Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4939/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və ünvan 1 ünvanda yerləşən mülkün ilkin vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb məhkəmə hesab edir ki, iddia ərizəsinin mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı1 sonuncu dəfə 21 noyabr 2022-ci il tarixdə Aktau şəhəri istiqamətində H.Əliyev beynəlxalq aeroportunda dövlət sərhəd buraxılış məntəqəsindən ölkəni tərk etmiş, həmin vaxtdan sonra Azərbaycan Respublikasına giriş etməmişdir. Tərəflər arasında mübahisənin sonradan, yəni 28 noyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə bağlı yarandığı nəzərə alındıqda hazırkı iddia ərizəsinin İddiaçı1 ölkəni tərk etməmişdən tərtib edilib imzalaması mümkün deyildir. Belə olan halda iddia ərizəsinin İddiaçı1 adından kimin tərəfindən imzalanması, həmin şəxsin səlahiyyətli olması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4939/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4939/2023
20.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver