Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4784/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə) xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə 13 saylı binanın 21 nömrəli mənzilinə dair 1* aprel 2*14-cü il tarixli “13/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər və onların ailə üzvlərinin 21 nömrəli mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 1* aprel 2*14-cü il tarixli “13/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər X21 və cavabdehlər Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 21 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X13 vəfat etdiyi və ailənin digər üzvlərinin – yəni cavabdehlərin 21 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Bu barədə 21 nömrəli mənzilə dair abonentin sayğac göstəriciləri, aktlar və ölüm kağızının surəti əlavə olunmuşdur. Sahə rəisi tərəfindən cavabdehlərə 21 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdehlərin onlara verilmiş 21 nömrəli mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında həyata keçirilir. Cavabdehlərin onlara verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə 13 saylı binanın 21 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən və cavabdehlər tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onu da əlavə etdi ki, iddiaçı Komitənin nümayəndəsi evə baxış keçirərkən evdə X4 yaşadığını müəyyən edib, Cavabdeh1 həmin mənzildə daimi olaraq yaşamır, evini qanunsuz olaraq X2 vermişdir, həmin cavabdehin oğlunun Yeni Gəncədə özünə məxsus evi var, evə ehtiyacları yoxdur. Mənzil hazırda istifadəsizdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, hazırda sözügedən mənzildə yaşayır, həyat yoldaşının müalicəsi ilə əlaqədar Bakıya getdikləri ərəfədə X7 ona aid evdə 1 ay qalıb çıxacağını bildirərək həmin mənzildə yaşamaq üçün ondan icazə almışdır, lakin mənzili ona kirayəyə verməmişlər, həyat yoldaşı 15 yanvar 2*23-cü ildə vəfat etdikdən, yəni təxminən 3 ay Bakıda müalicə olunduqdan sonra X6 evdən çıxararaq daimi olaraq sözügedən mənzildə yaşamağa davam etmişdir. Onların sözügedən evdə yaşamamaları ərinin müalicəsi, ölümü və ona yas mərasimi ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə yaşamaları ilə bağlı olmuşdur. Hazırda da həmin evdə yaşayırlar və onların həmin evə ehtiyacları var. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, X7 hər yerdə evə görə kimlərəsə 11*** manat pul verdiyini, onun haqqı özünə qaytarıldıqdan sonra evdən çıxacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinin təmin olunmamasını xahiş edib izahatında bildirdi ki, ev şəraiti çətin olduğuna görə kirayə evlərlə maraqlanmış, nəticədə içi boş və şəraitsiz olan mübahisəli mənzillə razılaşmış, həmin evi Vaqif adlı şəxsdən kirayəyə götürmüşdür. Həmin mənzili özü xərc çəkərək təmir etdirmiş, evin 5-6 ay kirayə haqqını Vaqif adlı şəxsə nağd qaydada vermiş, sonradan kart vasitəsilə ödənişlər etmişdir. Daha sonra, onu döyərək evdən çıxartmışlar, belə ki, o, qeyd edir ki, Komitəyə 5** manat ödəniş edərək xüsusi təyinatlı kirayə müqavilə bağlamışdır. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Başlıbel kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15.*5.2*23-cü il tarixli A-139 nömrəli arayışdan görünür ki, Cavabdeh1 müvəqqəti olaraq Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə, bina 13, mənzil 21 ünvanında qeydiyyatdadır. Vətəndaş hazırda Gəncə şəhəri, X31 Massivi, Mehmandarov-1 ünvanında yaşayır. Ailə tərkibi dörd nəfərdən – 1989-cu il təvəllüdlü oğlu Cavabdeh2, 199*-cı il təvəllüdlü gəlini Cavabdeh3, nəvələri 2*13-cü il təvəllüdlü X19 və 2*15-ci il təvəllüdlü X8 ibarətdir. Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Gəncə Şəhəri, Samux, Göygöl, Daşkəsən rayonları üzrə sektorunun Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə- Göygöl Mənzil Kommunal İstismar Sahəsinə ünvanladığı 15.*5.2*23-cü il tarixli, 32 nömrəli cavab məktubundan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün, Kəlbəcər rayonu, Başlıbel kəndində daimi qeydiyyatda olan Cavabdeh1 məcburi köçkün kimi Gəncə şəhəri ərazisində qeydiyyatdadır və ailə tərkibi dörd nəfərdən - oğlu Cavabdeh2, gəlini Cavabdeh3 (məcburi köçkün statusu yoxdur), nəvələri X19 və X8 ibarətdir. 1*.*4.2*14-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi Gəncə şəhəri, Yeni qəsəbədə 13 nömrəli binanın 21 nömrəli mənzildə yerləşən, mənzil fonduna aid, ümumi sahəsi 1*8 kv.m-dən, yaşayış sahəsi 63 kv.m-dən ibarət olan 4 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X3 və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri - həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, gəlini Cavabdeh3, nəvələri X19 və X14 müəyyən edilmişdir. 2*.*6.2*22-ci il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi Gəncə şəhəri, Yeni qəsəbədə 13 nömrəli binanın 21 nömrəli mənzildə yerləşən 4 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X1 və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri - oğlu X15, oğlu X9, gəlini X1*, nəvələri X11 və X16 müəyyən edilmişdir. 16.*1.2*23-cü il, 21.*2.2*23-cü il və 16.*3.2*23-cü il tarixli aktlardan görünür ki, 16.*1.2*23-cü il tarixdə ünvan 5 ünvana baxış keçirilərək aşkar edilmişdir ki, 2*14-cü ildə həmin mənzilin kirayə müqaviləsi üzrə kirayəçi X21 vəfat etmişdir, onun digər ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X19 və X2* həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2*23-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 15.*1.2*23-cü il tarixdə Gəncə şəhərində “digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1256/2*22 nömrəli, 3*.11.2*22-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdeh X17 qarşı (üçüncü şəxs X7) “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə şəhəri, Yeni ünvan 6 ünvanında qeydiyyatda olan X7 ilə bağlanmış su və çirkab xidmət tipli, 11.*8.2*22-ci il tarixli, 46*6*67* nömrəli müqavilə əsasında verilmiş ona məxsus abonent kartından görünür ki, *3.*9.2*22-*3.*4.2*23-cü il tarixləri aralığında cəmi borc 1,8* manat təşkil etmiş, 373* kv.m3 sərfiyyata görə 373 manat ödəniş edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat və Təsərrüfat Birliyi tərəfindən X13 adına açılmış şəxsi hesaba görə 25.1*.2*19-*1.*3.2*23-cü il tarixləri aralığında abonentin ümumi borcu 72 manat təşkil etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli mənzilin iddiaçının balansında olduğu, eləcə də 1* aprel 2*14-cü il tarixli “13/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında mərhum X13 ailə üzvləri – hazırkı iş üzrə cavabdehlər mərhumun arvadı Cavabdeh1, oğlu Cavabdeh2, gəlini Cavabdeh3 sahibliyinə və istifadəsinə verildiyi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin, adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 1**.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1*2.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 1*1.2-ci və 1*2.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Hazırkı iş üzrə iddiaçı cavabdehlərlə aralarında bağlanmış 1*.*4.2*14-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini onunla əsaslandırmışdır ki, cavabdehlər həmin mənzili üçüncü şəxsə kirayə verməklə müqavilə öhdəliklərini pozmuşlar. Belə ki, sözügedən müqavilənin 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayıs sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Müqavilədə və müvafiq hüquqi normativ aktlarda nəzərdə tutulmuş qeyd edilən öhdəliyin pozulması nəticəsində xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İddiaçı tərəf bu barədə məhkəməyə müvafiq aktlar təqdim edərək müxtəlif vaxtlarda mənzilə baxış keçirdiklərini və hər dəfə cavabdehlərin həmin mənzildə yaşamamalarını aşkar etdiklərini bildirirlər. Lakin məhkəmə qeyd edir ki, bu, hal hələ cavabdehlərin mənzili tərk etdikləri anlamına gələ bilməz. Həmçinin, cavabdehlər izahatlarında onların sözügedən evdə yaşamamalarının mərhum X13 müalicəsi, ölümü və ona yas mərasimi ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə yaşamaları ilə bağlı olduğunu bildirirlər. Digər tərəfdən, iddiaçı iddia edir ki, cavabdehlər sözügedən mənzili üçüncü şəxsə kirayə vermişlər. Lakin nə iddiaçı, nə də üçüncü şəxs bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişlər. Ümumiyyətlə üçüncü şəxs izahatında sözügedən mənzili Vaqif adlı şəxsdən kirayəyə götürdüyünü, ona kirayə haqqı ödədiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməklə müqavilə öhdəliklərini pozmaları sübuta yetirilmədiyindən iddiaçının cavabdehlərlə arasında bağlanmış 1*.*4.2*14-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbi, eləcə də bu tələbdən törəyən digər cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbləri əsassızdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, cavabdehlər hazırda da həmin evdə yaşayırlar. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə) xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4784/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4784/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver