Məhkəmə qərarları › İş №2(125)-6056/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6056/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6056/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay onun xeyrinə hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 140 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə mediasiyada uşaqların saxlanması üçün hər ay hər uşağa görə 70 manat məbləğində aliment ödənilməsi barədə aralarında barışıq sazişi bağlanmış, cavabdeh alimenti ödəsə də, lakin sosial yardım almaq üçün müraciət etdikdə ondan aliment kəsilməsi barədə məhkəmə qətnaməsi tələb olunmuşdur. Məhkəmə iclasında Cavabdeh mediasiyada bağlanmış barışıq sazişi üzrə alimenti ödədiyini göstərərək, iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər mediasiya prosesində birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanması üçün alimentlə bağlı qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışlar və həmin saziş mübahisələndirilməmiş, cavabdeh tərəfindən də icra edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçıya cavabdehin barışıq sazişini yerinə yetirmədiyi təqdirdə barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə üzrə mülki işə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar