Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5263/2023 17.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (maraqlı şəxs Gəncə şəhər 2 saylı Notariat Ofisi) qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh (maraqlı şəxs Gəncə şəhər 2 saylı Notariat Ofisi) qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Gəncə şəhər 2 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 25 avqust 2*22-ci il tarixli, AN-İ, 1*45955 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, bankla cavabdeh arasında mübahisə ilə bağlı razılıq əldə olunduğundan iddia tələbinin məhkəmədən geri götürülməsi zərurəti yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin banka geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26*-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (maraqlı şəxs Gəncə şəhər 2 saylı Notariat Ofisi) qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (maraqlı şəxs Gəncə şəhər 2 saylı Notariat Ofisi) qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5263/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5263/2023
17.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver