Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5024/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, X5 Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 06 noyabr 2009-cu il tarixdə rəsmi nikah bağlamışlar və nikahın bağlanmasından sonra arvada “Nağıyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən və arayışdan müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X3, xx.xx.2011-ci ildə anadan olmuş X7 və xx.xx.2023-cü ildə anadan olmuş X8 adlarında yetkinlik yaşına çatmayan üç uşaqları vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan xx.xx.2010-cu ildə anadan olmuş X3, xx.xx.2011-ci ildə anadan olmuş X7, xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 900 manat sabit pul məbləğində alimentin tutulması, X2 xəstəliyi ilə əlaqədar hər ay 150 manat cavabdehin əlavə xərcə cəlb edilməsi, birgə nikahdan 3 yaşına qədər uşağa baxdığına görə hər ay 200 manat, həmçinin cavabdehdən mediasiya üçün ödədiyi 55 manat xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 06 noyabr 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2010-cu ildə X3, xx.xx.2011-ci ildə X7, xx.xx.2023-cü ildə X8 anadan olmuşdur. Cavabdeh Rusiya Federasiyasında işləyir. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. Maddi imkanı yaxşıdır. Lakin, uşaqların saxlanması və kiçik övladının müalicəsi üçün heç bir hərəkət etmir. O, uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Sənan Nağıyev doğum travması ilə doğulmuş, sol körpücük sümüyünün orta 1/3-nin qapalı yerdəyişməyən sınığı baş vermişdir. Sinir zədələnmişdir, hazırda sol qol iflicdir. Onun daimi olaraq müalicə olunması, fizioterapiyadan keçməsi, masaj edilməsi zəruridir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh ilə görüntülü telefon əlaqəsi saxlanılmış, iddiaçı danışan şəxsin Cavabdeh olduğunu təsdiq etmiş, Cavabdeh Rusiya Federasiyasında yaşadığını, bərbər işlədiyini və iddiaçının tələbində qeyd olunan məbləğdə aliment və əlavə xərc ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçını dinləyib, tədqiq edilmiş sübutlara obyektiv qiymət verərək, hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X3, xx.xx.2011-ci ildə anadan olmuş X7 və xx.xx.2023-cü ildə anadan olmuş X8 adlarında üç uşaqları vardır. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar, ayrı yaşayırlar. Birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu aylıq 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə həmçinin vurğulayır ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2024-cü ildə hər ay 235 manat məbləğində müəyyən edilməsini, iddiaçının tələb etdiyi aylıq hər uşağa görə 300 manat məbləğində alimentin cavabdehin ödəmək iqtidarında olduğunu təsdiq edə bilən heç bir sübutun mövcud olmamasını, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləğinin hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iş mataeriallarında olan sübutlara istinad etməklə hesab edir ki, iddianın qalan hissələrdə təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Baxılan işdə iddiaçı xx.xx.2023-cü ildə anadan olmuş X2 xəstə olduğunu iddia etsə də, həmin uşağın ağır xəstə və yaxud da ki, şikəst olması barədə heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddianın X2 xəstəliyi ilə əlaqədar hər ay 150 manat cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iddianın birgə nikahdan anadan olan uşağın 3 yaşına çatana qədər iddiaçının özünə hər ay 200 manat sabit pul məbləğində vəsaitin cavabdehdən alınması tələbi hissəsi də əsassız sayılmalı və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilən maddi hüquq normasının mətn və məzmunundan müəyyən edildiyi kimi, qanunverici bu növ vəsaitin tutulmasının mümkünlüyünü diğər tərəfin buna zəruri vəsaitə malik olması ilə şərtləndirmişdir. Baxılan işdə isə cavabdehin iddiaçının özünə hər ay hansısa məbləğdə pul ödəmək üçün zəruri vəsaitə malik olması barədə heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddianın birgə nikahdan anadan olan uşağın 3 yaşına çatana qədər iddiaçının özünə hər ay 200 manat sabit pul məbləğində vəsaitin cavabdehdən alınması tələbi hissəsinin də təmin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılmasından əvvəl 50 manat mediasiya xərci ödəmişdir. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (510 manat x 12 ay)=612 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+51,2)=81,2 (səksən bir) manat 20 qəpik məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 81,2 məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 257 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X3, xx.xx.2011-ci ildə anadan olmuş X7 və xx.xx.2023-cü ildə anadan olmuş X8 adlarında yetkinlik yaşına çatmayan üç uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat (üç uşaq üçün hər ay cəmi 510 manat) sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin Qalan hissələrdə iddia əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 81,2 (səksən bir) manat 20 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5024/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5024/2024
14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver