Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4897/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdeh qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X1 adının dəyişdirilib “Nazlı” kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz uşağının soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmiş, lakin qeydoiyyat şöbəsinə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə müvafiq inzibati orqana (Gəncə şəhər qeydiyyat şöbəsinə) müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdiyi halda isə, onun səlahiyyətli inzibati orqanın qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan «Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4897/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4897/2025
01.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver