Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5928/2023 24.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Cavabdeh1 ilə onun arasında 11 yanvar 2021-ci il tarixdə bağlanılmış mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehlərin ona məxsus evdən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Cavabdeh1 ilə onun arasında 11 yanvar 2021-ci il tarixdə bağlanılmış mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehlərin ona məxsus evdən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair xəbərdarlıq əlavə edilmiş olsa da, həmin xəbərdarlığın cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 691.2-ci maddəsinə əsasən yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin. Mülki Məcəllənin 696.1-ci maddəsinə əsasən əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin əsaslı mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şikayət verə bilər və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini davam etdirməyi tələb edə bilər. Ağır nəticələr əvvəlki otağın əvəzinə münasib yaşayış otağının məqbul şərtlərlə verilməsinin mümkün olmadığı halda da baş verir. Kirayəyə verənin əsaslı mənafeləri nəzərə alınarkən yalnız ləğvetməyə dair bildirişdə göstərilmiş əsaslar qəbul edilir, bu şərtlə ki, onlar sonradan yaranmış olmasın. Mülki Məcəllənin 696.2-ci maddəsinə əsasən bu Məcəllənin 696.1-ci maddəsində nəzərdə tutulan halda kirayəçi tələb edə bilər ki, hüquq münasibətləri bütün şərtlər nəzərə alınmaqla ağlabatan sayıla biləcək qədər davam etdirilsin. Əgər qüvvədə olan müqavilə şərtlərinə müvafiq surətdə hüquq münasibətlərinin davam etdirilməsi kirayəyə verən üçün mümkün deyildirsə, kirayəçi yalnız onların ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilməsini tələb edə bilər. Mülki Məcəllənin 696.3-ci maddəsinə əsasən əgər razılıq əldə edilmirsə, kirayə hüquq münasibətlərinin davam etdirilməsi və kirayə müddəti haqqında, habelə kirayənin davam etdirilməsi şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul edilir. Əgər kirayə hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi və ya onun ailəsi üçün ağır nəticələrə gətirib çıxarmasına əsas verən şərtlərin nə vaxt aradan qalxacağını ehtimal etmək mümkün deyildirsə, kirayə hüquq münasibətlərinin qeyri-müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilə bilər. Əgər razılığa və ya məhkəmə qərarına əsasən kirayə hüquq münasibətlərinin müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilmişsə, kirayəçi münasibətlərin həmin müddətdən əlavə davam etdirilməsini yalnız o halda tələb edə bilər ki, buna şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas versin və ya həmin münasibətlərin davam etdirilməsi müddətinin müəyyənləşdirilməsi üçün əsas götürüləcək və baş verməsi gözlənilən hallar baş verməsin. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Cavabdeh1 ilə onun arasında 11 yanvar 2021-ci il tarixdə bağlanılmış mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehlərin ona məxsus evdən məcburi qaydada çıxarılması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5928/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5928/2023
24.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver