Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5872/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun qanuni nümayəndəsi (qəyyumu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək onun qızı Cavabdeh xeyrinə təyin edilmiş aliment öhdəliklərindən azad edilməsi və qızının əlillik dərəcəsi ləğv edildiyi vaxtdan hazırkı vaxta kimi ödədiyi aliment pullarının ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3244/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmiş, iş icraata qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, bacısına məxsus Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 206-da tək yaşayır. Onun 62 yaşı var və o ümumi xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün səhhəti işləməyə imkan vermir. Beləliklə o, işləyə bilmədiyi üçün dolana bilmir. Eyni zamanda pensiya yaşına çatmadığı üçün pensiya almır. Onun heç bir yerdən gəliri yoxdur və o, yaşamaqda çox çətinlik çəkir. Qardaş-bacısının və qonşularının köməyi ilə birtəhər dolanır. Qohum-qardaşı nəinki ona maddi köməklik göstərir, həm də ona mənəvi və fiziki dayaq dururlar. Onlar öz aralarında pul yığaraq ona bazarlıq edir, evini təmizləyir, davadərmanlarını alır və onu xəstəxanalara aparıb-gətirirlər. Onun heç bir yerdən gəliri olmadığı və o özünü dolandıra bilmədiyi halda, bu azmış kimi qızlarından Cavabdeh əvvəllər İ-ci qrup əlil olduğu üçün onu məhkəməyə verərək onun saxlanılması üçün aliment təyin etdirmişdir. Hələ bu da azmış kimi yenidən məhkəməyə müraciət edərək sözügedən alimentin miqdarını artırmışdır. O, təyin edilmiş alimenti qonşularının köməkliyi ilə birtəhər ödəsə də, hazırda isə aliment ödəmək iqtidarında deyil. Aliment təyin edilərkən o, bu dərəcədə xəstə olmamışdır. Hazırda səhhətində ciddi problemlər var. Ona görə də o, heç bir yerdə işləyə bilmir. Pensiya almır və heç bir yerdən gəliri yoxdur. Qızı Cavabdeh İ qrup əlil kimi keçən ilə kimi pensiya alsa da, 1 ildir ki, qızı Cavabdeh əlillik dərəcəsi dayandırılmışdır. Ona yenidən əlillik dərəcəsi müəyyən olunmamışdır. Onun əlillik dərəcəsi ləğv edildiyi üçün ona təyin olunmuş aliment də ləğv edilməlidir. Buna görə də, o qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya iclasına gəlməmişdir. O məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdehin maddi yardıma ehtiyacı dövlət tərəfindən yetərincə ödənilir, hazırda cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən yaxşıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, Nümayəndə himayəsində olan Cavabdeh baxa bilmir, buna görə də Cavabdeh onun himayəsinə verilməlidir, bu halda o, aliment tələb etməyəcək. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdeh İ qrup əlil olduğundan əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlad kimi məhkəmə qətnaməsi ilə iddiaçıdan cavabdehin saxlanılması üçün cavabdehə aliment ödənilməsi qərara alınmış, həmin alimentin məbləği məhkəmə qətnaməsi ilə artırılmışdır. Hazırda cavabdehin əlillik dərəcəsi İ qrupdan İİ qrupa dəyişdirilmişdir. Odur ki, zərurət aradan qalxdığından cavabdehin İ qrup əlillik dərəcəsi ləğv edildiyi tarixdən bugünədək cavabdehə ödənilmiş aliment iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı 26 ildir ki, uşağına baxmır, atanın borcudur ki, uşağının qayğısına qalsın. Qızı Şəlalə əvvəllər İ qrup əlil olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vaxtında müraciət etmədiyindən onun əlillik dərəcəsi dəyişdirilərək İİ qrup olmuşdur. Hazırda uşağa baxdığı üçün işləyə bilmir, təyin olunmuş aliment də uşağın saxlanılması üçün kifayət etmir, həmin alimenti uşağın dərmanlarına xərcləyir. Qızı Şəlalə məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə o, qızı Şəlaləyə qəyyum təyin edilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İİ № 996073 saylı doğum haqqında şahadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.1998ci il tarixdə Şəmkirdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında İddiaçı, ana qrafasında isə Nümayəndə qeyd olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2599/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh saxlanması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-822/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli qətnaməsinin “İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməsi, həmin hissədə alimentin məbləğinin 130 manat müəyyən edilməsi, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1404/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə Nümayəndə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinin təmin edilməsi və xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmiş, qətnamənin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh üzərində qəyyum təyin edilməsi üçün əsas olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Şöhrət Ramiz oğluna verilmiş xx.xx.2022-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli müraciətə əsasən İddiaçı işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmış, arayışın etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 223 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Nümayəndə övladı Cavabdeh qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş-7706/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13-cü bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş-19646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13-cü bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Daha sonra müraciət əsasında xx.xx.2024-cü il tarixində yaşayış ünvanında müayinə olunmuş, təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında ona dair hissəvi reabilitasiya qərarı qəbul olunaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına İddiaçı Gəncə Onkoloji xəstəxanasında müayinə olunmasına dair xx.xx.2019-cu və xx.xx.2022-ci il tarixli “baş beynin nativ KT müayinə protokolları” əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********2 nömrəli, 19 noyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh Mərkəzi Filialdan 1-ci qrup əlil kimi 220 manat sosial müavinət, 130 manat təqaüd və X2 ona qulluğa görə 80 manat məbləğində təqaüd alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********9 nömrəli, 14 noyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Nümayəndə Mərkəzi Filialdan 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X3 (Şəmkir və Gədəbəy) **********2 nömrəli, 31 oktyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, vətəndaş Nümayəndə hüququ yarandığı tarixdən ömürlük 2-ci qrup ümumi səbəb əlilliyə görə 268,62 manat əmək pensiyası alır, halhazırda ödəniş davam etdirilir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini X11” publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs “Gəncə şəhər Təcili və X5 Şöbəsi”nin vəkilə verilmiş xx.xx.2022-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Gəncə şəhəri Nizami rayonu X9 küçəsi 86, ev 02 ünvanında yaşayan, Cavabdeh ondan ötrü ki, son bir ildə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Təcili və X5 şöbəsindən həmin ünvana heç bir çağırış olmamışdır. Həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü, Nümayəndə xx.xx.2022-ci il tarixdə saat 19:42-də və xx.xx.2022-ci il tarixdə 13:35-də X10 çağırılmışdır. xx.xx.2022-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi” və xx.xx.2022-ci ildə isə “nevrastemiya” diaqnozu qoyulmuş və yardım edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Təhsil İdarəsinin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 430 nömrəli, 12 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İsmayılova (Şükürova) Şəlalə Şöhrət qızına ondan ötrü ki, o, həqiqətən 2005/2006-cı tədris ilində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin azərbaycan bölməsi üçün birinci sinfinə qəbul edilmiş, 2015-2016-cı tədris ilində məktəbin onbirinci sinfini bitirmişdir. İş materiallarına Cavabdeh məxsus kompüter tomoqrafiyasını əks etdirən 2 ədəd disk əlavə edilmişdir. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı verilmiş uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilmişdir ki, onun vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh məxsus sosial arayışdan görünür ki, Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli müayinəsinə əsasən o ikinci dərəcə əlil olmaqla əlilliyinin səbəbi ümumi xəstəlikdir, əlilliyin təyin edilmə tarixi xx.xx.2024-cü ildir, əlilliyin müddəti isə müddətsizdir, əmək qabiliyyətsizdir. Həmçinin əsas diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik, ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları və ciddi davranış pozuntuları olmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi ilə müəyyən edilmiş alimentdən azad olmasını və aliment alan şəxsin əlillik dərəcəsi ləğv edildiyi vaxtdan məhkəməyə müraciət edilən vaxtadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilən aliment pulunun qaytarılmasını tələb edir. Ona görə də, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 80 və 112-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən müddəadan da göründüyü kimi, qanunvericilik aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilməsini yalnız 2 halla - tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halları ilə şərtləndirilmişdir. İddiaçı alimentdən azad olunması üçün 2 dəlil irəli sürür. Birincisi, iddiaçı hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü qızı Cavabdeh hər hansı xəstəliyi yoxdur, yəni qızı əmək qabiliyyətlidir. İddiaçı bu dəlilini onunla əsaslandırır ki, Cavabdeh İ qrup əlil kimi keçən ilə kimi pensiya alsa da, 1 ildir ki, onun əlillik dərəcəsi dayandırılmışdır. Ona yenidən əlillik dərəcəsi müəyyən olunmamışdır. Onun əlillik dərəcəsi ləğv edildiyi üçün ona təyin olunmuş aliment də ləğv edilməlidir. İkincisi, iddiaçı bildirir ki, onun maddi vəziyyətində dəyişikliklər olmuşdur. Bu dəlilini isə iddiaçı onunla əsaslandırır ki, o, təyin edilmiş alimenti qonşularının köməkliyi ilə birtəhər ödəsə də, hazırda aliment ödəmək iqtidarında deyil. Aliment təyin edilərkən o, bu dərəcədə xəstə olmamışdır. Hazırda səhhətində ciddi problemlər var. Ona görə də o, heç bir yerdə işləyə bilmir. Pensiya almır və heç bir yerdən gəliri yoxdur. İddiaçı, Cavabdeh əmək qabiliyyətli olmasını onun İ qrup əlil kimi keçən ilə kimi pensiya alması, lakin 1 ildir ki, onun əlillik dərəcəsinin dayandırılması və ona yenidən əlillik dərəcəsinin müəyyən olunmaması ilə əsaslandırsa da iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Cavabdeh, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Daha sonra müraciət əsasında xx.xx.2024-cü il tarixində yaşayış ünvanında müayinə olunmuş, təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında ona dair hissəvi reabilitasiya qərarı qəbul olunaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin işin digər halları ilə xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs olduğu müəyyən edilir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1404/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə Nümayəndə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinin təmin edilməsi və xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmiş, qətnamənin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh üzərində qəyyum təyin edilməsi üçün əsas olduğu qeyd edilmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 223 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Nümayəndə övladı Cavabdeh qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsi isə müəyyən edir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Bundan başqa, iddiaçı, maddi vəziyyətində dəyişiklik olması və səhhətində problemlərin olmasına görə işləyə bilməməsi əsası ilə alimentdən azad olunması barədə bundan əvvəl də məhkəmədə iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun alimentdən birdəfəlik azad olunması barədə iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə məhkəmə qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində işsiz olmasını və maddi vəziyyətinin ağır olmasını qeyd etsə də, həmin hallar onun övladının saxlanması üçün müəyyən edilmiş alimentdən azad olunmasına əsas vermir. Belə ki, əmək qabiliyyətli olmaması müəyyən olunmayan cavabdehin maddi vəziyyəti və (ya) əmək qabiliyyəti olmayan əhalisinə dövlət tərəfindən maddi dəstək göstərilməsi valideynin alimentin öhdəliyindən azad edilməsi üçün əsas hesab edilmir. Məhkəmə araşdırılması zamanı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra iddiaçının aliment borcundan azad edilməsi və ya aliment öhdəliklərinə xitam verilməsi üçün iddiaçının ailə və ya maddi vəziyyətində yuxarıda qeyd edilən halların olması müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı aliment ödəməkdən azad olunmasına əsas ola biləcək sübutlarını da məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi sübutlar onun alimenti ödəyə bilməyəcək qədər ağır xəstə olmasını təsdiq etmir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda və (ya) tərəflərin diqqətəlayiq başqa maraqları olduqda məhkəmə aliment ödəməli şəxsi aliment ödəməkdən azad edə bilər, bundan başqa aliment ödəməli olan şəxsə qarşı yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin iki davranış halında sonuncunun aliment tutulması barədə tələbi rədd edilə bilər: 1) qəsdən cinayət törətdikdə; 2) aliment ödəməli olan şəxsə qarşı və ya ailədə nalayiq davrandığı müəyyən edildikdə. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən sözügedən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin səhhətində, ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də aliment alan şəxsin mənafeyi nəzərə alınaraq, onun maddi tələbatlarının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5872/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5872/2024
10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver