaldırmaqda məqsədi uşağın saxlanması üçün ödəməli olduğu alimenti ödəməkdən yayınmaqdır. Əlavə olaraq bildirmişdir ki, az yaşlı uşağa ana qayğısı diqqəti lazımdır. İddiaçı qərəzli olaraq uşaqlarını ondan aralamışdır. Uşaqlarını özü saxlamaq istəsə də, İddiaçı buna imkan vermir. Odur ki, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə tərəfləri dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işin halları kimi müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-96/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə doğulmuş X1, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası olmasının müəyyən edilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X1, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası İddiaçı yanında qalması qət edilmişdir. Hazırki işdə İddiaçı uşaqların onun yanında qaldığını qeyd edərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında iddaçı birgə nikahdan olan uşaqların saxlanılması üçün aliment tələbi ilə müraciət etməsinə baxmayaraq, məhkəmə iclası zamanı cavabdehdən aliment tələbinin olmadığını, cavabdeh onun evindən əşyalarını çıxartmadığı üçün məhkəməyə belə bir iddia ilə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirməsi barədə təklif olunmasına baxmayaraq, iddiaçı tələbini dəyişməmiş, iddiadan imtina barədə, həmçinin ərizənin baxılmamış saxlanması barədə ərizə verməkdən imtina etmişdir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının aliment tələbinə dair hazırki iddiası təmin oluna biməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə iddia ərizəsinin baxılmamış saxlanması və yaxud işin icraatına xitam verilməsi barədə əsaslar yoxdur və iddiaçının irəli sürdüyü iddia tələbini müdafiə etmədiyi nəzərə alınaraq, yaranmış vəziyyətdə iddianın təmin ediməməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində maraqları nəmim olunmayan şəxslər tərərfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, bundan sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar