Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5810/2025 02.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-5268/2016 saylı qətnaməsi və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 saylı qətnaməsi ilə xx.xx.2025-ci il tarixədək yaranmış 11000 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ildə faktiki münasibətlərindən 22 yanvar 2016-cı ildə X2 dünyaya gəlmişdir. Lakin sonradan münasibətləri pozulsa da, uşağın bütün ehtiyaclarını ödəmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(043)-5268/2016 saylı qətnaməsinə əsasən 22 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 835/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 5268/2016 nömrəli qətnaməsi ilə 22 01.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat məbləğində müəyyən edilmış alimentin miqdarı artırılaraq, hər ay 150 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gəncə Şəhəri üzrə İcra İdarəsinin Azərbaycan Resrublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ş.Ş.50217/19 nömrəli məktubundan görünür ki, hər ay əmək haqqının 70%-nin tutulmasına dair məktub göndərilmişdir. Hal-hazırda borc tam ödənildiyindən tutqunun hər ay sabit 150 manat olmaqla davam etdirilməsinə dair göstəriş verilməyi xahiş edilmişdir. Belə ki, məktubun verilməsinə əsas xx.xx.2025-ci il tarixdə Cavabdeh notariat qaydasında borcun tam ödənilməsinə dair ərizəsi olmuşdur. Qeyd edilən ərizə əsasında da Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti əsasında mülkiyyətində olan “Opel Vectra” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülmüşdür. Gəncə Şəhəri üzrə İcra İdarəsinin Azərbaycan Resrublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli Ş.Ş.50217/19 nömrəli məktubundan görünür ki, Cavabdeh Gəncə Şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, aliment borcunun olmamasını bildirmişdir. Lakin xx.xx.2025-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək həmin ərizəsini ləğv etmiş və Gəncə Şəhəri üzrə İcra İdarəsinə yenidən ərizə ilə müraciət edərək 11.000 manat borcunun olduğunu bildirmişdir. Odur ki, yaranmış 11.000 manat borc bitənədək əmək haqqından 70% məbləğində tutqunun aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh müxtəlif ərizələrlə ona təzyiq göstərməyə çalışır. Aliment borcunun olmaması barədə ərizəni cavabdeh özü könüllü şəkildə notariat xidmətinə müraciət etməklə yazmış və icra idarəsinə təqdim etmişdir. Ona heç bir təzyiq edilməmiş və özü könüllü şəkildə bunları etmişdir. Cavabdehin qeyd edilən ərizəni verməsinə səbəb isə o olmuşdur ki, birlikdə yaşamasalar da, cavabdehin və azyaşlı uşağın bütün ehtiyacları tərəfindən könüllü ödənilmişdir. Həmin xərclər isə qətnamə ilə nəzərdə tutulan alimentdən də çox olmuşdur. Daha sonra Cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mınımum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuşdur. X4 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları anadan olmuşdur. Bundan başqa cavabdehin onun ailəsində söz-söhbət salması səbəbindən X4 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-3363/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan S.Cavadovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1(bir) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 13400 manat aliment borcu olmuş, əmək haqqından tutularaq, 11000 manat borcu qalmışdır. Ancaq yenə də ödənişlər etmişdir. Cavabdeh icra məmuru Şakir Şabanovdan tələb etmişdir ki, yığılmış borc yoxdur, 150 manat sabit pul məbləğində aliment tutulmağa davam edilsin. İcra məmuru isə onun iş yerinə yönəltmiş və 150 manat məbləğində aliment tutulmağa başlamışdır. Borcun silinməsi üçün isə icra məmuru bildirmişdir ki, notarial qaydada ərizə verilməlidir. Bundan sonra Cavabdeh özü könüllü surətdə notariat ofisinə gedib ərizə vermiş, orada heç bir təzyiq göstərilməmişdir. Məhz həmin ərizə əsasında da maşının üzərindən həbs götürülmüş, həmin maşını satıb başqa borclarını ödəmişdir. Aralarında ailədaxili münaqişələr olduğuna görə Cavabdeh sonradan gedib ərizəsini ləğv etdirmiş, ona hədə-qorxu gəlmişdir. 11000 manat borcunu bütövlükdə öz evində olarkən Cavabdeh vermişdir. Aliment borcunun yığılmasının səbəbi isə o olmuşdur ki, qarşı tərəf alimentin ödənilməsini tələb etmədiyi üçün o da ödəməmiş və borc yığılmışdır. 11000 manat borcunu bötövlükdə yox, hissə-hissə ödədiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onu aldatmışdır ki, maşınını satıb, üstünü də düzəldib aliment borcunu ödəyəcəkdir. Maşının üzərindən həbs götürülməsi üçün notariat ofisinə gedərək ərizə vermişdir. İcra idarəsində icra məmuru demişdir ki, borcun silinməsi üçün notarial qaydada ərizə vermək mütləqdir, borc silinməlidir ki, maşının üzərindən həbs götürülsün. İcra məmuru özü maşını satmamışdır, İddiaçı adına ev olmasına baxmayaraq, borcun tutulmasını həmin evə də yönəltməmişdir. Onun ərizə verməsinin səbəbi İddiaçı maşınını satıb borcunu ödəyəcəyini deməsi olmuşdur. Bu hadisələrdən sonra Sahib 1 ay müddətində gəlib uşağının yanında, onlarla birlikdə qalmışdır ki, maşını satıb borcunu ödəsin. 1 aydan sonra çıxıb getmiş, geri qayıtmamışdır. Evdə qaldığı müddətdə ondan 6500 manat borc almış, o da bibisi qızından alıb Sahibə vermişdir. Sahib gedərkən həmin pulu da aparıb, qaytarmamış, onun üstündə qalmışdır. İddiaçı 11000 manat aliment borcu olduğunu bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-T 314358 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı ildə Zəhra adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5268/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 150 manat məbləğində müəyyən edilmiş və cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-620/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq, xx.xx.2016-cıil təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində tutulması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-432/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 nömrəli icra sənədi üzrə İddiaçı məxsus “Opel Vectra” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və icra sənədi üzrə tələb həmin avtomobilə yönəldilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-14472 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı ödənilməmiş aliment borcu olmadığını və İddiaçı barəsində görülmüş icra tədbirlərinin ləğv edilməsinə və əmək haqqında aparılan tutqunun sabit 150 manat olmaqla davam etdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-432/2025 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-432/2025 nömrəli qərardadı ləğv edilərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 nömrəli icra sənədi üzrə İddiaçı məxsus “Opel Vectra” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaka yönəldilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şakir Şabanov tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, Ş.Ş 50217/19 nömrəli məktubun surətindən görünür ki, borclu İddiaçı borc qurtaranadək hər ay əmək haqqının 70%-nin tutulması xahiş edtlmişdir. Hal-hazırda borc tam ödənildiyindən tutqunun hər ay sabit 150 manat olmaqla, davam etdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-20504 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh icraatın yenilənməsi səbəbindən xx.xx.2025-ci il tarixli, 8İ-14472 reyestr nömrəli ərizədən imtina etdiyini göstərmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, Ş.Ş 50217/19 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh Gəncə Şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, İddiaçı 11000 manat aliment borcunun olduğunu bildirdiyi üçün yaranmış 11.000 manat borc bitənədək əmək haqqından 70% məbləğində tutqunun aparılması xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025-00474 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə, saat 12:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5268/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cıil təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 150 manat məbləğində müəyyən edilmiş və cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan başqa Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 620/2025 nömrəli qərardadına əsasən aliment məbləği indeksasiya olunaraq, İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı 11000 manat borcunu ödədiyi üçün Cavabdeh borcun silinməsi ilə bağlı ərizə verdiyini və həmin ərizə əsasında maşının üzərindən həbsin götürüldüyünü, eləcə də iş yerinə icra məmuru tərəfindən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasının davam etdirilməsi barədə məktub göndərildiyini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaçının onu aldatdığını, maşını satıb borcunu ödəyəcəyini vəd etdiyi üçün maşının üzərindən həbsin götürülməsi məqsədilə ərizə verdiyini, lakin iddiaçı vədinə əməl etmədiyi üçün həmin ərizədən imtina etdiyini və iddiaçının 11000 manat aliment borcunu ödəmədiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsindən görünür ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, qanunvericilik aliment ödəməli şəxsin alimenti ödəməkdən azad edilməsinə o halda yol verir ki, aliment borcu şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlsin və ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməsin. Lakin iddiaçı iddia tələbini aliment borcunu ödəməsi ilə əsaslandırmış, buna baxmayaraq qeyd edilən hal, yəni iddiaçı tərəfindən 11000 manat aliment borcunun cavabdehə ödənilməsi məhkəmə araşdırması zamanı sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi, adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 73 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 73 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5810/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5810/2025
02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver