Məhkəmə qərarları › İş №2(125)-4814/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4814/2024

23.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4814/2024 23.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi ilə, İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixdə Gəncə şəhərində, X3 CASHBACK Kredit Xətti Müqaviləsi № BRCB33264836B127 tərəflər arasında bağlanmış kredit borcunun, hansı ki, birgə nikah dövründə əldə olunmuş kredit ödənişlərinin cavabdehlə onun arasında bərabər ödənişlər olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin İdarə Heyətinə məktub ünvanlayaraq, birbank kredit kartına görə olan kredit ödənişlərinin ailəsinin stabil əmək haqqısından tutulmasına yönəldilməsinə aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində, X3 CASHBACK Kredit Xətti Müqaviləsi № BRCB33264836B127 tərəflər arasında bağlanmışdır. Taksi fəaliyyəti göstərməklə, kredit ödənişləri etmişdir, ölkədə taksilərə qarşı çıxarılmış qanuna əsasən fəaliyyəti dayandırılmışdır. Krediti ödəmək iqtidarında deyildir. Belə ki, həyat yoldaşı Cavabdeh X1 İnfeksion xəstəliklər şöbəsində tibb bacısı işləyir, stabil əmək haqqı vardır. Cavabdehlə aralarında nikah rəsmi qaydada pozulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı “kreditin müştərək ödənişi” tələbinə dair iddia qaldırdığını, həmin iddiadan imtina etdiyini, dəlil və sübutların ona geri qaytarılmasını və iddiadan imtina barədə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçı tərəfin iddiadan imtina haqqında ərizəsini, işdə olan sənədləri və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı və İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair 2(125)-4814/2024 nömrəli mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul olunsun. İddiaçı cavabdeh Quliyeva (Abdullayeva) Taliyə Novruz qızına qarşı “kreditin müştərək ödənişi” tələbinə dair 2(125)-4814/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar