Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5101/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nikahlarını Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2022-ci il tarixdə Fatimə adlı 1 uşağı anadan olmuşdur. Cavabdehlə bir müddət münasibətləri yaxşı olsa da daha sonralar münasibətləri pozulmuşdur. Aralarında daimi mübahisələr yaranmış hətta həmin vaxtlarda cavabdeh ona əl də qaldırmışdır. Bu görə də 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayınadək valideyinlərinə məxsus evdə yaşamışdır.Təxminən 1 ay bundan əvvəl cavabdehlə eyni evdə yaşamağa başlasalar da aralarındakı münasibət düzəlməmişdir. Hazırda 7 aylıq hamilə olduğu üçün analıq məzuniyyətindədir və uşağın ehtiyaclarını qarşılamqda çətinlik çəkir. Cavabdeh isə fəqli ünvanlarda yaşadığı müddət ərzində ona heç bir maddi dəstək göstərməmişdir. Bununla yanaşı Cavabdeh Goranboy rayonunda yerləşən apteklərin birində çalışır və kifayət qədər yaxşı qazancı var. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, hazırda onun kredit müqaviləsi üzrə boru var və o, öz maddi təminatlarını çətinliklə ödəyir. Belə halda onun hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Lakin o, iddiaçı ilə birgə nikahdan anadan olmuş uşağın maddi təminatını ödəmək vəzifəsini dərk edir. Buna görə də o, həmin uşağın saxlanması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Sonda Cavabdeh iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 410292 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2020-ci il tarixində 1306 akt qeyd nömrəsi ilə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı 661159 nömrəli doğum haqqında şəhadətnamənin notaraial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2022ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də aptekçi vəzifəsində işləyir və 800 manat məbləğində əmək haqqı alır. İşə əlavə edilmiş «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" QSC-də operator vəzifəsində işləyir və 420 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, cavabdehin hər ay 150 manat sabit pul məbləğində aliment ödəməyə razılığını, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 23 avqust 2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 23 avqust 2024-cü il tarixdən X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5101/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5101/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver