Məhkəmə qərarları › İş №2(125)-5752/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5752/2024

17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5752/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehizliklərə aid: qrafin və 6 ədəd qədəh (bronz rəngli); qrafin və 6 ədəd uzunsov qədəh (qızılı rəngli); qrafin 6 ədəd və qısa qədəh (qızılı rəngli); qrafin və 6 ədəd qədəh (ağ rəngli); naxışlı qrafin və 12 ədəd naxışlı qədəh; 12 ədəd araq qədəhi (qızılı rəngli), 12 ədəd armudu stəkan və 12 ədəd nəlbəkisi; 12 ədəd çay stəkanı və 12 ədəd nəlbəkisi; 2 ədəd ağ rəngli lokum qabı; 1 ədəd qızılı rəng meyvə qabı; 1 ədəd qızılı rəng şirniyyat qabı; 1 ədəd ağ rəng mərtəbəli qab (ayağı qızılı); 1 ədəd ağ rəngli şirniyyat qabı (ayağı qızılı rəng); 1 ədəd ağ rəngli ləpə qabı (ayağı qızıl rəngli); 1 ədəd ağ rəngli şirniyyat qabı (ayağı qızılı); 2 ədəd rəngli meyvə qabı; 1 ədəd rəngli güldan; 1 ədəd rəngli mərtəbəli qab; 2 ədəd rəngli qənd qabı; çay servisi (1 ədəd dəm çaydanı, 1 ədəd şəkər tozu qabı, 12 ədəd nəlbəki, 12 ədəd fincan, 12 ədəd kofe fincanı); nahar servisi (1 ədəd sup qabı, 2 ədəd kasa, 12 dənə böyük düz boşqab, 12 ədəd dərin yemək boşqabı, 12 ədəd tərəvəz boşqabı, 6 ədəd balaca kasa və 6 qaşığı, 2 ədəd aş boşqabı, 5 ədəd düz qabı, 2 ədəd balaca pendir qabı, 1 ədəd balaca qatıq qabı, 2 ədəd salfet qabı, 1 ədəd yağ qabı balaca boşqabı ilə birlikdə); 4 dənə aş boşqabı, 4 ədəd balaca qabı; 6 ədəd böyük kasa; 12 ədəd dərin yemək boşqabı; 12 ədəd balaca kasa; 12 ədəd böyük düz boşqab; 12 ədəd göy boşqabı; 6 ədəd dovğa kasası, 12 ədəd pendir boşqabı; 3 ədəd qəlyanaltı boşqabı; 12 ədəd mürəbbə nimçəsi; 1 ədəd soğançəkən (əl ilə); 1 ədəd süpürgə (xəkandaz ilə); 1 ədəd tozsoran (“Samsung» firmasına aid); 1 ədəd paltaryuyan (“Toshiba» firmasına aid); 1 ədəd mikrodalğalı soba (“franko» firmasına aid); 1 ədəd çaydan və dəm çaydanı (“brioni» firmasına aid), 1 ədəd atlı saat; 1 ədəd suvenir at; 1 ədəd qartal suvenir; 3 ədəd iç-içə keçən yemək qabı; 1 ədəd kartof qızardan (“franko» firmasına aid); 1 ədəd mantı qabı (“brioni» firmasına aid); qazan dəsti (“brioni» firmasına aid); qazan dəsti (“galaksi» firmasına aid); böyük qazan (“gülsan» firmasına aid); böyük dayaz qazan (“gülsan» firmasına aid); dərin qazan (“gülsan» firmasına aid); sokçəkən (“bosch» firmasına aid); ətçəkən (“Food festival» firmasına aid); ütü (“elif» firmasına aid), 6 ədəd yemək (bozartma) qaşığı; 6 ədəd çömçə; 24 ədəd yemək qaşığı; 24 ədəd çay qaşığı; 24 ədəd çəngəl; 24 ədəd limon çəngəli; 24 ədəd yağ bıçağı; 24 ədəd çay qaşığı; 4 ədəd slikon mətbəx qaşığı; qonaq otağı dəstinə aid: 2 ədəd servant; 1 ədəd termo güzgülü; 1 ədəd televizor altı; qabaq stolu və 8 ədəd stulu; 1 ədəd künc divanı və 6 ədəd döşəkcə; 1 ədəd jurnal stolu; 1 ədəd xalça; pərdə, tül və üst örtüyünün dekoru; 1 ədəd çılçıraq; yataq otağı dəstinə aid: 2 ədəd pərdə, tül və üst örtüyünün dekoru; yataq mebeli, tumba ilə, yorğan-döşək və 2 ədəd başlatı; ədyal “(üçkız home» firmasına aid); 1 ədəd sandıq; 1 ədəd ədyal; 1 ədəd termo və onun stulu; 1 ədəd yataq dəsti; 1 ədəd şifoner; 1 ədəd dairəvi xalça; 1 ədəd çılçıraq; 2 ədəd böyük yastıq; 2 ədəd balaca yastıq; 1 ədəd əlavə yorğan (fabrik istehsalı); 1 ədəd jurnal stolu örtüyü; 1 ədəd böyük qabaq stolu örtüyü; 1 ədəd bənövşəyi yataq dəsti (“Dantella” firması); 1 ədəd gül qurusu yataq dəsti üzü (“Laura Grand» firmasına aid), 1 ədəd gül qurusu rəngi yataq dəsti (“Avalo” firması); 1 ədəd qırmızı rəng yataq dəsti (“Clasy” firması); 1 ədəd yataq dəsti (“Həsən» firmasına aid); qutuda məhrəba- 5 ədəd; qutuda məhrəba - 6 ədəd; qutuda çəhrayı rəngli məhrəba - 2 ədəd (“Home collection» firmasına aid); 1 ədəd balaca məhrəba (“Dantella» firmasına aid); 1 ədəd böyük məhrəba (“Dantella» firmasına aid); 4 ədəd stəkan məhrəbası; 6 ədəd böyük məhrəba; 11 ədəd əlüz məhrəbası, 2 dəst əlavə yataq dəsti üzləri (cavabdehin istifadə etdikləri) İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mülk onun xüsusi mülkiyyətindədir. Mülkün yerləşdiyi torpaq sahəsi Gəncə Şəhər XDS İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli qərar ilə yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. Oğlu Nəcəf cavabdeh Mədinə ilə 14 dekabr 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, nikahlarından bir övladları- 1.09.2022-ci il təvəllüdlü X1 dünyaya gəlimişdir. Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra cehiz əşyalarını onun evinə gətirmiş və onunla birlikdə yaşamışdır. Tərəflərin nikahı Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 1716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların nikahı rəsmi olaraq pozulsa da cavabdehin cehiz əşyaları onun evində qalmaqdadır və mənzili boşaltmır. Hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının onun evində saxlanılması mümkün deyildir və onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardır. Cavabdehə məxsus cehiz əşyalarının yaşadığı mənzildə yerləşməsi onun mənzilindən tam istifadə hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Gəncə Gəncə Şəhər XDS İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli qərarının surətindən Gəncə şəhəri, “Avtozavod yolu” massivindən yaşayış evinin tikintisi üçün 400 kvm torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2(125)- 1716/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 14 dekabr 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanaraq 2736 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı iş üzrə iddiaçı ona məxsus evdən cavabdehə məxsus əşyaların çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəmə icraatı zamanı iddianı etiraf etmişdir. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə izahat verildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehizliklərə aid: qrafin və 6 ədəd qədəh (bronz rəngli); qrafin və 6 ədəd uzunsov qədəh (qızılı rəngli); qrafin 6 ədəd və qısa qədəh (qızılı rəngli); qrafin və 6 ədəd qədəh (ağ rəngli); naxışlı qrafin və 12 ədəd naxışlı qədəh; 12 ədəd araq qədəhi (qızılı rəngli), 12 ədəd armudu stəkan və 12 ədəd nəlbəkisi; 12 ədəd çay stəkanı və 12 ədəd nəlbəkisi; 2 ədəd ağ rəngli lokum qabı; 1 ədəd qızılı rəng meyvə qabı; 1 ədəd qızılı rəng şirniyyat qabı; 1 ədəd ağ rəng mərtəbəli qab (ayağı qızılı); 1 ədəd ağ rəngli şirniyyat qabı (ayağı qızılı rəng); 1 ədəd ağ rəngli ləpə qabı (ayağı qızıl rəngli); 1 ədəd ağ rəngli şirniyyat qabı (ayağı qızılı); 2 ədəd rəngli meyvə qabı; 1 ədəd rəngli güldan; 1 ədəd rəngli mərtəbəli qab; 2 ədəd rəngli qənd qabı; çay servisi (1 ədəd dəm çaydanı, 1 ədəd şəkər tozu qabı, 12 ədəd nəlbəki, 12 ədəd fincan, 12 ədəd kofe fincanı); nahar servisi (1 ədəd sup qabı, 2 ədəd kasa, 12 dənə böyük düz boşqab, 12 ədəd dərin yemək boşqabı, 12 ədəd tərəvəz boşqabı, 6 ədəd balaca kasa və 6 qaşığı, 2 ədəd aş boşqabı, 5 ədəd düz qabı, 2 ədəd balaca pendir qabı, 1 ədəd balaca qatıq qabı, 2 ədəd salfet qabı, 1 ədəd yağ qabı balaca boşqabı ilə birlikdə); 4 dənə aş boşqabı, 4 ədəd balaca qabı; 6 ədəd böyük kasa; 12 ədəd dərin yemək boşqabı; 12 ədəd balaca kasa; 12 ədəd böyük düz boşqab; 12 ədəd göy boşqabı; 6 ədəd dovğa kasası, 12 ədəd pendir boşqabı; 3 ədəd qəlyanaltı boşqabı; 12 ədəd mürəbbə nimçəsi; 1 ədəd soğançəkən (əl ilə); 1 ədəd süpürgə (xəkandaz ilə); 1 ədəd tozsoran (“Samsung» firmasına aid); 1 ədəd paltaryuyan (“Toshiba» firmasına aid); 1 ədəd mikrodalğalı soba (“franko» firmasına aid); 1 ədəd çaydan və dəm çaydanı (“brioni» firmasına aid), 1 ədəd atlı saat; 1 ədəd suvenir at; 1 ədəd qartal suvenir; 3 ədəd iç-içə keçən yemək qabı; 1 ədəd kartof qızardan (“franko» firmasına aid); 1 ədəd mantı qabı (“brioni» firmasına aid); qazan dəsti (“brioni» firmasına aid); qazan dəsti (“galaksi» firmasına aid); böyük qazan (“gülsan» firmasına aid); böyük dayaz qazan (“gülsan» firmasına aid); dərin qazan (“gülsan» firmasına aid); sokçəkən (“bosch» firmasına aid); ətçəkən (“Food festival» firmasına aid); ütü (“elif» firmasına aid), 6 ədəd yemək (bozartma) qaşığı; 6 ədəd çömçə; 24 ədəd yemək qaşığı; 24 ədəd çay qaşığı; 24 ədəd çəngəl; 24 ədəd limon çəngəli; 24 ədəd yağ bıçağı; 24 ədəd çay qaşığı; 4 ədəd slikon mətbəx qaşığı; qonaq otağı dəstinə aid: 2 ədəd servant; 1 ədəd termo güzgülü; 1 ədəd televizor altı; qabaq stolu və 8 ədəd stulu; 1 ədəd künc divanı və 6 ədəd döşəkcə; 1 ədəd jurnal stolu; 1 ədəd xalça; pərdə, tül və üst örtüyünün dekoru; 1 ədəd çılçıraq; yataq otağı dəstinə aid: 2 ədəd pərdə, tül və üst örtüyünün dekoru; yataq mebeli, tumba ilə, yorğan-döşək və 2 ədəd başlatı; ədyal “(üçkız home» firmasına aid); 1 ədəd sandıq; 1 ədəd ədyal; 1 ədəd termo və onun stulu; 1 ədəd yataq dəsti; 1 ədəd şifoner; 1 ədəd dairəvi xalça; 1 ədəd çılçıraq; 2 ədəd böyük yastıq; 2 ədəd balaca yastıq; 1 ədəd əlavə yorğan (fabrik istehsalı); 1 ədəd jurnal stolu örtüyü; 1 ədəd böyük qabaq stolu örtüyü; 1 ədəd bənövşəyi yataq dəsti (“Dantella” firması); 1 ədəd gül qurusu yataq dəsti üzü (“Laura Grand» firmasına aid), 1 ədəd gül qurusu rəngi yataq dəsti (“Avalo” firması); 1 ədəd qırmızı rəng yataq dəsti (“Clasy” firması); 1 ədəd yataq dəsti (“Həsən» firmasına aid); qutuda məhrəba- 5 ədəd; qutuda məhrəba - 6 ədəd; qutuda çəhrayı rəngli məhrəba - 2 ədəd (“Home collection» firmasına aid); 1 ədəd balaca məhrəba (“Dantella» firmasına aid); 1 ədəd böyük məhrəba (“Dantella» firmasına aid); 4 ədəd stəkan məhrəbası; 6 ədəd böyük məhrəba; 11 ədəd əl-üz məhrəbası, 2 dəst əlavə yataq dəsti üzləri (cavabdehin istifadə etdikləri) İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar