Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5136/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, X6 Eldar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; İş materiallarında olan, nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X2 25 avqust 2014-cü il tarixdə rəsmi nikah bağlamışlar. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 17 oktyabr 2007-ci ildə, X8 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Uşaqların atası kimi Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 oktyabr 2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə Cavabdehla el adəti ilə evlənərək ailə həyatı qurmuşlar. Onunla faktiki evliliklərindən xx.xx.2007-ci il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X8 dünyaya gəlmişdir. 1 ilə yaxındır ki, Cavabdehla ayrı yaşayırlar. O, xəbərsiz olaraq ölkəni tərk edərək getmişdir. Bu müddətdə nə ona, nədəki uşaqlarına hər hansı maddi və mənəvi yardım göstərməmişdir. Uşaqlarının tələbatını ödəyə bilmir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh İİ qrup əlildir. Hətta dövlətdən aldığı sosial pensiyasını anasına vermişdir. X11 Gəncə Dövlət Universitetinin Regional Kollecinin baytarlıq fakültəsinə daxil olmuşdur. İllik ödənişi 500 manatdır. Ona görə də, məhkəmədə aliment tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalır. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonda cavabdehdən hər uşağa görə tutulmalı olan aylıq alimentin 150 manat sabit pul məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən 17 oktyabr 2007-ci ildə X7 və xx.xx.2010-cu ildə X8 adlarında iki uşaqları vardır. Cavabdeh ilə X1 nikahları 25 avqust 2014-cü il tarixdə rəsmi qeydə alınmışdır. Hazırda isə tərəflər faktiki olaraq ayrılmışlar, ayrı yaşayırlar. Birgə ailə münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsində qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən olunmuşdur ki, Cavabdeh 17 oktyabr 2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 ataları olması barədə məlumatlar var. Həmçinin, Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Cavabdeh ümumi xəstəlikdən İİ qrup əlildir, 220 manat pensiya alır və vergi ödəyicisi kimi Vergilər Nazirliyində qeydiyyatdadır, əmək qabiliyyətsiz olması barədə məlumatlar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, atalıq müəyyən olunduğundan və Cavabdeh əmək qabiliyyətsiz olmadığından 17 oktyabr 2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat aliment ödəyə bilər. Öz növbəsində iddiaçı da cavabdehdən alınmalı olan aylıq alimentin hər uşağa görə hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2024-cü ildə 235 manat məbləğində müəyyən edilməsini, iddiaçının iddia ərizəsində cavabdehdən aylıq cəmi 470 manat məbləğində aliment tələb etməsinə baxmayaraq, məhkəmə iclasinda cavabdehdən alınmalı olan aylıq alimentin hər uşağa görə hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsinə etiraz etməməsini, cavabdehin 2-ci qrup əlil olsa da, əmək qabiliyyəli şəxs kimi vergi ödəyicisi olmasını, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləği hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiq hesab edilməlidir. . Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlamaqla tutulmalıdır. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ilə bağlı ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (300 manat x 12 ay)=3600 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+26)=56 (əlli altı) manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən 17 oktyabr 2007-ci ildə anadan olmuş X7 və xx.xx.2010-cu ildə anadan olmuş X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat (iki uşaq üçün hər ay cəmi 300 manat) sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5136/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5136/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver