Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5132/2023 23.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh X7 nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 onun saxlanmağına görə hər ay 1000 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh X14 onun oğludur. O, İİ dərəcəli əlildir, “sol bazu və said sümüklərinin açıq infeksiyalaşmış sınıqları diofiksəedici millərlə osteosintezdən s/v. Sağ bazu kələfinin postravmatik pleksiti. Bazu dirək və əl oynaqlarının kontrakturası” diaqnoz xəstəlikdən əziyyət çəkir və onun mütəmadi müalicəyə ehtiyacı var. Heç bir yerdə işləmir, əlilliyə görə 340.87 manat məbləğində vəsait alır. Hal-hazırda o, cavabdeh Taleh Yəhyayev və sabiq arvadı Minarə ilə birgə yaşamaq mümkün olmadığı üçün evi onlara bağışlayaraq kirayəyə köçmüş, kirayədə yaşayır. Aldığı pensiya onun kirayə haqqını və müalicə pulunu ödəmir. Oğlu cavabdeh Taleh Yəhyayev Bakı şəhərində yerləşən Bülbül adına musiqi məktəbinin müəllimidir, Bakı Filarmoniyanın solistidir, toylara gedir və başqa adlarını bilmədiyim yerlərdə işləyərək ayda yüksək qazanc əldə edir. Lakin buna baxmayaraq oğlu cavabdeh Taleh Yəhyayev onunla maraqlanmır və ona heç bir maddi cəhətdən köməklik göstərmir. Cavabdeh Taleh Yəhyayevin maddi cəhətdən vəziyyəti olduqca yaxşıdır və hesab edir ki, o, hər ay 1000 manat sabit pul məbləğində aliment ödəyə bilər. Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da, valideynlərini saxlamaq vəzifəsi var. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, cavabdeh X6 onun saxlanmağına görə hər ay 1000 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi vəkil Nümayəndə iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, ailə qanunvericiliyinin tələbinə əsasən yetkinlik yaşına çatan uşaqların maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq vəzifəsi nəzərdə tutulsa da, iddiaçıdan X7 yetkinlik yaşına çatanadək alimentin tutulması barədə qətnamə olsa da, iddiaçı həmin vaxt uşağının saxlanması üçün aliment ödəməmiş, bununla bağlı valideynlik borcunu yerinə yetirməmişdir. Əksinə iddiaçı cavabdehin anası ilə boşandıqdan sonra onlara məxsus evdə istifadə hüququna görə cavabdehin anasından 7000 manat pul almışdır. Bundan əlavə cavabdehin hazırda aliment ödəmək imkanı yoxdur. İddiaçı isə pensiya alır və onun maddi yardıma ehtiyacı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X15 izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş əri, cavabdeh isə onun oğludur. İddiaçı ilə ayrılan zaman X14 yetkinlik yaşına çatmamış və onun saxlanması üçün məhkəmə qaydasında iddaçıdan onun xeyrinə aliment kəsilmişdir. Lakin İddiaçı cavabdehin saxlanması üçün heç bir aliment ödəməmiş, heç bir köməklik göstərməmiş, uşaqların təhsili və tərbiyəsi ilə məşğul olmamışdır. Bundan əlavə iddiaçı ilə ayrılarkən yaşadıqları evdə iddiaçının istifadə hüququ olduğundan qarşılıqlı razılığa əsasən iddiaçıya 7000 manat pul ödəmişlər. İşdə olan əlillik haqqında arayışlardan görünür ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlildir və 340.87 manat əmək haqqı alır. İşdə olan xx.xx.2016-cı il tarixli barışıq sazişindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X15, X14 və X10 barışıq sazişi bağlamışlar və barışıq sazişinə əsasən iddiaçı cavabdehlərə qarşı həyat yoldaşı X2, övladları X5, X13 və X3 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 47 B saylı evin 20 saylı mənzilindəki 12.7 kv.m. sahəsi olan bir otağına məhkəmə qaydasında köçürülməsinə dair iddia tələbindən ona həmin mənzildən istifadə hüququnun həyata keçirilməsinin əvəzi olaraq 7000 manat kompensasiya almış və qeyd edilən məbləğdə pul aldığına görə iddia tələbinin baxılmasının məqsədəuyğun olmadığını bəyan etmişdir. İşdə olan R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının xx.xx.2023-cü il tarixli 07 saylı arayışından görünür ki, X14 həmin teatrda estrada vokal artisti vəzifəsində işləyir, əmək haqqı 758.75 manat təşkil edir. İşdə olan Azərbaycan Milli Konservatoriyasının xx.xx.2023-cü il tarixli 303 saylı arayışından görünür ki, X1 ifaçılıq fakültəsində Solo oxuma ixtisası üzrə İİ kursda magistrant əyani (ödənişli 2000 manat) təhsil alır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxx 1990-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X11r. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlildir və 340.87 manat əmək haqqı alır. Cavabdeh onun oğludur. İddia hazırda əmək qabiliyyətsiz olduğundan və maddi yardıma ehtiyacı olduğundan cavabdehdən onun saxlanması üçün həy 1000 manat alimentin alınaraq ona ödənilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi yetkinlik yaşına çatmış uşağın valideynin saxlanması üçün aliment ödəməsi ilə bağlı olduğundan həmin münasibətlərə ailə qanunvericiliyinin aliment münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbinin əsaslı olması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsi iki əlamətin birlikdə mövcudluğunu şərtləndirir. Birinci növbədə valideynin maddi yardıma ehtiyacı olması, ikinci əmək qabiliyyəti olmayan olmasını. İddiaçı ikinci qrup əlil olduğundan əmək qabiliyyəti olmayandır. İkinci əlamət valideynin maddi yardıma ehtiyacının olmasıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi yardıma ehtiyacın olmasını müəyyənləşdirərkən yaşayış minimumu nəzərə alınmalıdır. Belə ki, maddi yardıma ehtiyacı olan şəxs deyildikdə qanunverici yaşayış minimumdan aşağı gəlirlərə malik şəxsləri nəzərdə tutur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilik 2023-cü il üçün pensiyaçılar üçün yaşayış minimumu ölkə üzrə 199 manat müəyyən etmişdir. Hazırkı iş üzrə İddiaçı 2-ci qrup əlil kimi 340.87 manat pensiya alır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı maddi yardıma ehtiyacı olan şəxslərin qrupuna daxil deyildir və həmin hissədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsində nəzərdə tutulmuş ikinci zəruri əlamət, yəni valideynin maddi yardıma ehtiyacı olması əlaməti yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan təmin ediməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X9 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5132/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5132/2023
23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver