Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6074/2025 09.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki iş üzrə sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iki uşağın saxlanması üçün Cavabdeh hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə yolverilməz əsaslarla məhkəməyə verildiyindən işin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər uşaqların ana himayəsinə verilməsinə və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 350 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi haqqında barışıq sazişi imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəlləsinin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, İddiaçı Cavabdeh mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinə əməl etmədiyi halda həmin barışıq sazişinin məcburi icrasına dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, Cavabdeh mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmədiyi halda həmin barışıq sazişinin məcburi icrasına dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ var. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6074/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6074/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver