Məhkəmə qərarları › İş №2(125)-4792/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4792/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4792/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, X6 Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və 24 aprel 2011-ci il tarixdə doğulmuş X9 adlarında iki övladları vardır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(043)-734/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında xx.xx.2006-cı tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 717 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 iddiaçı X2 yanında saxlanılması, Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq X3 ödənilməsi qət edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı “əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-734/2022 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin, ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin, xx.xx.2006-cı il tarixdə doğulmuş X4 universitetinin təhsil haqqının ödənilməsində iştirakına cəlb edilərək Cavabdeh hər ay 100 (yüz) manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-734/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, borclu Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatdığı üçün ona təyin edilmiş aliment artıq kəsilmişdir. O, hazırda 150 manat olan həmin pula uşaqlarının tələbatlarını ödəyə bilmir. Böyük qızı X8 Azərbaycan Kooperasiya Universitetinin “Marketinq və menecment” fakültəsində əyani təhsil alır. Cavabdeh maddi cəhətdən uşaqlarına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq uşaqlarına əlavə heç bir maddi və mənəvi yardım göstərmir. Övladlarının maddi və mənəvi maraqlarını təmin etmir. Övladları böyüyür, inkişaf edir. Böyüdükcə, inkişaf etdikcə məlumdur ki, artıq onların saxlanma xərci də xeyli miqdarda artmışdır. Uşaqlarının saxlanılmasında maddi tərəfdən əziyyət çəkir. Hazırki dövrdə 150 manat həmin pula uşağının tələbatını qarşılamaq qeyri-mümkündür. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, o, 2024-cü ilin iyul ayına kimi hər ay iki uşaq üçün 300 (üç yüz) manat aliment ödəmişdir. Bundan başqa hər ay aliment borcundan da müəyyən miqdar ödəmişdir. Beləliklə onun hər ay əmək haqqının 70 faizinədək iddiaçıya ödənilir. Bundan başqa vaxtaşırı qızına 20, 50, bəzən də 100 manat pul göndərir. Qeyd etmək istəyir ki, o, "xxxx" MMC REŞ-də sürücü işləyir, aylıq əmək haqqı 640 (altı yüz qırx) manat, bəzən isə, yəni avtomobil işləməyəndə 550 manat təşkil edir. İddiaçı isə “Azərsun” Holdingdə işləyir, aylıq əmək haqqı 1000(min) manatdan yuxarıdır. İddiaçı ondan X1 üçün hər ay 250 manat aliment tələb edir. Ailə qanunvericiliyinin tələblərinə görə bir uşağın saxlanılması üçün valideynin gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. İddiaçının tələb etdiyi 250 manat onun aylıq gəlirimin 1/3-dən artıq məbləğ təşkil edir. Bu isə qanunun tələblərinə ziddir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-734/2022-ci il qətnaməsi ilə müəyyən edilmiş 150 manat aliment onun əmək haqqının 1/4 hissəsini təşkil etdiyi üçün həmin məbləğ dəyişdirilməməlidir. Bundan başqa iddiaçı yetkinlik yaşına çatmış övladı Leylanın təhsil haqqının ödənilməsi üçün ondan hər ay 100 manat tələb edir. Bununla da razı deyildir. Universitet təhsil haqqı əlavə xərc deyil. Bundan başqa iddiaçı mediasiya xərci olan 55 (əlli beş) manat pulu da ondan tələb edir. O, bununla da razı deyildir. Belə ki, iddiaçını belə bir iddia qaldırmağa o, vadar etməmişdir. Sonda cavabdeh iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikah münasibətlərindən 24 aprel 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 734/2022 nömrəli qətnaməsi ilə hər ay 24 aprel 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay bir uşağa görə 235 manat məbləğində müəyyən edilməli, valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan 24 aprel 2011-ci il tarixdə doğulmuş X1 üçün hər ay 250 manat alimentin və xx.xx.2006-cı il tarixdə doğulmuş X4 universitetinin təhsil haqqının ödənilməsində iştirakına cəlb edilərək Cavabdeh hər ay 100 (yüz) manat pulun onun xeyrinə tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğində alimenti ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onun valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin tutulduğu 2022-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq, bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir. İddianın valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbi hissəsini məhkəmə əsaslı saymır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsindən bəhs edən 81-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, həmin qanun normasında uşaqdan ayrı yaşayan valideynin yetkinlik yaşına çatmış və təhsil alan övladına görə, əlavə xərclərə cılb edilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, iddia valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbi hissəsində rədd edilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (235-150)=85 manat x 12 ay)=1020 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 30 manat 20 qəpik məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat 20 qəpik məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-734/2022 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 24 aprel 2011-ci il tarixdə doğulmuş X9 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 30 (otuz) manat 20 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar