Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-480/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, iddiaçı Məmmədova (Əsgərova) Nurlana Akif qızının Cavabdeh Məmməd oğluna qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Məmmədova (Əsgərova) Nurlana Akif qızı Cavabdeh Məmməd oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən nəvələri xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmiş hər ay, hər bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat məbləğində vəsaitin tutulması və həmin vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı ilə cavabdehin oğlu X4 Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 636 nömrə ilə qeyd etdirməklə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahdan üç uşaq - xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X18 doğulmuşdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 X14 qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddiasının təmin edilməsi, X8 və X17 arasında 18 sentyabr 2012-ci il tarixdə 636 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 19 sentyabr 2018-ci il təvəllüdlü X10 ata X9 alınıb ana X5 verilməsi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 21 yanvar 2014-cü il təvəllüdlü X13, 08 aprel 2015-ci il təvəllüdlü X16 və 19 sentyabr 2018-ci il təvəllüdlü X10 X3 himayəsində və yanında saxlanılmaları, 21 yanvar 2014-cü il təvəllüdlü X13, 08 aprel 2015-ci il təvəllüdlü X16 və 19 sentyabr 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X9 hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, 19 sentyabr 2018-ci il təvəllüdlü X15 münasibətdə alimentin tutulma müddəti X10 ata X9 alınıb ana X5 verildiyi tarixdən müəyyən edilməsi, 21 yanvar 2014-cü il təvəllüdlü X13 və 08 aprel 2015-ci il təvəllüdlü X11 münasibətdə alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 man 2023-cü il tarixdən müəyyən edilməsi, qətnamə 21 yanvar 2014-cü il təvəllüdlü X13 və 08 aprel 2015-ci il təvəllüdlü X11 münasibətdə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş həyat yoldaşı X12 atasıdır. X17 isə övladları X6, X16, X10 atasıdır. xx.xx.2023-cü il tarixdə nikahları pozulmuş və hər uşağa 120 manat olmaqla, cəmi 360 manat aliment məbləği müəyyən olunmuşdur. X2 müəyyən olunmuş aliment məbləğini ödəmir. Aliment məbləği hazırda 6000 manat təşkil edir, buna görə də övladlarının babası Cavabdeh Məmməd oğlundan aliment məbləğinin tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh (qayınatası) Cavabdeh Məmməd oğlu FHN-nin Yanğından müdafiə təşkilatı üzrə təqaüdə çıxmışdır, 450 manatdan artıq pensiya alır. Bundan başqa Göygöl rayon Yeni Qızılca kənd məktəbində texniki işçi vəzifəsində çalışır, 400 manatdan artıq maaş alır. Daha sonra veteran statusu ilə bağlı təqaüd alır. Bundan başqa getdikcə uşaqların maddi tələbatı artır və o buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, cavabdeh uşaqların babasıdır. Uşaqların atası X17 aliment borcunu ödəmədiyi üçün onun bugünə 7000 manat aliment borcu yığılıb. Belə ki, X1 ticarətlə məşğul olur, aliment borcunu qərəzli şəkildə icra etmədiyinə görə o icra orqanı tərəfindən axtarışa verilmişdir. Özü müəllim işləsə də, gəliri az olduğundan uşaqların bütün xərclərini qarşılaya bilmir. Belə ki, X17 ona şiddət göstərdiyi üçün ondan boşanmışdır. Uşaqların babası, yəni cavabdeh təqaüd alır, həmçinin əlavə gəlirləri də var. Həmçinin qeyd etdi ki, tələb etdiyi aliment məbləği xeyli aşağı olmasına baxmayaraq cavabdeh tərəf onu da icra etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun keçmiş gəlinidir. O, birinci Qarabağ müharibəsinin əlilidir, hazırda işləmir. Cəmi 450 manat təqaüd alır, həmin təqaüd heç özünün xərclərinə kifayət etmir. Hazırda oğlu, yəni uşaqların atası iş axtarır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin oğlu X12 birgə nikahından üç uşaq - xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X18 doğulmuşdur. Hazırki cavabdeh uşaqların ata tərəfindən babasıdır. Hazırda iddiaçı uşaqların atalarının aliment ödəmədiyini, maddi vəziyyətinin ağır olduğunu bildirərək uşaqların babasından aliment tələb edir. Məhkəmə öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki tələbin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsidir. Həmin maddəyə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, cavabdehlərdən aliment tutulması üçün 2 əsas şərt var. 1. yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməsi. 2. Baba və nənənin aliment ödəmək üçün zəruri vəsaitə malik olması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş materiallarından müəyyən olunur ki, iddiaçı uşaqların saxlanması üçün onlarən atalasından aliment tələb etmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)- 587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 21 yanvar 2014-cü il təvəllüdlü X13, 08 aprel 2015-ci il təvəllüdlü X16 və 19 sentyabr 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ata X9 hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmiş, həmin qətnamə icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, hazırda uşaqların atası X12 aliment ödəməkdən boyun qaçırması halı babadan aliment tələb edilməsi üçün əsas olmamalıdır. Çünki, icra tədbirləri nəticəsində uşaqların atası X12 alimenti yenidən əvvəlki kimi ödəməsi istisna edilmir. Başqa sözlə, uşaqların atası X17 aliment ödəmək iqtdarındadır, yəni iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, həmin şəxs azadlıqdan məhrum edilməmiş və ya gəlir əldə etmək qabiliyyətindən məhrum olmamışdır, sadəcə olaraq alimenti ödəməkdən boyun qaçırır. Bu hal isə icra məmurlarının tədbirləri nəticəsində aradan qaldırıla bilər. Eyni zamanda, hazırkı mübahisə üzrə cavabdeh olan babanın zəruri vəsaitə malik olmasına dair rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə iş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla təsdiq edilir ki, cavabdeh heç bir yerdə işləmir, cavabdehin 61 yaşı var, pensiya alır. Belə olan halda cavabdehin etirazlarında göstərdikləri dəlillər real və ağlabatan olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız hesab edilməli və rədd edilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilən mediasiya xərci iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Məmmədova (Əsgərova) Nurlana Akif qızının Cavabdeh Məmməd oğluna qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-480/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-480/2025
14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver