Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4778/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «alimentin xitam edilməsi və ödənilmiş alimentin geri qaytarılması tələbi» barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 ona qarşı qaldırdığı himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məyyən olunmuş alimnetə xitam verilməsi və müəyyən olunmuş alimentin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-731/2016 nömrəli qətnaməsi əsasında X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(044)-913/2016 nömrəli qərardadına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-731/2016 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrasına xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-913/2022 nömrəli qərardadına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-731/2016 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, qərardadın icrasının Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı qərardaddın tamamilə qanunsuz və əsassız olduğunu hesab edərək, «alimentin xitam edilməsi və ödənilmiş alimentin geri qaytarılması tələbi» ilə məhkəməyə müraciət etmiş, öz iddia tələbini məhz Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-913/2022 nömrəli qərardadının qanunsuz olması ilə əsaslandırmışdır. Göründüyü kimi iddia ərizəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-913/2022 nömrəli qərardadı mübahisələndirilməklə, həmin qərardadın qanunsuz olması ilə əlaqədar ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması xahiş edilmişdir. Halbuki, qanunun tələbi baxımından şəxs qanuna zidd hesab etdiyi məhkəmə qərarlarından şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddianın icraata qəbul edilməsindən imtina olunmalı, İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-913/2022 nömrəli qərardadının qanuniliyini mübahisələndirdiyi və ondan şikayət vermə müddəti ötürülmədiyi halda Gəncə Şəhər Məhkəməsinə şikayət vermək, şikayət vermə müddəti üzrlü səbəbdən ötürüldüyü halda isə şikayət vermə müddətinin bərpası barədə ərizə ilə birlikdə həmin qərardaddan həmin məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:2399) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «alimentin xitam edilməsi və ödənilmiş alimentin geri qaytarılması» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:2399) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4778/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4778/2024
09.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver