Məhkəmə qərarları › İş №2(125)-6157/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6157/2025

17.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6157/2025 17.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 2017-ci il tarixdə xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;

312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Hazırkı iş üzrə ərizəçi eyni şəxsin “xəbərsiz itkin düşmüş hesab edilməsi” və “ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin hallar ayrıayrılıqda xüsusi icraat qaydasında araşdırılır və barələrində yekun məhkəmə aktı qəbul edilir. Eyni şəxsin həm ölmüş, həm də itkin düşmüş elan edilməsi mümkün olmadığı kimi, bu barədə ərizənin icraata qəbul edilərək araşdırılması mümkün olmadığından hazırkı iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ərizəçiyə izah edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra, xüsusi icraat qaydasında müəyyən olunmasını xahiş etdiyi halı dəqiq müəyyən etməklə yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi ” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar