Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5572/2025 15.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «faktiki çəkilmiş əlavə xərcin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olmuş uşaqların müayinə və müalicəsi üçün faktiki çəkilmiş əlavə xərcin qismində 1.992 manat məbləğində pul vəsaitinin yarısı olan 1.000 manat, hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində əlavə xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə iddianın azaldılmasına dair ərizə təqdim edərək birgə nikahdan anadan olmuş uşaqların müayinə və müalicəsi üçün faktiki olaraq çəkilmiş əlavə xərcin qismində 1.992 manat məbləğində pul vəsaitinin yarısı olan 996 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı və Cavabdeh 2007-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Mələk və xx.xx.2010-cu il tarixdə isə Nəzrin adlı iki uşaqları anadan olmuşdur. İddiaçı ilə Nümayəndə2 arasında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(043)-1199/2011 nömrəli qətnaməsinə ilə pozulmuş, birgə nikahdan xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1407/2024 nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Nümayəndə2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Gəncə şəhəri 10 nömrəli orta məktəbdə təsərüffat işləri üzrə direktor müavinidir və aylıq əmək haqqı yüksəkdir. Buna baxmayaraq Nümayəndə2 uşaqların saxlanmasında alimentdən başqa İddiaçı heç bir maddi yardım göstərmir. Halbuki, birgə nikahdan anadan olmuş uşaqların səhətində çətinliklər vardır və onların aradan qaldırılmasına maddi etiyac vardır. Həmin uşaqların müalicəsini, dərman xərclərini təyin olunan alimentlə qarşılamaq isə mümkün deyildir. İddiaçı birgə nikahdan doğulmuş M.Nümayəndə2nın və N.Nümayəndə2nı dəfələrlə müxtəlif xəstəxanalarda bir çox müayinələrdən keçmiş, həkim qəbulunda olmuşlar. Sonuncu dəfə uşaqların həkim müayinə və müalicəsinə, eləcə də cərrahi əməliyyatlarına ümumilikdə 1.992 manat məbləğində vəsait sərf etmişdir. Nümayəndə2 isə maddi imkanının olmadığını əsas gətirərək, bu xərclərdə heç cür iştirak etməmişdir. Buna görə də İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh bir ata kimi məsuliyyətini dərk edərək məhkəmə qətnaməsi ilə təyin olunan alimenti vaxtında ödəyir. Lakin Nümayəndə2 maddi imkanı olmadığından İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların əlavə xərclərinin ödənilməsində iştirakı mümkünsüzdür. Sonda cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1407/2024 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 114/2025 nömrəli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilmiş, bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, xx.xx.2008-ci ildə anadan olmuş X9 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. İşdə olan «Gəncə Hospital» tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 00161420 nömrəli qəbzin surətindən görünür ki, X3 neyrocərrahiyyə əməliyyatına görə 600 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan «Respublika Diaqnostika» Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çek fakturanın surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 əczanə xərclərinə 135 manat məbləğində ödəniş edilmişdir. İşdə olan «Appro Laboratories» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 həkim müayinəsi ilə bağlı 65 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan «İstanbul Genetics» Klinikası tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 həkim müayinəsi ilə bağlı 10 manat məbləğində ödəniş edilmişdir. İşdə olan «İstanbul Genetics» Klinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 nevropatoloq müayinəsi ilə bağlı 130 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan «İstanbul Genetics» Klinikası tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 elektroensefaloqrafiya müayinəsi ilə bağlı 70 manat məbləğində ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, X5 tibbi xidmətin göstərilməsi ilə əlaqədar «Respublika Diaqnostika» Mərkəzinə 310 manat və 70 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli,xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli,xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, tibbi xidmətin göstərilməsi və əczaçılıq xidmətləri ilə əlaqədar 61 manat 70 qəpik,11 manat 30 qəpik, 37 manat 80 qəpik, 110 manat və 70 manat məbləğində ödəniş edilmişdir. İşdə olan «Mediland Hospital» tərəfindən verilmiş 2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 ginekologiya müayinəsi ilə bağlı 50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan «Mediland Hospital» tərəfindən verilmiş 2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 USM ginekoloji (abdominal) müayinəsi ilə bağlı 35 manat məbləğində ödəniş edilmişdir. İşdə olan «Mediland Hospital» tərəfindən verilmiş 2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 ginekologiya müayinəsi ilə bağlı 90 manat məbləğində depozit ödəniş edilmişdir. İş materiallarında olan «X8 Mərkəzi» MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 tibbi xidmətin göstərilməsi ilə bağlı 221 manat məbləğində ödəniş edilmişdir. İşdə olan aptek qəbzinin surətindən görünür ki, 28 manat 36 qəpik məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Daşkəsən regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-31/2-1140/2025 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümum təhsil məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Əmək stajı 8 il 9 aydır. Onun aylıq əməkhaqqı 1.091 manat hesablanmışdır. Ələ alacağı məbləğ 884 manat 43 qəpik təşkil edir.Həmin məbləğdən 464 manat məbləğində aliment tutulduqdan sonra ələ çatan məbləğ 420 manat 43 qəpik təşkil edir Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında birgə nikahdan xx.xx.2008-ci ildə X9 və xx.xx.2010-cu il tarixdə X6 anadan olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1407/2024 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı 2024-2025-ci il tarixlərdə X3 müayinə və müalicəsinə, habelə cərrahi əməliyyatına və dərmanların alınmasına 1.650 manat, X2 müayinə və müalicəsinə, habelə cərrahi əməliyyatına və dərmanların alınmasına 424 manat, cəmi 2.074 manat məbləğində vəsait sərf etmişdir. İddiaçı Cavabdeh qarşı «faktiki çəkilmiş əlavə xərcin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nümayəndə2 iddianı qəbul etməmiş və etirazının əsası kimi maddi imkanın olmamasına istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi aliment və əlavə xərclər təyinatı və ödənilmə qaydası baxımından özündə fərqli məzmunları ehtiva edir. Belə ki, aliment uşağın saxlanmasına, yəni onun zəruri xərclərinin, məişət qayğılarının və s.-in ödənilməsinə sərf edilməli olan ümumi ödəniş olduğu halda, əlavə xərc həmin uşağa tibbi xidmət haqqının və məqsədli təyinatı olan digər məsrəflərinin ödənilməsinə görə tutulan vəsait, həmçinin Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Hazırki halda isə İddiaçı Nümayəndə2la birgə nikahdan doğulmuş uşaqların müayinə və müalicəsinə, habelə cərrahi əməliyyatına və dərmanların alınmasına 2.074 manat məbləğində vəsait sərf etməsinə dair sübutları məhkəməyə təqdim etmişdir. Buna görə də məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini və mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X4 faktiki çəkilmiş əlavə xərcin yarısının əvəzi qismində 996 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X4 faktiki çəkilmiş əlavə xərcin yarısının əvəzi qismində 996 (doqquz yüz doxsan altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5572/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5572/2025
15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver