Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5402/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələr arasında miras əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələr arasında miras əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə- 555 reyestr nömrəli daşınmaz əmlakın “Bağışlama” müqaviləsinin etibarsız hesab olunması, həmçinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********9011301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsələr arasında miras əmlakın bölünməsi, payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun ögey qardaşıdır. X6 14 mart 2023-cü il tarixdə qəfil ürək tutmasından vəfat etmişdir. Bir müddət əvvəl qeyd olunan X6nın mülkiyyətində olan əmlakla bağlı qardaşı Cavabdehlə aralarında yaranmış narazılıqlar səbəbindən məhkəmə mübahisələri olmuş və anasından onun adına olan bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət etmiş, onun tələbinə etirazını bildirsə də sonradan cavabdeh tərəfin təkidi ilə razılığını bildirmişdir. Məhkəmənin qərarı ilə iddiaçının iddiası təmin olunaraq bağışlama müqaviləsi və çıxarış ləğv olunmuşdur. Cavabdeh bundan istifadə edərək anasının adına olan, yuxarıda qeyd olunan əmlakı onun yaşlı və savadsızlığından istifadə edərək Rafaelin dostu Şahid adına etibarnamə almış və onun əsasında öz adına bağışlama müqaviləsi ilə çıxarış almışdır.xx.xx.2023-cü il tarixli vəkil sorğusu əsasında ona məlum olmuşdur ki, anasının adına olan qeyd olunan Gəncə şəhəri, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.2 kv.m olan bağ evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022ci il tarixli, 4Ə-555 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən Cavabdeh bağışlanmış, sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin məqsədi X6na məxsus olan mülkü onun əlindən alaraq, öz adına keçirməklə satmaq olmuşdur. Ərizəyə əlavə olunmuş videodiskdən də görünür ki, anası hər zaman onların yanında yaşamış və qardaşı Rafael anasının qocalığından, savadsızlığından istifadə edərək dostuna etibarnamə almışdır. Bu səbəbdən də cavabdehin bu hərəkətlərinə görə və eləcə də qeyd olunan səbəblərdən bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv olunması, miras əmlakın bölünməsi, payın müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə çıxarılmasının arzusundadır. Buna görə də iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh ilə Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-555 reyestr nömrəli daşınmaz əmlakın “Bağışlama” müqaviləsinin etibarsız hesab olunması, həmçinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********9011301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qanun üzrə vərəsələr arasında miras əmlakın bölünməsi, payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvanı ünvan 2baycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinin ünvanının Gəncə şəhəri, Zərifə Əliyeva 3 kimi qeyd olunması və Gəncə şəhəri Həmidə Məmmədquluzadə 4 ünvanında yerləşən 6 saylı Dövlət Notariat Kontorunun 3-cü şəxs qismində işə cəlb olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərdi ki, həqiqətən də, X5 şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Bahar Bağçılıq yoldaşlığı sahə 12 ünvanında yerləşən, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 84.2 kv/m olan bağ evini xx.xx.2022-ci il tarixli, 4Ə-555 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Lakin həmin bağışlama müqaviləsi bağlanarkən hər hansı şərt qoyulmamışdır. Anasının həmin torpaq sahəsini bağışlamaqda məqsədi torpaq sahəsini övladları arasında bölməsi istəyi olmuşdur. Bağışlama müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada rəsmiləşdirilmiş və notarius tərəfindən müqavilə tərəflərinə qanunvericiliyin tələbləri izah edilmişdir. Ona görə də iddia tələbini tamamilə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhəri 6 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhəri 6 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid X19 izahatında göstərmişdir ki, X13 onun qaynanası olmuş, bir müddət ailəsi ilə birlikdə onun evində yaşamış, ara-sıra xəstə olduqca qaynanası da, Goranboyda onların qaldıqları kənddə onların evində, qızının yanında qalmış və qızı ona baxmışdır. Rafael isə onun qaynıdır. Qaynanası ilə Rafaelin münasibətləri yaxşı olmuş, bir evdə yaşamasalar da anasına tez-tez baş çəkmişdir. Qaynanası onların yanında qalan müddətdə evini Rafaelə bağışlamaq istədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 izahatında göstərmişdir ki, X13 onun anasıdır. Anası mübahisə olunan evdə uzun müddət tək yaşamışdır. Yaşlı vaxtında isə bir neçə il yoldaşı və uşaqları ilə birlikdə onlar anasının yanında qalmışlar. Anasına xəstə olanda o baxmışdır. Rafael onun qardaşıdır. Anası ilə münasibətləri yaxşı olmuşdur. Anasının sağlığında evi Rafaelə bağışladığını bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid izahatında göstərmişdir ki, Cavabdeh 20 ildir ki, tanıyır. Ailəvi dostudur. İddiaçı tanımır, 1 dəfə notariusda görmüşdür. Rəfael ona bildirmişdir ki, ögey qardaşı 1 həftəlik deyərək anasını öz evlərinə aparıb və həmin müddətdə öz qaynanasının adına etibarnamə alıb və sonra evi öz adına dəyişib. O, həmin müddətdə onlara getmişdir. Tamara ona bildirmişdir ki, o, evi Rəfaelə vermək istəyir, lakin onlar hətta 4 min manat pulunuda öz adlarına keçiriblər. Sonra isə o məsləhət vermişdir ki, məhkəməyə müraciət etsin. O, məhkəməyə müraciət etdikdən sonra Məsim ona demişdir ki, müqaviləni ləğv etməyə pulu isə geri verməyə razıdır. Tamara ilə birlikdə getmişlər, həmin Tamara imza edə bilmədiyindən onun əvzindən imza etmişdir. Sonradan Tamara onun adına etibarnamə vermişdir. Sonra isə bildirmişdir ki, evi Rəfaelə vermək istəyir. Daha sonra onun iştirakı ilə notariusa getmişlər və evi Rəfaelin adına bağışlamışdır. Sonra isə Cavabdeh öz adına çıxarış almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4Ə-555 reyestr nömrəli bağışlama müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, hədiyyə verən X8 etibarnamə üzrə nümayəndəsi Şahid ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********90-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə X10 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Bahar Bağçılıq yoldaşlığı sahə 12 ünvanında yerləşən, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 84.2 kv/m olan bağ evini hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan 12 may 2022-ci il tarixli müqavilənin ləğvinə dair müqavilənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Bahar Bağçılıq yoldaşlığı sahə 12 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki bağ evinə dair tərəflər arasında bağlanmış və Gəncə şəhər 2-ci notariat ofisində xx.xx.2022-ci ildə 4Ə-106 saylı reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-11301 reyestr nömrəli çıxarışa, Gəncə şəhəri 2-ci notariat ofisi tərəfindən xx.xx.2022-ci ildə **********Hİ71601qeydiyyat nömrəsi ilə çap edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına(yüklülüyünə) dair dövlət reyestrindən verilmiş arayışa və hər iki tərəfin həqiqi niyyətlərinə uyğun olaraq tamamilə ləğv edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı sahə 12 ünvanında yerləşən, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 84.2 kv/m olan bağ evinin üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə **********90-11301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Məhsəti QİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X13 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, həmin günədək Məhsəti qəsəbəsi 7-ci küçə ünvanında yaşamışdır. X3 dəfn xərclərini Gəncə şəhər Məhsəti qəaəbəsində yaşayan oğlu Cavabdeh çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17 may 2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.2 kv.m olan bağ evi xx.xx.2008-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X8 adına olmuşdur. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 40-106 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən bağ evi İddiaçı bağışlanmış, ona xx.xx.2022-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3M-363 reyestr nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən İddiaçı və X13 arasında bağlanmış müqavilə ləğv edilmiş, bağı evinə dair yenidən X8 adına xx.xx.2022-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.2 kv.m olan bağ evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, 40-555 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən Cavabdeh bağışlanmış, sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 12 avqust 2023-cü il tarixli 05/09İS/145548-23 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X8 ailə tərkibində xx.xx.1961-ci il təvəllüdlü İddiaçı göstərilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisinin 369 saylı 14 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 14 mart 2023-cü il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciətinin nəzərdən keçirildiyi, miras əmlakın hüquqmüəyyənedici sənədləri olmadığı, həmçinin vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş və Gəncə Şəhər Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, “Bahar” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 04 nömrəli arayış, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2005-ci il tarixli, 10-445 nömrəli məktubu, xx.xx.2005-ci il tarixli qəbul aktına əsasən X9 adına xx.xx.2005-ci il tarixli, 225/6 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan ünvanda yerləşən bağ evinə dair X9 adına xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********90-11301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2-211 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən X14 tərəfindən X2. Qeyd olunan ünvanda yerləşən bağ evinə dair X20 qizının adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-11301 reyestr nömrəli nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 40-106 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X13 tərəfindən İddiaçı bağışlanılmışdır. Qeyd olunan ünvanda yerləşən bağ evinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-11301 reyestr nömrəli nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(043)30/2022 saylı İddiaçı mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, MTT(125)-6/2022 saylı qərardadına əsasən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MT1(043)- 30/2022 saylı qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan əmlak üzərində qoyulmuş həbs götürülmüşdür. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3M-363 nömrəli “Müqavilənin ləğvinə dair” müqaviləsi əsasən İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-106 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilmişdir. Qeyd olunan ünvanda yerləşən bağ evinə dair X8 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-11301 reyestr nömrəli nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-555 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X13 tərəfindən Cavabdeh bağışlanılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında yerləşən bağ evinə dair Cavabdeh adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-11301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tam və hərtərəfli araşdırılması və tədqiqi nəticəsində müəyyən etdi ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.2 kv.m olan bağ evi xx.xx.2008-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X8 adına olmuşdur. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 40- 106 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən bağ evi İddiaçı bağışlanmış, ona xx.xx.2022-ci il tarixli, **********90-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3M-363 reyestr nömrəli müqavilənin ləğvinə dair müqaviləyə əsasən İddiaçı və X13 arasında bağlanmış müqavilə ləğv edilmiş, bağı evinə dair yenidən X8 adına xx.xx.2022-ci il tarixli, **********90- 11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.2 kv.m olan bağ evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, 40-555 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən Cavabdeh bağışlanmışdır. İddiaçı cavabdehin anasının yaşlı və savadsızlığından istifadə edərək dostu Şahid adına etibarnamə aldığını və onun əsasında öz adına bağışlama müqaviləsi ilə çıxarış aldığını qeyd edərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələr arasında miras əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ilk növbədə iddianın hüquqi əsasları ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.2.-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1.3-cü maddəsinə əsasən hədiyyə verən, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. İş materiallarından göründüyü kimi Gəncə şəhəri, Sevinc qəsəbəsi, Bahar bağçılıq yoldaşlığı, sahə 12 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.2 kv.m olan bağ evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, 40-555 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən Cavabdeh bağışlanmışdır. İddiaçı cavabdehin anasının qocalığından, savadsızlığından istifadə edərək dostuna etibarnamə aldığını və evi adına keçirdiyini qeyd etsə də, məhkəmə baxışında göstərilən hallar təsdiqini tapmamışdır. Belə ki, iddiaçı X8 öz hərəkətlərini idarə etmək iqtidarında olmamasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin mərhum X1 ilə bağlı məhkəmə qeyd edir ki, notariat hərəkətlərinin aparılması zamanı hər hansı pozuntunun olması barədə də, sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələr arasında miras əmlakın bölünməsi və payın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bağışlanma müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilmədiyindən və bu baxımdan da, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsələr arasında miras əmlakın bölünməsi və payın müəyyən edilməsi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5402/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5402/2023
24.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver