Məhkəmə qərarları › İş №2(125)-5744/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5744/2025

05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5744/2025 05.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, X4 Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X2 xx.xx.2023-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan, 2 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində Cavabdeh ilə X3 xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlamışlar. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nami oğlundan hər ay rəsmi əmək haqqından ( və bütün gəlirlərindən) dörddə bir hissəsində nəzərdə tutulan aliment məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinin rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu barədə nikah haqqında akt qeydləri kitabında 1025 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə 146 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, cavabdehlə nikahlarından X2 adlı uşaq doğulmuşdur. İddiaçı bildirmişdir ki,nikahlarını ləğv etmək istəmir.Buna baxmayaraq cavabdeh övladına maddi köməklik etmir. Hal-hazırda övladını saxlamaqda çətinlik çəkir. Həmçinin bildirir ki, Cavabdeh FHN X5 işçisidir.Qeyd edir ki, cavabdehin maliyyə imkanları kifayət qədər yaxşıdır və azyaşlı övladına aliment verilməsində heç bir çətinliyi yoxdur. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.Cavabdehlə telefon əlaqəsi saxlanılmış və cavabdeh FHN X5 giziri olduğunu, aylıq 700 manat əmək haqqı aldığını və iddiaya etirazının olmadığını bildirmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanılmışdır. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X2 adlı uşaq doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkdiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının aliment tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. 100.2. ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən edilir ki, Cavabdeh FHN X5 işçisidir və aylıq qazanca malikdir. Məhkəmə qeyd edir ki, uşaq yanında yaşayan valideyn aliment ödəməyə borclu olan valideyndən öz seçimi ilə-istər sabit pul məbləğində istərsə də, qazancın və başqa gəlirlərin müəyyən hissəsi miqdarında aliment tələb edə bilər. Yəni, bu seçim uşağın yanında yaşadığı valideynə mənsubdur. Ona görə də, məhkəmə hesab edir ki, alimentin cavabdehin qazancının dörddə bir hissəsi miqdarında müəyyən edilməsi həm qanunvericiliyin tələblərinə, həm də uşağın mənafeyinə uyğundur. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə, valideynlərin uşaqlarını saxlamağa borclu olduqları barədə qanunvericiliyin tələblərini, cavabdehin daimi iş yarinin olmasını nəzərə alır və hesab edir ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınaraq iddiaçıya verilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə 17 sentyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə göstərir ki, hazırki işdə aliment 17 sentyabr 2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. İddiaçı mediasiya xərcini tələb etməmişdir. Ona görə də, məhkəmə həmin məsələ ilə bağlı qərar qəbul etməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (700 manat:4)=175 manat x 12 ay=2100 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+10,10)=40,10 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 40,10 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 257,258 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 sentyabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. İş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilsin və 40,10 (qırx) manat 10 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə tələbləri təmin olunmayan şəxslər tərərfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar