Məhkəmə qərarları › İş №2(125)-582/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-582/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-582/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X7 qarşı hər ay 210 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, X8 ilə onun birgə nikahından xx.xx.1997-ci ildə X12 və xx.xx.1998-ci ildə X15 adlı uşaqları anadan olmuşdur. X9 ilə münasibətləri pisləşdiyinə görə uzun müddət bundan əvvəl əlaqələri kəsilmişdir. O, bacısına məxsus Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 206-da yalnız yaşayır, ümumi xəstəlikdən əziyyət çəkir və xəstə olduğuna görə heç bir yerdə işləyə bilmir. Həmçinin pensiya yaşına çatmadığından ona pensiya təyin edilməmişdir. Qeyd olunan səbəblərdən də o, maddi təminatını ödəyə bilmir. Onun hazırda heç bir yerdən gəliri yoxdur və öz maddi təminatını ödəməkdə çətinlik çəkir. O, qardaş-bacılarının və qonşularının köməkliyi ilə maddi təminatının yalnız bir hissəsini ödəyir. Qonşular nəinki ona maddi köməklik göstərir, hətta evini təmizləyir, yemək verir, dərmanlarını alır və onu xəstəxanaya aparıb-gətirirlər. Bütün bunlara baxmayaraq, qızlarından X15 birinci dərəcəli əlil olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş etmişdir. Həmin alimenti də o, qohumlarının və qonşularının maddi yardımı hesabına ödəyir. Hazırda o, maddi xərclərini ödəyə bilmədiyi üçün öz övladlarına qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin digər övladı X10 əmək qabiliyyəti olmadığına görə o, öz iddia tələbini Z.İddiaçıya qarşı yönəltmişdir. Z.İddiaçının maddi imkanı kifayət qədərdir. Buna görə də Z.İddiaçı idman salonlarına, əyləncə mərkəzlərinə gedib, vəsait sərf edə bilir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 izahatında iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı əmək qabiliyyətli şəxs olmaqla, məşğulluq mərkəzində qeydiyyata alınmışdır. Həmçinin İddiaçı səhhəti ilə əlaqədar işləyə bilmədiyini bildirsə də, müvafiq ekspert rəyini məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı kifayət qədər maddi imkana malikdir. Qeyd olunan səbəblərdən də iddia əsassızdır. Sonda Nümayəndə2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və tərəflərin nümayəndələrini, habelə şahidlərini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. İddiaçı nikaha girdiyi vaxtdan tək yaşamış və Rusiya Federasiyasında yaşamışdır. Təxminən 3 il bundan əvvəl isə İddiaçı Azərbaycan Respublikasına geri qayıtmışdır. İddiaçı maddi vəziyyəti pis olduğuna görə o, müxtəlif vaxtlarda İddiaçı maddi yardım göstərmişdir. Lakin o, hansı məbləğdə maddi yardım göstərdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, İddiaçı onunla qonşuluqda yaşayır. Bir müddət bundan əvvəl İddiaçı onların yaşadıqları evin yaxınlığında yıxılmış və bununla əlaqədar onlar təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım briqadası İddiaçı müayinə etdikdən sonra müalicə olunması üçün tibb müəssisəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında bildirdi ki, o, təxminən 3 il müddətdir ki, İddiaçı tanıyır. İddiaçı maddi vəziyyəti pis olduğuna görə o, İddiaçı bəzi vaxtlar maddi yardım göstərmiş, bəzi vaxtlar isə ərzaq malları alıb vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirdi ki, o, təxminən 4 il bundan əvvəl İddiaçı yaşadığı evin qonşuluğuna köçmüş və orada yaşamağa başlamışdır. İddiaçı maddi vəziyyəti pis olduğuna görə o və digər ailə üzvləri İddiaçı bəzi vaxtlar öz evlərində bişirdikləri yeməkdən verirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, İddiaçı onun keçmiş əridir və 15-16 il Rusiya Federasiyasında yaşamışdır. Sonradan İddiaçı Azərbaycan Respublikasına qayıtmış və bundan sonra onlar arasındakı nikah pozulmuşdur. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşayıb-işlədiyinə və yüksək qazanc əldə etdiyinə görə Azərbaycan Respublikasında çoxlu evləri və avtomobilləri olmuşdur. Lakin 2017-ci ildə öz öhdəliklərinin icrasından yayınmaq məqsədi ilə həmin əmlakları formal olaraq özgəninkiləşdirmişdir. İşdə olan 24 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Onkoloji Xəstəxanası tərəfindən verilmiş «Baş beynin nativ KT müayinə protokolu»nun surətindən görünür ki, baş beyin yarımkürəsində sağ periventrkulyar nahiyədə xarici kapsulda ölçüsü 0.9 x 0.6 sm olan hipodens ocaq aşkar edilir – infarkt ocağı. Yarımkürənin digər nahiyələrində, beynicikdə, beyin kötüyü strukturlarında KT olaraq kobud patalogiya izlənilmir. İş materiallarında olan 25 iyun 2019-cu il tarixli Gəncə şəhər Səhiyyə İdarəsi Akad.Z.Məmmədov adına TTYX ultrarsəs müayinə nəticələrindən görünür ki, İddiaçı İİ dərəcə hepatoz, xr pankreatit ekoəlamətləri müşahidə edilir. İşdə olan 27 iyun 2019-cu il tarixli Gəncə şəhəri 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı qoyulmuş diaqnoz keçirilmiş baş-beyin qan-dövranı pozulmasının işemik insultun davamlı qalıq əlamətləri, sol tərəfli hemiparezdir. İş materiallarında olan 03 may 2021-ci il tarixli 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İşdə olan 14 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Onkoloji Xəstəxanası tərəfindən verilmiş «beş beynin nativ KY müayinə protokolu»ndan görünür ki, İddiaçı baş beyin yarımkürəsində hər iki periventrikulyar nahiyədə beyin ağ maddəsinin hipodensliyi artmışdır. İş materiallarında olan stasionar xəstənin tibbi kartasından 25 oktyabr 2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı qoyulmuş diaqnoz beyin infarktı, baş beyin qan dövranının işemik tip pozulması, İİ mərhələdə hipertoniya xəstəliyidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X11 haqqında 01 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 23 aprel 2020-ci il tarixdə X3 işaxtaran kimi qeydiyyata düşmüşdür. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X12 xx xxxxxx 1997-ci ildə anadan olmuşdur. Z.İddiaçının atası İddiaçı, anası X5r. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli 2(104)-1857/2018 nömrəli qətnaməsindən görünür ki, X4, X6 və X10 Gəncə şəhəri, Nizami rayonu, X26 küçəsi 86, ev, mənzil 13-dən çıxarılmaları qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(104)- 3150/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1641/2019 saylı mülki iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş alimentin məbləğinin 150 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 29 oktyabr 1998-ci ildə anadan olmuş X1 üçün İddiaçı tutulmalı olan aylıq aliment hər ay 90 manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 saylı qətnaməsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə İddiaçı X10 xeyrinə tutulan alimentin miqdarı artırılmış, X2 üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, X13 ödənilməsi qət edilmişdir. İşdə olan R.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə məhkəmə iclasında baxılarkən həmin görüntülərin cavabdehə və digər şəxslərə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1 və 82.2-ci maddələrinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir ««Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarının 1.9-cu bəndində göstərilir ki, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi valideynin maddi yardıma ehtiyacının olduğu və əmək qabiliyyətinin isə olmadığı halda yaranır. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması uşaqdan aliment almaq üçün əsas deyildir. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlardan aliment tələb etməyə əsas vermir. Beləliklə, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı müəyyən edildikdə, övladlardan aliment tutula bilər. Şəxsin əmək qabiliyyətinin olmaması dedikdə isə onun əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi andan şəxs əlil hesab edilir. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı digər şəxslərin ona maddi yardım göstərməsinə dair şahid ifadələrini və keçirdiyi xəstəliklərlə əlaqədar sənədləri məhkəməyə təqdim etsə də, əlilliyə məruz qalaraq, əmək qabiliyyətini itirməsinə, yaxud əmək qabiliyyətinin olmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh X7 qarşı hər ay 210 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı hər ay 210 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar