Məhkəmə qərarları › İş №2(125)-4877/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4877/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4877/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı maddi yardım tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun saxlanmağına görə hər ay hər birindən 500 manat miqdarında sabit pul məbləğində alimentin, dərmanlarına görə əlavə 150 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlərdən Cavabdeh1 keçmiş həyat yoldaşı, Cavabdeh2 isə doğma qızıdır. Ailə qurandan sonra ailə münasibətləri normal olmuşdur. Aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra o, xəstəliyə dücar olmuş, həmin dövrdə Cavabdeh1 onu yataqda qoyub çıxıb evdən getmişdir. Sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları olan X2 isə anasının himayəsindədir. Cavabdehlər bir dəfə də olsun onunla maraqlanmamışlar, əksinə ondan aliment tələb edib, ona stres yaşadaraq daha da böyük ziyan vurmuşlar. Övladı bir dəfə də olsun onunla maraqlanmamışdır. Ona heç bir köməklik göstərmir. Cavabdehlər kifayət qədər yaxşı yaşayırlar. O isə 1-ci qrup əliliyinə görə təqaüdünü belə özü istifadə edə bilmir. Çünki həmən təqaüdü o, balaca qızına aliment verir. Cavabdehin orta aylıq gəliri yüksəkdir. Hazırda ona anası baxır, atasının və anasının köməyindən yaralanır. Maddi cəhətdən çox çətinlik çəkir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın Cavabdeh2 aid olan hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı özü pensiya alır və onun maddi yardıma ehtiyacı yoxdur. İddiaçının BMV markalı avtomaşını vardır, o özü isə heç bir yerdə işləmir. Sonda cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan əlillik haqqında arayışlardan görünür ki, İddiaçı müddətsiz birinci dərəcəli əlildir və 470 manat pensiya alır. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 04 noyabr 2004-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İşdə olan arayışın surətindən görünür ki, X2 04 mart 2009-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3020/2016 saylı 20 may 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2004cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay bir uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh1 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il tarixdə doğulmuş Cavabdeh2 yetkinlik yaşına çatsa da, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatmamışdır və həmin uşağın saxlanması üşün hər ay İddiaçı alimentin tutulub Cavabdeh1 verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi özünün saxlanması üçün keçmiş arvadının aliment ödəməsi ilə bağlı olduğundan, həmin münasibətlərə ailə qanunvericiliyinin aliment münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ər-arvadın bir-birini saxlamaq vəzifəsindən bəhs edən 84-cü maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbinin əsaslı olması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsi iki şərtin mövcudluğu ilə şərtləndirir. Birinci əsas şərt, ər və arvad arasında rəsmi nikahın olması şərtidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. İkinci əsas şərt isə maddi yardımı ödəməsi xahiş olunan tərəfin bu vəsaiti ğdəmək üşün zəruri vəsaitə malik olması şərtidir və birinci şərtin mövcud olmaması halında ikinci şərt üzrə araşdırmaların aparılmasına zərurət qalmır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Baxılan işdə, iddiaçı tərəflər arasında rəsmi nikahın olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdır. Cavabdeh isə aralarında rəsmi nikahın olmadığını bildirmişdir. Mediasiya arayışından da tərəflər arasında rəsmi nikahın olub olmamasını müəyyən etmək mümkün olmur. Məhkəmə hesab edir ki, tərəflər arasında rəsmi nikahın olmamasının təsdiq olması halında iş üzrə sonrakı araşdırmaların aparılmasına zərurət qalmır və iddia bu əsasla rədd edilməlidir.Həmçinin, tərəflər arasında rəsmi nkahın olması təsdiq olunsa belə, iddianın təmin olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, iş materiallarında cavabdehin iddiaçıya aliment öləmək üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə araşdırmaları zamanı “Elektron Məhkəmə” İnformasıya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan da müəyyən olunur ki, Cavabdeh1 iş yeri yoxdur. İddiaçı isə vergi ödəyicisi olmaqla, elektrik malları mağazası və suvenirlərin pərakəndə satışı ilə məşğuldur. Odur ki, məhkəmə bu qənaətdədir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 qarşı maddi yardım tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar