Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5915/2023 23.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 oktyabr 2014-cü ildə doğulmuş X8 adlı uşağın müalicəsi üçün çəkmiş olduğu 815 manat əlavə xərcin 2/3 hissəsi olan 543 manat pulun və 55 manat mediasiya prosesi üçün çəkdiyi xərcin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-4491 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 03 oktyabr 2014-cü ildə doğulmuş X8 onun himayəsində saxlanılmışdır. Qızı Fatimə kiçik yaşlarından Xroniki tonzillit, Adenoidlərin hipertrofiyası xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2023-cü il tarixdə o, Fatiməni əməliyyat etdirmişdir. Bununla bağlı o, 40 manat həkim qəbuluna, 40 manat müayinələrə, 600 manat əməliyyata, 120 manat analizlərə, 20.60 manat, 15.69 manat, 18.70 manat dərmanlara, ümumilikdə 815 manat xərc çəkmişdir. Cavabdeh uşağa çəkdiyi əlavə xərclərdə könüllü olaraq iştirak etmədiyinə görə cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehin maddi imkanı yaxşıdır. Bundan başqa əməliyyat zamanı və ondan sonra uşaq sağalanadək əziyyətini o çəkmişdir. Buna görə cavabdehdən uşağa çəkilmiş xərclərin 2/3 hissəsinin tutularaq ona ödənilməsini istəyir. Bundan başqa cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Buna görə mediasiya prosesi üçün ödənişi o etmişdir. Həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 03 oktyabr 2014-cü ildə doğulmuş X8 adlı uşağın müalicəsi üçün çəkmiş olduğu 815 manat əlavə xərcin 2/3 hissəsi olan 543 manat pulun və 55 manat mediasiya prosesi üçün çəkdiyi xərcin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-4491 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarında olan nikah pozulmuş, 03 oktyabr 2014-cü ildə doğulmuş X8 iddiaçının himayəsində saxlanılmışdır. İddiaçının himayəsində olan uşağının saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 oktyabr 2014-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan X4 epikrizindən görünür ki, X8 adenoidektomiya ilə birlikdə tonzillektomiya əməliyyatı icra edilmişdir. İşdə olan X4 Döş qəfəsinin rentgen müayinəsindən görünür ki, X3 rentgenoloji olaraq ağciyərlərdə aktiv ocaqlı, infiltrativ və həcmli dəyişikliklər izlənilməmişdir. İşdə olan X1 analizindən görünür ki, X8 15 may 2023-cü ildə qan analizləri vermişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, X6 müalicə və müayinəsinə-həkim qəbulu üçün 40 manat, müayinələr üçün 40 manat, radyologiya xidməti üçün 40 manat, əməliyyat üçün 600 manat, dərmanlar üçün 20.60 manat və 18.70 manat ödənilmişdir. İşdə olan reseptlərdən görünür ki, X8 adlı uşağın müalicəsi üçün dərman preparatları yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-4491 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 03 oktyabr 2014-cü ildə doğulmuş X8 onun himayəsində saxlanılmışdır. X8 tez-tez anginadan burun tənəffüsünün çətinləşməsindən və onun nəticəsində xoruldama kimi şikayətlərlə X2 müraciət etmiş, 03 oktyabr 2014-cü ildə doğulmuş X7 adenoidlərin hipertrofiyası, xroniki tonzillit diaqnozu qoyularaq adenoidektomiya ilə birlikdə tonzillektomiya əməliyyatı icra edilmişdir. Həmçinin uşağın müalicəsi üçün dərman preparatları yazılmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının X8 adlı uşağa görə hər ay 543 manat vəsaitin təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş məbləğ tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin pul ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə uşağın müalicəsi üçün vəsait ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqi tapmadığını nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarında olan qəbzlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən X8 adlı uşağın əməliyyat xərcləri üçün 759.30 manat vəsait xərclənmişdir. Məhkəmə X8 adlı uşağın xəstə olmasını, həkim müayinələrinə və müalicəyə ehtiyaclarının olduğunu nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən X8 adlı uşağın müalicəsi üçün xərclənmiş 759.30 manat xərcin 379 manatının Cavabdeh tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X8 adlı uşağın müalicəsi üçün xərclənmiş vəsaitin 379 (üç yüz yetmiş doqquz) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5915/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5915/2023
23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver