Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-461/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 500 manat olmaqla, cəmi 1000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, xx.xx.2022-ci il tarixdə yağış yağan zaman yaşadığı Gəncə şəhəri, A.Ələsgər küçəsi, 61 saylı evi su basmışdır. Qonşuluqda olan evin damı təzə təmir olduğundan o, ev sahibi Ceyhuna öz iradını bildirmişdir. Ceyhun sabah ustaları çağıracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən 18 radələrində ustalar, yəni hazırki cavabdehlər gəlmişlər. Dayısı və cavabdehlər qonşunun damına qalxmışlar. Həmin ustalar onların heç bir gunahlarının olmadığını sadəcə noydanın içərisinin qum və ağac qırıntıları ilə dolması səbəbindən tutulmasını bildirmişlər. Bundan sonra cavabdehlər taksi ilə gəldiklərini bildirib ondan yol pulu istəmişlər. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Həmin vaxt cavabdehlər evin damından düşüb üzərinə gələrək yumruqları ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu yerə yıxmışlar. O, ayağa qalxdıqda cavabdehlər avtomaşına əyləşərək uzaqlaşmışlar. Cavabdehlərin onu döyməsi nəticəsində sağ gözünün üstündən, burnundan və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Dərhal hadisə barədə “102” xidmətinə şikayət etmişdir. Təxminən 20 dəqiqə sonra polislər gəlmiş və onu polis bölməsinə aparmışlar. Burnundan qan axa-axa cavabdehlərin hərəkətlərindən şikayət etmiş və Gəncə şəhəri Baş polis idarəsinin 4-cü polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Rəhman Hacıyev təfərindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqında ptotokol (MN:1391621 və MN:1391622) tərtib olunmuş və hər birinin 300 manat miqdarında cərimə olunması barədə inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş və onlar cəriməni dövlət hesabına ödəmişlər. Cavabdeh1 məhkəmə baxışı iclasında iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, onlar birlikdə ünvan 1 ünvanında Oqtay Həsənova məxsus evdə dam örtüyünün təmir işlərini görmüşlər. xx.xx.2022-ci ildə Oqtay onlara zəng edərək qonşunun evinə damdan su axmasını bildirmiş və onlar da taksi ilə həmin ünvana getmişlər. İşlədikləri evin qonşuluğunda olan Mustafa ilə birlikdə evin damına qalxmışlar. Evin damına qalxan zaman onlarlıq heç bir problemin olmadığını sadəcə olaraq qonşunun noydanlarının içərisinin qum və ağaç qırıntıları ilə dolması səbəbindən tutulmasını bildirmişlər. Bu səbəbdən onlar qonşudan 5 manat taksi pulu istəmişlər. Həmin vaxt qonşu onlarla mübahisə etmiş və sonradan Sabir mübahisəyə müdaxilə edərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onlar evin damından düşüb Sabirin üzərinə getmiş, Sabirlə yaxalaşmışlar. Sonra onlar həmin yerdən uzaqlaşmışlar. Sabir onları polisə şikayət etmiş, Polis tərəfindən onların barəsində 157-ci maddəyə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş və 300 manat cərimə olunmuşlar. Lakim onlar cərimələrini ödəmişlər. Odur ki iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasında iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, onlar birlikdə ünvan 1 ünvanında Oqtay Həsənova məxsus evdə dam örtüyünün təmir işlərini görmüşlər. xx.xx.2022-ci ildə Oqtay onlara zəng edərək qonşunun evinə damdan su axmasını bildirmiş və onlar da taksi ilə həmin ünvana getmişlər. İşlədikləri evin qonşuluğunda olan Mustafa ilə birlikdə evin damına qalxmışlar. Evin damına qalxan zaman onlarlıq heç bir problemin olmadığını sadəcə olaraq qonşunun noydanlarının içərisinin qum və ağaç qırıntıları ilə dolması səbəbindən tutulmasını bildirmişlər. Bu səbəbdən onlar qonşudan 5 manat taksi pulu istəmişlər. Həmin vaxt qonşu onlarla mübahisə etmiş və sonradan Sabir mübahisəyə müdaxilə edərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onlar evin damından düşüb Sabirin üzərinə getmiş, Sabirlə yaxalaşmışlar. Sonra onlar həmin yerdən uzaqlaşmışlar. Sabir onları polisə şikayət etmiş, Polis tərəfindən onların barəsində 157-ci maddəyə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş və 300 manat cərimə olunmuşlar. Lakim onlar cərimələrini ödəmişlər. Odur ki iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 4-cü PB-nə müraciət edərək Elnur və Elvin adlı şəxslərin onu döydüklərini bildirərək, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etməsinə dair ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı döyərək fiziki ağrılar yetirən Cavabdeh2 və Cavabdeh1 barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİnin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Rəhman Hacıyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati icraat zamanı Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş, 300 manat miqdarında cərimə olunması barədə inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş və vətəndaş Cavabdeh2 və Cavabdeh1 cəriməni dövlət hesabına ödəyərək cərimənin qəbzini 4-cü Polis Bölməsinə təqdim etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının qonşusuna məxsus ünvan 1 ünvanında dam örtüyü işlərini görmüşlər, sonradan iddiaçının yaşadığı Gəncə şəhəri, A.Ələsgər küçəsi, 61 saylı evi su basması nəticəsində ustalar ilə iddiaçı arasında mübahisə düşmüşdür. Həmin ünvanda yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 4-cü PB-nə müraciət edərək Elnur və Elvin adlı şəxslərin onu döydüklərini bildirərək, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etməsinə dair ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin onların əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, barələrində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər 4-cü PB-nin müvafiq sahə rəisinə göndərilmiş, söyüş-təhqirlə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması tərəflərə izah edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı döyərək fiziki ağrılar yetirən Cavabdeh2 və Cavabdeh1 barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Rəhman Hacıyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati icraat zamanı Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş, 300 manat miqdarında cərimə olunması barədə inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, Cavabdeh2 və Cavabdeh1 cəriməni dövlət hesabına ödəyərək cərimənin qəbzini 4-cü Polis Bölməsinə təqdim etmişlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MM-nin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsində isə göstərilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Bundan başqa «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidirlər: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 5-ci bəndində «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, başqası haqqında yalan məlumatları yayan şəxsin hərəkətlərində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatların təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Plenum Qərarının həmin bəndinin İİİ hissəsində isə göstərilmişdir ki. Azərbaycan Respublikası CM-in böhtana görə məsuliyyət nəzərdə tutan maddəsi üzrə cinayət işi başlanılmasının rədd edilməsi, başlanmış cinayət işinin xitam edilməsi və ya hökm çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. İddiaçının mənəvi zərərə görə tələb etdiyi, yəni 1000 manat tələb hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulması ilə mənəvi sarsıntı, iztirab keçirdiyini və sarsıntı və iztiraba görə ona 1000 manat kompensasiya ödənilməli olduğunu bildirsə də, həmin hal iş materialları ilə təsdiqini tapmamışdır. Göründüyü kimi, qanunvericilik mənəvi zərərin ödənilməsini Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərərlə, yəni şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərərlə əlaqələndirmişdir. Cavabdehlər iddiaçının barəsində nalayiq ifadələr işlətməklə və ona fiziki zor tətbiq etməklə iddiaçının şərəfin və ləyaqətini ləkələmişdir. Məhkəmə həmçinin işin müəyyən edilmiş hallarını və real vəziyyəti nəzərə alaraq hesab edir ki, iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztiraba görə 500 manat kompensasiya ödənilməsinin müəyyən edilməsi ədalətli və işin hallarına uyğun olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiacı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh tərəf isə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 217.4-cü maddəsinin mənasına görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı mənəvi iztirab çəkməsinə səbəb olduqlarına görə ona vurduqları mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində kompensasiyanı müştərək qaydada iddiaçıya ödəməlidir. Həmçinin, iddia tələbi qalan hissəsində əsasssız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227,357- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı vurduğu mənəvi zərərə görə 500 manat məbləğində kompensasiya alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdehlərdən müştərək qaydada 15 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhər məhkəməsi vasitsi ilə Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-461/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-461/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver