Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4787/2023 19.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 15 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında təyin edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay cavabdehdən 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 03 aprel 2013-cü il tarixdə ailə qurmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(044)-356/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, 15 avqust 2013-cü ildə anadan olmuş övladları X1 onun himayəsində qalması və azyaşlının saxlanılması üçün cavabdehin hər ay qazancının və başqa gəlirinin ¼ hissəsində alimentin tutulması qət edilmişdir. Cavabdehin gəlirindən bir müddət alimentin ödənilməsi təmin edilmiş, lakin xidmət etdiyi N-saylı hərbi hissədən işdən azad olunduqdan sonra azyaşlı övladının saxlanılması üçün heç bir köməklik etməmişdir. Cavabdeh onlara nə maddi, nə də ki, mənəvi dəstək olur. Odur ki, cavabdehin yığılmiş borcun ödənilməsi və alimentin sabit pul məbləğində tutulub ona verilməsinə dair mübahisə ilə bağlı məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Uşağın saxlanılması üçün son bir ildə cavabdehdən aliment tələb etməyi heç bir nəticə vermədiyindən hesab edir ki, 08 noyabr 2018-ci il tarixdən bu günədək olan dövr üçün aliment də məhkəmə qaydasında tutulmalıdır. O, qeyd olunan məsələ ilə bağlı mediasiya şurasına müraciət etmiş və cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Qeyd olunanlara əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(044)- 356/2019 nömrəli qətnaməsi ilə 15 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/4 hissəsində tutulan alimentin məbləği dəyişdirilərək 08 noyabr 2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, 2020-ci ilin avqust ayına kimi N saylı hərbi hissədə işləmiş və məhkəmənin qətnaməsinə əsasən təyin edilən aliment qazancından tutulmuşdur. 2020-ci ilin avqust ayında işdən çıxmış və Gəncə-Bakı şəhəri marşrutu üzrə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O, işdən azad olunduqdan sonra da hər ay qazancına uyğun olaraq azyaşlı qızına maddi dəstək göstərmişdir. Buna görə də iddiaçı indiyə qədər alimentlə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də, alimentin 2018-ci ildən hesablanması hissəsi ilə razılaşmır. Hazırda aylıq qazancı təxminən 400-500 manat təşkil edir. Cavabdeh məhkəməyə iddianı qismən etiraf etməsi barədə ərizə təqdim edərək azyaşlı Nurayın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 avqust 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(044)-356/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, 15 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 noyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/4 hissəsində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair 17 aprel 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının iddia tələbi cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsi barədədir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər ay cavabdehin qazancının və başqa gəlirindən ¼ hissəsində aliment tutulması qət edilmişdir. Hazırda cavabdehin daimi iş yeri və müntəzəm qazancı olmadığından iddiaçı uşağın saxlanması üçün alimentin qazancının hissəsi kimi yox, sabit pul məbləği ilə tutulmasını tələb edir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Məhkəmə iclasında cavabdehin taksi sürücüsü kimi fəaliyyət göstərdiyi və qazancının qeyri-müntəzəm olduğu, buna görə də alimentin qazancın hissəsi kimi tutulmasının çətinlik törətdiyi müəyyən edildiyindən məhkəmə alimentin sabit pul məbləği ilə tutulmalı olması ilə razılaşır. İddiaçı cavabdehin qazancı və sair gəlirləri, əmlakı barədə məlumatlar təqdim etməmiş, cavabdeh isə aylıq qazancının 400-500 manat arası olduğunu və hər ay 200 manat aliment ödəyə biləcəyini bildirmişdir. Buna görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq sabit pul məbləği ilə tutulacaq alimentin miqdarını 200 manat müəyyən edir. İddiaçı alimentin tutulmasının 08 noyabr 2018-ci ildən hesablanması barədə iddia irəli sürmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(044)-356/2019 saylı qətnaməsi ilə cavabdehin qazancının ¼ hissəsində alimentin tutulmasının əvvəli də 08 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Eyni dövr üçün alimentin miqdarının qazancın hissəsi kimi tutulması barədə qətnamə olduğu halda, iddiaçı nəyə əsasən həmin dövr üçün alimentin həm də sabit pul məbləği ilə tutulmalı olmasını əsaslandırmamışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən hallara uyğun olaraq dəyişdirilmiş miqdarda alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 15 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Müəyyən edilmiş aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4787/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4787/2023
19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver