Məhkəmə qərarları › İş №2(125)-4509/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4509/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4509/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh Əyyar oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Gəncə Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh Əyyar oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əyyar oğlundan hər ay 246 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmə də iddia qaldırsa da, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3491/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin mətnindən görünür ki, xx.xx.2021ci il tarixdə tərəflər mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən tərəflər xx.xx.2021-ci il tarixdə doğulmuş X1 anası İddiaçı yanında saxlanılması və uşağın saxlanılması üçün 2021-ci ilin oktyabr ayından başlayaraq Cavabdeh Əyyar oğlunun hər ay 150 manat sabit pul məbləğində aliment ödəyəcəyi barədə razılığa gəlmişlər. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər artıq alimentlə bağlı məsələni sazişlə həll etmişlər. Saziş tərəfi olan İddiaçı barışıq sazişinin Cavabdeh tərəfindən könüllü icra edilmədiyini müəyyən etdiyi halda “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqi” ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı qeyd edilənlərin əvəzinə, “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmənin qənaətinə əsasən İddiaçı Cavabdeh Əyyar oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh Əyyar oğluna qarşı “aliment” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar