Məhkəmə qərarları › İş №2(125)-5378/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5378/2025

29.08.2025 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5378/2025 29.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qanunsuz sahiblikdən alınaraq geri qaytarılması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış nəqliyyat vasiəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş BA462535 saylı şəhadətnaməyə əsasən 2005-ci il buraxılışlı, ban JTDKB20U603105691,**-CB-*** dövlət qediyyat nişanlı, «Toyota Prius» avtomobilin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq, İddiaçı geri qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat xidmət haqqının əvəzi Cavabdeh1 tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsində qeyd edilmişdir ki, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda-tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Hazırki iddia ərizəsindən görünür ki, tələb olunan avtomobilin satış qiyməti 14200 manat olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı tələb edilən əmlakın (avtomobilin) dəyərinə mütənasib olaraq dövlət rüsumu ödəməlidir. MPM-in 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM. 152.4.) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qanunsuz sahiblikdən alınaraq geri qaytarılması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin qanunsuz sahiblikdən alınaraq geri qaytarılması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar