Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5868/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızına qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızına qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, bina 6A, mənzil 19-da yerləşən evdən cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızına məxsus cehiz əmlaklarının çıxarılmasına, həmçinin, mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (Mürsəlova) X1 31 mart 2022-ci ildə oğlu Emil Abdullayevlə nikah bağlamış və 02 aprel 2022-ci il tarixdə evinə gəlin gəlmişdir. İlk vaxtlar münasibətləri normal olsa da, daha sonra münasibətlər kəskin pisləşmiş, cavabdeh 2023-cü ilin 25 yanvar tarixində oğlundan ayrılaraq evdən çıxıb getmiş və Gəncə Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, e-2(125)-4626/2023 saylı qətnaməsi ilə aralarında olan nikahları pozulmuşdur. Toy vaxtı cavabdeh müxtəlif cehiz əmlakları gətirib, ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, bina 6A, mənzil 19-da yerləşən evə yığmışdır. Həmin evə dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı da vardır. Yuxarıda da qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdən faktiki olaraq cavabdeh evdən çıxıb getmiş, oğlu ilə bir ailə kimi münasibəti tamamilə kəsilmiş və həmin vaxtdan ona məxsus olan evdə yaşamır. Dəfələrlə cavabdehə və qohumlarına zəng edib, cehiz əmlaklarını ona məxsus fərdi yaşayış evindən götürülməsini tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək əşyalarını götürməmişdir. Hal-hazırki vəziyyətdə həmin əşyaların çıxarılması üçün məcbur qalıb, məhkəməyə müraciət edir. Cehiz əşyaları aşağıdakılardır: 2 ədəd kamot, 1 ədəd divan üstünün örtüyü ilə, 1 ədəd qabaq stol və 6 ədəd oturaq stul 6 ədəd örtüyü ilə, 1 ədəd paltar şkafı, 1 ədəd yataq kravatı və 2 ədəd tumbası, 1 ədəd pastel üçün şkaf, 1 ədəd sandıq, qonaq otağı üçün çilçıraq (lüstur) və 1 ədəd xalça, 1 ədəd divar saatı, pəncərə üçün pərdə və tül, mətbəx üçün mebel, yataq otağı üçün 1 ədəd naçnik və 1 ədəd lüstur, 1 ədəd girəcək üçün lüstur, 1 ədəd yataq otağı üçün 1 metr daroşka, dəhliz üçün 1 ədəd daroşka, yataq otağının pəncərə tülü və 1 ədəd mikrovalnovka, 1 ədəd ayaqqabı polkası, 3 ədəd 1 dəst qazan. 4 ədəd 1 dəst qazan, 1 ədəd ləyən, 2 ədəd tava, 1 ədəd şirəli qazan, 1 ədəd çaynik və dəm çayniki, 1 ədəd limon sıxan, 1 ədəd tyorka, 1 ədəd kofe çəkən, 6 ədəd stəkan və nəlbəki, 6 ədəd limon və 6 ədəd rozetka, 8 ədəd duz qabı, 18 ədəd bakal, 6 ədəd balaca rumka, 1 ədəd mətbəx naboru, 5 ədəd mətbəx məhrəbası, 2 ədəd qazan örtüyü, 3 ədəd paraşok qabı, 1 ədəd tozsoran, 1 ədəd zibil qabı, 1 ədəd ütü, 1 ədəd ütü stolu, döşəmə üçün şotku və təmizlik vedrəsi, 1 ədəd böyük vaza, 2 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, 1 ədəd gül qabı, 1 ədəd kompot qabı, 1 ədəd lampa, 1 ədəd çamadan qaşıq dəsti, 3 ədəd podnus, 4 ədəd bulud, 6 ədəd balaca kasa, 4 ədəd böyük aş boşqabı, 12 ədəd bozartma boşqabı, 12 ədəd aş boşqabı, 13 ədəd salat, 13 ədəd assorti boşqab, 6 ədəd dovğa kasası, 6 ədəd çaşka nəlbəki, 4 ədəd salfet qabı, 6 ədəd iri aş boşqabı, 6 bozartma və 6 aş qarası boşqabı, 2 ədəd konfet qabı, 1 ədəd dəm çayniki, 6 ədəd nəlbəki, 6 ədəd stəkan, 6 ədəd rozetka, 1 ədəd tort qabı, 1 ədəd şirniyyat və 2 ədəd mürəbbə qabı, 1 ədəd bulud qabı və 6 ədəd tort üçün qab, 4 ədəd meyvə qabı, 2 ədəd konfet, 2 ədəd şirniyyat vazası, 3 ədəd pastel dəst karobka, 1 ədəd pastel, 1 ədəd pastel, 1 ədəd stol örtüyü, 2 ədəd işlənən pastel dəst, 1 ədəd stol örtüyü, 1 döşək, 2 ədəd yorğan sintifon, 2 ədəd paduşka, 3 ədəd pakrıval, 1 ədəd tül yataq otağı, 2 ədəd balaca paduşka, 4 ədəd əl-üz, 4 ədəd stəkan məhrəbası, 1 ədəd can məhrəbası, mətbəx üçün ayna tülü, 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 6 ədəd bıçaq, 2 ədəd aş qaşığı, 1 ədəd tort qaşığı, 12 ədəd balaca çəngəl, 10 ədəd çay qaşığı, 12 ədəd limon çəngəl, 6 ədəd qaşıq, 6 ədəd çəngəl, 10 ədəd dovğa çömçəsi, 1 ədəd tort götürmək üçün qaşıq, 1 ədəd taxta salat üçün, 1 ədəd aşsüzən, 1 ədəd böyük qazan və 1 ədəd balaca qazandan ibarətdir. Hesab edir ki, həmin əşyalar ona məxsus olan mənzildən çıxarılmalıdır. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, cavabdehlə oğlu arasında 31 mart 2022-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmışdır. Lakin, sözügedən nikah Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4626/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Buna baxmayaraq, cavabdehə məxsus cehiz əşyaları 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, **********20-05101-093047 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarış əsasında ona məxsus olan ünvan 1 ünvanında qalmaqdadır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, **********20-05101-093047 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. “İlkin mediasiya prosesindən iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-018533 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Abdullayeva (Mürsəlova) Nuray qızına mübahisə üzrə 19 sentyabr 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı 50 AZN mediasiya xərci və əlavə olaraq 5 AZN kargüzarlıq xərcini ödəmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4626/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 və X1 arasında 31 mart 2022-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 849 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehin keçmiş qaynatasıdır. Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı ilə iddiaçının oğlu X2 31 mart 2022-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuş, Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı toyundan sonra iddiaçıya məxsus ünvan 1 ünvanına gəlin köçmüş və ona məxsus cehiz əşyaları da həmin evin otaqlarına yığılmışdır. Lakin, cavabdeh 2023-cü ilin yanvar ayından iddiaçıya məxsus evdən çıxıb getmiş və cavabdehlə iddiaçının oğlu X2 arasında nikah Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4626/2023 nömrəli, 03 noyabr 2023cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda iddiaçı cavabdehin əşyalarının evdən çıxarılmasını istəyir.Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli mənzilin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı gəlin kimi iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanına gəlin köçmüş, iddia ərizəsində qeyd olunan cehiz əşyalarını həmin mənzilə yerləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılır. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüuququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. İş materialları ilə də müəyyən olunduğu kimi mübahisəli mənzil olan ünvan 1 ünvanı 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, **********20-05101-093047 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarış əsasında 2017-ci ildən bəri İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızının iddiaçının ailə üzvü olubolmaması məsələsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin qanuni sahibi olan İddiaçı ilə birlikdə mübahisəli mənzildən onun ailə üzvü kimi istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızının mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin qanuni sahibinin digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı İddiaçı ailə üzvü hesab olunmadığından Abdullayeva (Mürsəlova) Nuray Arzu qızının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə, həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı mübahisəli mənzilin qanuni sahibi olan İddiaçı ailə üzvü olmadığına görə onun mübahisəli mənzildə yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan yaşamaq hüququ yoxdur və ona məxsus əşyalar iddiaçının mənzilində qalmaqla sonuncunun mülkiyyət hüququndan daha rahat qaydada həyata keçirməyə maneələr yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, Abdullayeva (Mürsəlova) Nuray Arzu qızı hazırkı iş üzrə İddiaçı ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmə hüququ yaranmamışdır. Ona görə də cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızına məxsus olan və iddia ərizəsində göstərilən cehiz əşyaları İddiaçı məxsus olan ünvan 1 ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızına aşağıda qeyd edilən məxsus əşyalar:
1. 2 ədəd kamot,
2. 1 ədəd divan üstünün örtüyü ilə,
3. 1 ədəd qabaq stol və 6 ədəd oturaq stul - 6 ədəd örtüyü ilə,
4. 1 ədəd paltar şkafı,
5. 1 ədəd yataq kravatı və 2 ədəd tumbası,
6. 1 ədəd pastel üçün şkaf,
7. 1 ədəd sandıq,
8. qonaq otağı üçün çil-çıraq (lüstur) və 1 ədəd xalça,
9. 1 ədəd divar saatı,
10. pəncərə üçün pərdə və tül,
11. mətbəx üçün mebel,
12. yataq otağı üçün 1 ədəd naçnik və 1 ədəd çil-çıraq (lüstur),
13. 1 ədəd girəcək üçün çil-çıraq (lüstur),
14. 1 ədəd yataq otağı üçün 1 metr daroşka,
15. dəhliz üçün 1 ədəd daroşka,
16. yataq otağının pəncərə tülü və 1 ədəd mikrodalğalı soba (mikrovalnovka),
17. 1 ədəd ayaqqabı rəfi,
18. 3 ədəd - 1 dəst qazan,
19. 4 ədəd - 1 dəst qazan, 1 ədəd ləyən, 2 ədəd tava, 1 ədəd şirəli qazan,
20. 1 ədəd çaynik və dəm çayniki,
21. 1 ədəd limon sıxan,
22. 1 ədəd tyorka, 1 ədəd kofe çəkən, 6 ədəd stəkan və nəlbəki,
23. 6 ədəd limon və 6 ədəd rozetka,
24. 8 ədəd duz qabı, 18 ədəd bakal, 6 ədəd balaca rumka,
25. 1 ədəd mətbəx naboru,
26. 5 ədəd mətbəx məhrəbası,
27. 2 ədəd qazan örtüyü,
28. 3 ədəd paraşok qabı,
29. 1 ədəd tozsoran, 1 ədəd zibil qabı,
30. 1 ədəd ütü, 1 ədəd ütü stolu,
31. döşəmə üçün şotku və təmizlik vedrəsi,
32. 1 ədəd böyük vaza,
33. 2 ədəd meyvə qabı,
34. 2 ədəd konfet qabı,
35. 1 ədəd gül qabı,
36. 1 ədəd kompot qabı, 1 ədəd lampa,
37. 1 ədəd çamadan qaşıq dəsti,
38. 3 ədəd podnus,
39. 4 ədəd bulud,
40. 6 ədəd balaca kasa,
41. 4 ədəd böyük aş boşqabı,
42. 12 ədəd bozartma boşqabı,
43. 12 ədəd aş boşqabı,
44. 13 ədəd salat, 13 ədəd assorti boşqab,
45. 6 ədəd dovğa kasası,
46. 6 ədəd çaşka nəlbəki,
47. 4 ədəd salfet qabı,
48. 6 ədəd iri aş boşqabı, 6 bozartma və 6 aş qarası boşqabı,
49. 2 ədəd konfet qabı,
50. 1 ədəd dəm çayniki,
51. 6 ədəd nəlbəki,
52. 6 ədəd stəkan,
53. 6 ədəd rozetka,
54. 1 ədəd tort qabı,
55. 1 ədəd şirniyyat və 2 ədəd mürəbbə qabı,
56. 1 ədəd bulud qabı və 6 ədəd tort üçün qab,
57. 4 ədəd meyvə qabı, 2 ədəd konfet, 2 ədəd şirniyyat vazası,
58. 3 ədəd pastel dəst karobka,
59. 1 ədəd pastel, 1 ədəd pastel,
60. 1 ədəd stol örtüyü,
61. 2 ədəd işlənən pastel dəst,
62. 1 ədəd stol örtüyü, 1 döşək, 2 ədəd yorğan sintifon,
63. 2 ədəd paduşka, 3 ədəd pakrıval,
64. 1 ədəd tül yataq otağı, 2 ədəd balaca paduşka,
65. 4 ədəd əl-üz, 4 ədəd stəkan məhrəbası, 1 ədəd can məhrəbası,
66. mətbəx üçün ayna tülü,
67. 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 6 ədəd bıçaq, 2 ədəd aş qaşığı,
68. 1 ədəd tort qaşığı, 12 ədəd balaca çəngəl,
69. 10 ədəd çay qaşığı, 12 ədəd limon çəngəl,
70. 6 ədəd qaşıq, 6 ədəd çəngəl,
71. 10 ədəd dovğa çömçəsi,
72. 1 ədəd tort götürmək üçün qaşıq,
73. 1 ədəd taxta salat üçün,
74. 1 ədəd aşsüzən, 1 ədəd böyük qazan,
75. 1 ədəd balaca qazan İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Abdullayeva (Mürsəlova) Nuray Arzu qızından alınaraq, İddiaçı verilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov