Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4940/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə tələbinə dair ilk iddiası, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İlk iddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi və Gəncə 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbinin mahiyyəti: İlk iddiaçı tələbini belə əsaslandırmışdır ki, onun cavabdehlə el adəti üzrə toyları olmuş ailə qurmuşlar və birgə yaşadıqları zaman xx.xx.2021-ci ildə X12 adlı uşaqları dünyaya gəlmişdir. Övladı hal-hazırda onun himayəsindədir. Odur ki, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin Cavabdeh əmək haqqının və digər rəsmi gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsini istəyir. Qarşılıqlı iddia tələbi: Bundan sonra cavabdeh Ağayev X7 Günay Zabit qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin ilk iddiasının qismən təmin edilməsi, onun övladı xx.xx.2021-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günü saat 10-00-dan gecə onun yanında qalmaqla bazar günü saat 18-00-dək cavabdehin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və hər iki iddiaya bir icraatda baxılması qərara alınmışdır. Daha sonra qarşılıqlı iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” ərizə verərək, xx.xx.2021-ci il təvəllüdlü X12 adlı uşaqla hər həftənin şənbə günü saat 11:00-dan 14:00dək görüşüb ünsiyyətdə olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin mahiyyəti: Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə el adəti ilə (qeyri-rəsmi) ailə həyatı qurmuşdur. Lakin, müəyyən müddətdən sonra ayrılmışlar. Vətəndaş nikahından xx.xx.2021-ci il təvəllüdlü X12 anadan olmuşdur. Uşaq anasının himayəsindədir. Cavabdeh məhkəməyə iddia ərizə ilə müraciət edərək xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun əmək haqqının və digər rəsmi gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. Qeyd edir ki, onun digər övladı xx.xx.2015-ci il təvəllüdlü X10 da var. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1849/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə əmək haqqının və digər gəlirlərin dördə biri miqdarında aliment təyin olunmuşdur. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə ilk iddianı müdafiə edib, qarşılıqlı iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Çiçək adlı uşaqla hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olmaq istəyir. Alimentin isə hər ay aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi şəklində tutulmasına isə razı deyildir. Belə ki, başqa nikahdan da övladı vardır və onun üçün də aliment ödəyir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə ilk iddiaçının nümayəndəsini və qarşılıqlı iddiaçını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2025-ci il tarixli, MŞG/1-01129 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh xx.xx.2025-ci il tarixində, 10:00 saatlarında “alimentin ¼ mislinin əmək haqqına yönəldilməsi” tələbinə dair mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 11 may 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 11 may 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, X2 şəhəri, Atatürk prospekti, 237, ev 8, mənzil 11 ünvanında qeydiyyatdadır. - AZ-İV seriyalı, 660241 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış Barışıq Sazişindən görünür ki, 1. tərəflər İddiaçı və Cavabdeh qarşı bir az yaşlı uşağın X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə bağlı Gəncə 1 Saylı Mediasiya təşkilatına müraciət etmişdir. 2. Tərəflər hər ikisi İddiaçı və Cavabdeh el adəti ilə ailə qurmuş olsalar da rəsmi nikahları olmamışdır 3. Tərəflər İddiaçı və Cavabdeh qeyri-rəsmi nikahdan doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun müəyyən edilməsinə razılaşmışlar 4. Birinci tərəf İddiaçı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun hər ayın 1-i tarixindən - 5-i tarixinə kimi onun kartına göndərilməsinə razılaşır 5. İkinci tərəf; Ağayev X8 tərəf İddiaçı fikirləri ilə razılaşaraq hər ayın 1-i tarixindən 5-i tarixinə kimi 160 manat aliment pulunu ana İddiaçı kartına göndərməyə razılaşır. 6.Tərəflər, İddiaçı və Ağayev X1 yazılanları oxudular, dinlədilər və imza atmağa razılaşdılar. 7. Tərəflər Barışıq sazişinə əsasən bir-birilərinə verdikləri sözlərə görə gələcəkdə məsuliyyətsizlik etsələr tərəf-tərəfi Məhkəməyə verə bilər. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1849/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Kazımzadə (Ağayeva) Afaq Vidadi qızının birgə nikahından 20 may 2015-ci il tarixdə anadan olmuş X10 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi tutularaq iddiaçı X5 verilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən icra edilməsi qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1194/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1849/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-4940/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qərardadından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının işə cəlb edilməsi qərara alınmışdır. - Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, komissiya xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 16:00-dək cavabdeh İddiaçı iştirakı ilə görüşüb ünsiyyətdə olmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında müəyyən edilən hallar: İddiaçı ilə Cavabdeh faktiki ailə münasibətlərindən Çiçək adında 1 uşaqları doğulmuşdur. Tərəflər ayrılmışlar və uşaq ilk iddiaçının yanındadır. İddiaçı ilə Cavabdeh arasında Çiçək adlı uşağın saxlanması üçün alimentlə bağlı mediasiya prosesində Barışıq Sazişi bağlanmışdır. Həmin Sazişin İİİ bəndinə tərəflər İddiaçı və Cavabdeh qeyri-rəsmi nikahdan doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun müəyyən edilməsinə razılaşmışlar İV bəndinə əsasən birinci tərəf İddiaçı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun hər ayın 1-i tarixindən 5-i tarixinə kimi onun kartına göndərilməsinə razılaşmışdır. V bəndinə əsasən ikinci tərəf; Ağayev X8 tərəf İddiaçı fikirləri ilə razılaşaraq hər ayın 1-i tarixindən 5-i tarixinə kimi 160 manat aliment pulunu ana İddiaçı kartına göndərməyə razılaşmışdır. Lakin, halhazırda ilk iddiaçı alimentin tutulması üsulunun dəyişdirilərək, ilk iddia üzrə cavabdehin aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(125)-4940/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilmiş, məhkəmənin 2(125)-4940/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qərardadı ilə qəyyumluq və himayəçilik komissiyası işə cəlb edilmiş və komissiya xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 16:00-dək cavabdeh İddiaçı iştirakı ilə görüşüb ünsiyyətdə olmasını məqsədəmüvafiq hesab etmişdir. Daha sonra qarşılıqlı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il təvəllüdlü X12 adlı uşaqla hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi ilk iddianı müdafiə edib, qarşılıqlı iddianın isə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Qarşılıqlı iddiaçı isə qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianın qismən təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddə - 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddə - 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddə - 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir; Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edilməsi məqsədə müvafiqdir.” Bundan başqa, Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk iddia tələbinə qiymət verərək, qeyd edir ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə uşağın saxlanılması hər iki tərəfin valideynlik borcudur və məhkəmə alimentin yeni məbləğini müəyyən edərkən ilk növbədə uşağın yaşını, sağlamlıq, saxlanma xərclərinin artmasını və digər mənafelərini nəzərə alır. Bu baxımdan, məhkəmə qeyd edir ki, X15 adlı uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği kifayət qədər aşağı məbləğ olmaqla uşağın saxlanılması üçün kifayət etmədiyindən məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, 14 avqust 2023-cü il tarixli, MŞG//1-02658 nömrəli Barışıq Sazişi ilə xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay 160 manat sabit pul məbləğində alimentin tutulma üsulu dəyişdirilməli və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa iş materiallarından görünür ki, ilk İddiaçı aliment tələbi barədə ərizə ilə 04 avqust 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin artırılma müddəti ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Həmçinin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilməlidir. Məhkəmə daha sonra qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, mübahisənin düzgün və hərtərəfli araşdırılması məqsədi ilə qəyyumluq və himayəçilik komissiyası işə cəlb edilərək, komissiya tərəfindən xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 16:00-dək cavabdeh İddiaçı iştirakı ilə görüşüb ünsiyyətdə olmasını məqsədəmüvafiq hesab edilsə də, daha sonra qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olmasına dair qətnamə çıxarılmasını xahiş etdiyindən və ilk iddiaçı da qarşılıqlı iddiaçının tələbi ilə razılaşdığından məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Beləliklə, xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olması hüququ təmin edilməli, həmçinin, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 11:00-da İddiaçı tərəfindən Cavabdeh, həmin gündə saat 14:00da isə eyni ünvanda Cavabdeh tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə ödənilmiş mediasiya xərci ilk iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddia tələbləri təmin edilsin. 14 avqust 2023-cü il tarixli, MŞG//1-02658 nömrəli Barışıq Sazişi ilə xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulma üsulu dəyişdirilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilsin. İlk iddia üzrə ödənilmiş mediasiya xərci ilk iddiaçıya aid edilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olması hüququ təmin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 11:00-da İddiaçı tərəfindən Cavabdeh, həmin gündə saat 14:00da isə eyni ünvanda Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4940/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4940/2025
07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver