Məhkəmə qərarları › İş №2(125)-4651/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4651/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4651/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin azalması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-168/2018 nömrəli qətnaməsi üzrə ondan tutulmalı olan alimentin miqdarı azaldılaraq xx.xx.2015-ci il təvəllüdlü Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək «İddiaçı “TİR” sürücüsü kimi yükdaşıma fəaliyyəti ilə məşğul olması ilə bağlı hansı məbləğdə gəlir əldə edilməsi, əldə edilmiş gəlirinin (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında 04 dekabr 2015-ci il təvəllüdlü Tunar adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması, İddiaçı 1998-ci ilin yanvar ayından aldığı veteranlıq pulunun (əldə edilmiş gəlirinin) (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında 04 dekabr 2015-ci il təvəllüdlü Tunar adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması, İddiaçı müharibə iştirakçısı kimi hərbi hissədən təxris edilərkən hansı məbləğdə birdəfələk təhvil-təslim pulu alması, əldə edilmiş gəlirinin (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında 04 dekabr 2015-ci il təvəllüdlü Tunar adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması barədə» qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında göstərdi ki, cavabdeh qeyri-rəsmi münasibətlərindən xx.xx.2015-ci il tarixdə Tunar adlı uşaqları anadan olmuşdur. Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-168/2018 nömrəli qətnaməsinə əsasən onun xx.xx.2015-ci ildə doğulmuş Tunar adlı uşağın atası hesab edilməsi və ondan Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulması onun hüquqlarını kəskin şəkildə pozmaqdadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi halda hazırda ondan tutulan aliment məbləği 365 manatdır. Belə ki, uzun müddət hərbidə işləmişdir və hazırda pensiyaya çıxmışdır. Aldığı pensiya 1035 manatdır. Bundan əlavə İ Qarabağ müharibəsində iştirakından sonra veteran olmuşdur və buna görə də 80 manat veteranlıq pulu almaqdadır. Həmçinin İİ Qarabağ müharibəsində də iştirakına görə ona 5 il müddətinə pensiya təyin edilmişdir. Hal-hazırda pensiyaya çıxdığından "xxxx" MMC-də sürücü işləyir və aylıq əməkhaqqı 350 manatdır. Həmçinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan tutulan alimentin məbləği artırılaraq, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 390 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda X7 ilə evlidir. Birgə münasibətlərindən xx.xx.2016-cı il tarixdə Mələkxanım adlı övladları anadan olmuşdur. Xərcləri artmış, gəliri isə azalmışdır. 5 uşağın saxlanılması üçün aliment ödədiyindən hazırda himayəsində olan Mələkxanım adlı uşağa köməklik edə bilmir. İddianın təmin olunmasını, məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək göstərdi ki, hazırki dövrdə yaşayış minimumu, həmçinin inflyasiya nəzərə alınaraq iddiaçının qazancının və başqa gəlirlərinin 1/4 hissəsində tutulan alimentin növü dəyişdirilməli və sabit pul məbləği ilə müəyyən edilməlidir. Gələcəkdə digər 3 uşaq üçün cəmi 390 manat məbləğində alimentin artırılması ola bilər, bu isə İddiaçı maddi vəziyyəti üçün çətinlik yaradacaqdır. Cavabdehin də gəlirinin yaxşı olduğunu qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasın gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, MŞG/1-00723 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-168/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2015-ci ildə Göygöl rayonunda doğulmuş Tunar adlı uşağın atası hesab edilmiş və cavabdeh İddiaçı xx.xx.2015-ci ildə doğulmuş Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-352/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)- 893/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilmiş və İddiaçı alınaraq X2 xeyrinə verilməsi qət edilmişdir. Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 5874/5 nömrəli məktubdan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-168/2018 nömrəli icra sənədinə əsasən xx.xx.2015-ci ildə doğulmuş Tunar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı çatası əmək haqqından hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin tutulması tələb olunmuşdur. Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 94/69 nömrəli, 95/69 nömrəli, 96/69 nömrəli arayışlardan görünür ki, İddiaçı X8 ilə nikahlarından xx.xx.2012-ci ildə Xatun, xx.xx.2014-cü ildə Mələk və xx.xx.2017-ci ildə Həsən adlı uşaqları anadan olmuşdur. AZ-İİİ 858795 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunuş surətindən görünür ki, İddiaçı X3 ilə nikahlarından xx.xx.2016-cı ildə Mələkxanım adlı uşaqları anadan olmuşdur. AZ-İİ 556700 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.2023-cü ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 230 nömrə ilə nikah qeydə alınmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4873/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 1413/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4873/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4873/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1259/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)- 3297/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1259/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1259/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-168/2018 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2015-ci ildə doğulmuş Tunarın atası hesab edilmiş və ondan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, qeyd olunan qətnamə onun hüquqlarını kəskin şəkildə pozmaqdadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi halda hazırda həmin qətnamə ilə ondan tutulan alimentin məbləği 365 manatdır. Başqa nikahdan olan uşaqlarına da məhkəmə qətnaməsi ilə aliment kəsilmiş, və sabit pul məbləğində təyin olunmuş alimentin miqdarı artırılmaqla yanaşı, bəzi gəlirlərində azalma olmuş və ipoteka krediti üzrə banka pul ödəyir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının göstərdiyi dəlillərə qiymət verərək əvvəla qeyd edir ki, iddiaçı eyni əsasla bundan əvvəl də 2020-ci ildə məhkəməyə müraciət etmiş, iddiası əsassız olduğundan təmin edilməmişdir. Bununla yanaşı iddiaçı gəlirlərində azalma olduğunu göstərsə də bunula bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, alimentin məbləğinin 365 manat olmaqla yüksək olduğunu bildirmişdir. Məhkmə hesab edir ki, iddiaçının göstərdiyi həmin dəlil də əsasızdır. Ona görə ki, həmin məbləğ qanunla müəyən olunmuş qaydada onun qazancının 1/4 hissəsi miqdarında tutulmaqla gəlirlərində dəyişiklik olduğu təqdirdə alimentin miqdarına da təsir edir, yəni aliment gəlirləri artıqca artır, azaldıqca azalır. Bu isə gəlirlərinə mütənasib olaraq istənilən məbləğdə arta bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Hazırki işdə isə iddiaçı qətnamə qəbul edildikdən sonra onun maddi gəlirlərində dəyişiklik olması barədə sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar