Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5920/2025 01.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, hakim X2, İddiaçı Cavabdeh qarşı alimentin borcunun məbləğinin dəqiqləşdirilməsi, artıq hesablanmış məbləğin silinməsi və ödənilməli olan alimentin məbləğinin müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin borcunun məbləğinin dəqiqləşdirilməsi, artıq hesablanmış məbləğin silinməsi və ödənilməli olan alimentin məbləğinin müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahları pozulduqdan sonra qızları xx.xx.2016-ci il tarixdə doğulmuş Məmmədova Zeynəb və xx.xx.2018-ci il tarixdə doğulmuş Məmmədova Zəhranın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edillmiş alimentə görə toplanmış məbləğin dəqiqləşdirilməsi və artıq hesablanmış məbləğin silinməsini, konkret ödəməli olduğu alimentin məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunverciliklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Belə ki, iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı tələb olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirak etməli və həmin prosesdə iştirak etməsi ilə bağlı müvafiq təsdiqedici sənədi iddia ərizəsinə əlavə etdikdən sonra məhkəməyə müraciət etməli olduğu halda, həmin tələblərə riayət etmədən məhkəməyə müraciət etmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən mediasiya ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 26-cı maddəsinə əsasən nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçının Cavabdeh qarşı alimentin borcunun məbləğinin dəqiqləşdirilməsi, artıq hesablanmış məbləğin silinməsi və ödənilməli olan alimentin məbləğinin müəyyən edilməsi tələblərinə dair mülki iş üzrə mediasiya prosesində iştirakına dair tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin borcunun məbləğinin dəqiqləşdirilməsi, artıq hesablanmış məbləğin silinməsi və ödənilməli olan alimentin məbləğinin müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5920/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5920/2025
01.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver