Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5097/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik şına satanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli məbləğində alimentin xeyrinə tutulmasına, cavabdehin 2024-cü ilin noyabr ayından bu günədək ödəməkdən boyun qaçırdığı 10 ay müddətə görə alimentin, mediasiya sessiyası üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınıb ona qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaya məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş barışıq sazişindən görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında birgə nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına satanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödənilməsi barədə barışıq sazişi bağlanmışdır. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahında qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış birışıq sazişində sabit pul alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda məhkəmə tərəfindən tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləgin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür.Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya barışıq sazişinin təsdiq olunması və ya barışıq sazişi üzrə təyin olunmuş alimentin məbləğinin dəyişdirməsi (artırılması) barədə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və ya barışıq sazişi ilə tutulan alimentin məbləğinin dəyişdirməsi (artırılması) barədə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(125)-5097/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5097/2025
14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver