Məhkəmə qərarları › İş №2(125)-4910/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4910/2024

07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4910/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentin, habelə cavabdehin övladları X5 Bakı şəhərində təhsil alması ilə əlaqədar əlavə 250 manat xərcə cəlb edilməsinə və onun tərəfindən ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ərizə təqdim edərək X3 təhsil haqqının yarısının-250 manat pulun da alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci ildə Ülviyyə və xx.xx.2008-ci ildə Ülvi adlı uşaqları anadan olmuşdur. Nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Qızı əvvəl onun yanında qalmış, sonra atasının yanına getmiş, hazırda yenə onun yanında qalmışdır. Oğlu Ülvi Bakı şəhərində musiqi kollecinin 2-ci kurs tələbəsidir və hər ay onun təhsil alması üçün 500 manatdan artıq xərc çəkir. Qızı isə bu il kollecə qəbul olunmuş, bütün xərclərini çəkmiş, illik 500 manat olan təhsil haqqını da ödəmişdir. Həmin məbləğin yarısını də cavabdeh ödəməlidir. Lakin cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, qızı Ülviyyə onun himayəsindədir, bu barədə məhkəmə qətnaməsi də vardır. Əvvəl anasının yanında qalmış, sonra onun yanına gəlmiş, daha sonra yenə anasının yanına getmişdir. Oğlu isə anasının himayəsində olsa da, xərclərinə köməklik etmişdir. 1 ay əvvələ kimi uşağın xərclərini özü çəkmişdir. İxtisara düşmüş, işdən çıxarılmışdır. Uşağın kolleci üçün təhsil haqqını ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 942909 nömrəli və AZ-T 233060 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə Ülviyyə və xx.xx.2008-ci ildə Ülvi adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-293/2022 nömrəli qətnaməsindən görünür ki, tərəflərin nikahları pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 iddiaçı (Vəliyeva) X2 himayəsində saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçı (Vəliyeva) X2 xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2210/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-293/2022 nömrəli qətnaməsi qismən- “tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra iddiaçı (Vəliyeva) X2 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçı (Vəliyeva) X2 xeyrinə tutulması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal qüvvəyə minməsi və icraya yönəldilməsi” hissəsində ləğv edilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 valideynlərinin boşanmasından sonra atası Cavabdeh himayəsində saxlanılması qət edilmiş və iddia aliment tələbinə dair hissədə təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00398 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 17:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini İddiaçı tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin nikahları pozulmuş və tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra atası Cavabdeh, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 isə anası İddiaçı himayəsində saxlanılmışdır. İddiaçı qızları Ülviyyənin əvvəl atasının yanında qalsa da, hazırda onun himayəsində olduğunu, övladlarının hər ikisinin tələbə olmaqla illik təhsil haqlarını və digər xərclərini qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin isə uşaqların saxlanılması üçün maddi köməklik göstərməməsini əsas gətirərək aliment və əlavə xəclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək, övladları Ülviyyənin onun himayəsində olmasını və bu barədə məhkəmə qətnaməsinin mövcud olmasını, Ülviyyənin sonradan anasının yanına getsədə 1 ay əvvələ kimi bütün xərclərini özü çəkdiyini, həmçinin uşaqların təhsil haqlarını ödəmək və əlavə xərclərə cəlb edilmək üçün maddi imkanının olmadığını əsas gətirərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi, mövcud qanunvericilik uşaqlarının saxlanılmasının hər bir valideynin borcu olduğunu, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsaitin (aliment) valideynlərdən məhkəmə qaydasında tutulmasını, həmçinin tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutulmasını təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, uşaqlardan biri iddiaçının biri isə cavabdehin yanında qalmış, iddiaçı uşaqları Ülviyyənin onun yanında qalmasını müəyyən edən sübutu (məhkəmə qətnaməsini) təqdim etməmişdir. İddiaçı Gəncə şəhəri Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbində musiqi müəlliməsi işlədiyi halda, cavabdeh hazırda işsiz olduğunu göstərmişdir. İddiaçı cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Bununla belə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2210/2022 nömrəli qətnaməsinə əsasən uşaqlardan birinin iddiaçının digərinin isə cavabdehin yanında qalmasına görə tərələrdən aliment kəsilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2210/2022 nömrəli qətnaməsindən sonra tərəflər arasında hər hansı dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar