Məhkəmə qərarları › İş №2(125)-5504/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5504/2023

26.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5504/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış ******* saylı alqı-satqı müqaviləsi üzrə 900 manat əsas borcun, 90 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə MPM-in 278.2.3-cü maddəsinin tələbinə uyğun olmadığından, habelə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, 30 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-in 278.2.3-cü maddəsinə əsasən ərizədə borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar