Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-506/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X4, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 adında yetkinlik yaşına çatmayan üç uşaqları vardır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 05 sentyabr 2024cü il tarixli icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3182/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı verilməlidir. Tələbkar İddiaçı şöbəyə məktubla müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3182/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ Uşaq Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 inkişaf etaplarının ləngiməsi, psixi, fiziki, əqli inkişafın ləngiməsi diaqnozu qoyulmuş, 3 aydan bir müalicə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bioloji Təbabət Klinikasının rentgen müayinəsinə dair məlumatından görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X2 onurğa sütununun aşağı döş -bel fəqərələri əhatə edən, fəqərələrin cüzi rotasiyası ilə, 1-ci dərəcəli soltərəfli C-vari skoliozu qeyd edilir-Kobb bucağı 7 dərəcədir. Çanaq qanadların və çiyinlərin bir qədər asimmetriyası izlənilir, bel lordozunun artması nəzərə çarpır.Fəqərələrarası məsafələri qeyri-bərabərdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X4, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşaq üçün cəmi 705 (yeddi yüz beş) manat alimentin və ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X4, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, üç uşaq üçün cəmi 600 manat alimentin tutularaq ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci ildə X4, xx.xx.2018-ci il tarixdə X5 və xx.xx.2020-ci il tarixdə X6 anadan olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra ilk əvvəllər mehriban yaşamış, sonradan aralarında baş verən mübahisələr və narazılıqlar səbəbindən ayrılmışdır. Nikahları pozulmasa da, faktiki ayrılmışlar. O, birgə nikah dövründə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia qaldırmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, 13 iyul 2024-cü il tarixdə Bakı şəhər Yasamal rayon İcra şöbəsinə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılmasını xahiş etmiş, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin 05 sentyabr 2024-cü il tarixli qərarına əsasən icra edilməyən və qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilmişdir. Hazırda cavabdehlə birgə nikah dövründə anadan olmuş hər üç uşaqları onun himayəsində olmaqla birlikdə yaşayırlar. xx.xx.2015-ci ildə anadan olmuş X1 şəhər 39 saylı orta məktəbin 4-cü sinifində oxuyur və o 1-ci dərəcəli skolioz xəstəsidir. xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 isə autizm xəstəsi olmaqla danışmır. Cavabdeh isə Bakı şəhərində meyvə-tərəvəz dükanında işləyir. Aylıq qazancı 1000-1200 manat təşkil edir. Uşağının birinin autizm xəstəsi olmaqla hər ay müalicəsi üçün psixoloq və loqopedə 360 manat pul ödəyir. X2 məktəbə getməsi nəticəsində yaranan məktəb xərcləri və uşaqların böyüməsi günbəgün tələbatının artmasına səbəb olur. Bu da onu maddi cəhətdən çətinliyə salır. Cavabdeh isə ona maddi cəhətdən heç bir köməklik etmir. O, aliment tələbinin olmasına dair Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh isə ilkin mediasiya prosesində iştirak etməmişdir. Uşaqlarının saxlanılmasında maddi cəhətdən böyük sıxıntılarının olması səbəbindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci ildə X4, xx.xx.2018-ci il tarixdə X5 və xx.xx.2020-ci il tarixdə X6 adlı üç uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 05 sentyabr 2024-cü il tarixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3182/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3182/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilsə də, icra sənədi uzun müddət icra edilmədən hərəkətsiz qalmaqla 05 sentyabr 2024cü il tarixdə tələbkarın ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarı ilə icra edilmədən geri qaytarılmışdır. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3182/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli qətnaməsi əsasında müəyyən olunmuş aliment məbləğinin artırılması tələbindən söhbət gedə bilməz. Ona görə də həmin uşaq üçün də yenidən və minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun qaydada aliment təyin edilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, azyaşlı uşağın saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 200 manat məbləği 400 manat məbləğinin 0,50 mislini təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (600 manat x 12 ay)=7200 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+62)=92 (doxsan iki) manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 92 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X4, xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər bir uşağa görə hər ay minimum əmək haqqı məbləğinin 0,50 mislinə uyğun 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 92(doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-506/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-506/2025
14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver