Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-502/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh və İddiaçı Adil qızı xx.xx.2014-cü ildə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlamışlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X10 və 16 iyul 2015-ci ildə anadan olmuş X11 adlı 2 uşaq vardır. İddiaçı Cavabdeh qarşı tərəflər arasında olan nikahın pozulması, onların birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və tərəflər arasında bağlanmış nikahın pozulmasına təkid edərək bildirdi ki, cavabdehlə 10 fevral 2014-cü il tarixdə nikahlarını qeydə aldırmışdır. Onların birgə nikahından Mədinə və Xədicə adlı 2 uşaq anadan olmuşdur. Lakin birgə yaşadıqları müddət ərzində ona qayğı göstərməmiş və ona qarşı laiq olmadığı münasibəti göstərmişdir. Hətta onunla Cavabdeh birgə münasibətlərindən 3-cü uşaq üçün hamilə olarkən, Cavabdeh onu həkimə aparmamış, uşağın tələf olması üçün ona qarşı hərəkətlər etmişdir. O, xəstə olduqda, yaxud onun hər hansı orqanı ağrıdıqda isə Cavabdeh hər kəsin gec-tez öləcəyini deyib, xəstəliyə görə ölməkdən qorxmamağı ona tövsiyyə etmişdir. Bəzi vaxtlar isə o, həkimə aparılmasını deyil, ümidlə yaşamaq üçün sadəcə həkimə aparılmaq vədi verilməsini arzulamışdır. Onların birgə yaşadıqları müddət ərzində Cavabdeh maraq dairəsi yalnız təsərrüfatdan və malqaradan ibarət olmuşdur. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların təhsilləri ilə də maraqlanmamış və uşaqlara ata qayğısı göstərməmişdir. O, uzun illər Cavabdeh xarakterinin normallaşacağını, ona, eləcə də birgə nikahdan doğulmuş uşaqlara qayğı göstərəcəyini və ailə münasibətlərinin yaxşılacağını səbrlə gözləsə də, Cavabdeh öz davranışlarını dəyişməmişdir. Bütün bunlar onlar arasındakı münasibətlərin bərpa olunmayacaq qədər pisləşməsinə səbəb olmuşdur. Qeyd olunan səbəbdən də o, yaşamaq üçün öz valideynlərinin yaşadığı ünvana, daha sonra isə uşaqların təhsil aldıqları məktəbin yaxınlığında valideynlərinin kirayə tutduqları mənzilə köçmüşdür. Hazırda valideynləri onun və uşaqlarının yaşaması üçün fərdi yaşayış evi tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almışlar və qısa zaman ərzində həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunacaqdır. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların öz yanında qalmaları üçün həmin uşaqlara mobil telefon və planşet alıb vermiş, hətta Mədinəni gəzmək üçün tək Bakı şəhərinə göndərmişdir. Mədinə onunla söhbət edərkən, atasının evi, təsərrüfatı və digər bütün əmlakı ona verəcəyini dediyini bildirmişdir. Hazırda hər iki uşaq onun yanında yaşayır. Sonda İddiaçı iddianın təmin edilməsi, nikahın pozulması, onların birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2015-ci ildə anadan olmuş X6 onun yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, bir müddət bundan əvvəl onun atası Sabir Məhərov vəfat etmiş və vəfat edərkən İddiaçı görmək istəmişdir. Lakin İddiaçı aralarındakı münaqişəli vəziyyəti və yaşamaq üçün bir daha həmin ünvana qayıtmayacağını bildirməklə, onun atasının son istəyini yerinə yetirməmiş və onun atası ilə görüşməmişdir. Buna görə də o, heç vaxt İddiaçı bağışlamayacaqdır. O, İddiaçı ilə aralarında olan nikahın pozulmasına razıdır. Lakin İddiaçı öz valideynlərinin, yaxud hansısa qohumunun yanında deyil, kirayə tutduğu mənzildə yaşayır. O isə İddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların kirayə mənzildə yaşamaqlarının onların əxlaqına mənfi təsir edəcəklərini düşünür. Qeyd olunan səbəbdən o, həmin uşaqların İddiaçı deyil, onun yanında qalmaqlarını istəyir. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və birgə nikahdan doğulmuş uşaqları dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 iştirakı ilə dindirilən xx.xx.2013-cü il təvəllüdlü X10 izahatında göstərdi ki, o, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin 5-ci sinifində təhsil alır. Hazırda o, anası İddiaçı ilə birlikdə yaşayır. Lakin o, babası vəfat etməmişdən qabaq, ağrıları olarkən anası İddiaçı görmək istəsə də, İddiaçı görüşmək üçün getmədiyinə görə bağışlaya bilmir. Anası İddiaçı və atası Cavabdeh heç vaxt onu incitməmişdir. Sonuncu dəfə o, Bakı şəhərinə getdiyinə görə anası İddiaçı ona əsəbləşmişdir. Onun atası Cavabdeh ondan dərslərini necə oxuduğunu soruşsa da, onun kitablarına və dərslərinə ümumiyyətlə baxmamışdır. O, atası Cavabdeh yanında yaşamaq istəyir. Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 iştirakı ilə dindirilən xx.xx.2015-ci il təvəllüdlü X11 izahatında göstərdi ki, o, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin 3-cü sinifində təhsil alır. Hazırda o, anası İddiaçı ilə birlikdə yaşayır. Anası İddiaçı onun dərsləri ilə maraqlanır və məşğul olur. Onun atası Cavabdeh bacısı Mədinə ilə telefonla danışarkən oxumaqla adam olunmayacağını demiş, onların təhsilləri ilə maraqlanmamışdır. O, anası Z.A.Məhərovun yanında yaşamaq istəyir. Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X8 məhkəmə iclasında X6 ibtidai sinif müəlliməsi olduğunu və X9 işlədiyi məktəbin şagirdi kimi tanıdığını, həmin uşaqların onun işlədiyi məktəbə gələrkən ilk vaxtlar təhsillərinin və səliqələrinin zəif olduğunu, lakin bir müddət sonra yaxşılaşdığını bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğuna görə tərəflər arasında bağlanmış nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli Qərarının 7.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən «10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır» yaxud «qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər» ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafına və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X5 atası Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X6 anası İddiaçı himayəsinə verilməsi hesab edilir. Məhkəmə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasının rəyini və xx.xx.2013-cü il təvəllüdlü X5 izahatını digər sübutlarla birlikdə qiymətləndirərək, hesab edir ki, həmin rəy iş üzrə sübutlar siyahısından çıxarılmalı və M.Cavabdehnın izahatı yaşayış yerinin müəyyən edilməsinə dair hissədə nəzərə alınmamalıdır. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2015-ci ildə anadan olmuş X11 hazırda İddiaçı yanında yaşayır, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə təhsil alırlar. Həmin uşaqlar məhkəmə iclasında dindirilərkən xx.xx.2013-cü ildə anadan olmuş X10 atası Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X11 isə anası İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyi ilə yalnız həmin xüsusat nəzərə alınmışdır. Lakin həmin rəydə işin digər halları, yəni S.S.X2 özünə qarşı daha çox sevgi yaratmaq məqsədi ilə faydalı olub-olmamasından asılı olmayaraq, uşağın istəklərini (mələsən, mobil telefon və planşet vermək, məktəbindən verilmiş ev tapşırıqlarının uşağın arzusuna uyğun icra edilib-edilməməsi, uşağın sərbəst gəzintisi və s.) yerinə yetirməsi, Cavabdeh İddiaçı ilə aralarında olan mübahisənin bütün ünsürlərini uşağa ötürməsi (məsələn, Mədinə Məhərovanın babasının istəyinə uyğun olaraq, anası İddiaçı ziyarət etməməsi ilə əlaqədar anasını bağışlaya bilmədiyini deməsi ilə Cavabdehnın eyni səbəbdən İddiaçı bağışlaya bilməməsini bildirməsinin sözbəsöz təkar olması), Cavabdeh uşaqların təhsili ilə maraqlanmaması və bu kimi digər hallar, eləcə də uşaqların ayrı yaşamaqlarının onların mənafelərinə zidd olması nəzərə alınmamışdır. Məhkəmə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasının rəyini və 10 yaşına çatmış uşaqların fikrini digər sübutlarla birlikdə qiymətləndirərək, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yaşını, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafını, eləcə də həmin uşaqların anasının yanında qalmalarının onların mənafeyinə uyğun olmasını, hər iki valideynin öz uşaqları barəsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq, hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması onların mənafeyinə uyğundur. Habelə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini və 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını razılığını nəzərə alaraq, hesab edir ki, iddia tələbi alimentin tutulması tələbinə dair hissədə qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarım saxlanması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında 10 fevral 2014-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 və 16 iyul 2015-ci ildə anadan olmuş X6 anaları X3 yanında qalmaları müəyyən edilsin. 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 və 16 iyul 2015-ci ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı Aydən qızının xeyrinə hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 16 noyabr 2023-cü il tarixdən X10 və X11 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ərarvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-502/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-502/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver