Məhkəmə qərarları › İş №2(3-8)-94/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-94/2026

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-94/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X13 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-1149/2025 nömrəli qərardadından ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qanuni nümayəndəsi olduğu X5 atası 02 iyul 1997-ci il təvəllüdlü X3 23 yanvar 2025-ci ildə Ukrayna ərazisində gedən döyüş əməliyyatlarında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 rəsmi nikahından hal-hazırda hüquqlarını müdafiə etdiyi qızı xx.xx.2020-ci il təvəllüdlü X11 anadan olmuşdur. X7 ilə olan nikah Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-599/2021 saylı qətnaməsi ilə pozulmuşdur. X5 atası X1 Federasiyasına getmiş və həmin ölkədə olduğu müddətdə Rusiya Federasiyasının Ukrayna Respublikası ərazisində apardığı hərbi əməliyyatlarda iştirak etmək üçün ordu sıralarına yazılmış və döyüş əməliyyatlarının aparıldığı tanınmayan Donetsk Xalq Respublikası, Artemovskiy rayon, Krasnoye y.m ərazisində 23 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. X3 23 yanvar 2025-ci il tarixdə Ukrayna ərazisində döyüş tapşırığını yerinə yetirərkən dron hücumuna məruz qalaraq aldığı xəsarətlərdən vəfat etməsi ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən onun Rusiya Federasiyasında yaşayan ailə üzvünə rəsmi məlumatlandırma bildirişi də göndərilmişdir. Bundan sonra X3 23 yanvar 2025-ci il tarixdə vəfat etməsi ilə bağlı 01 fevral 2025-ci il tarixdə Stavropol diyarının Qraçevsk rayonu üzrə VVAQ İdarəsinin VVAQ şöbəsində qeyd edilməklə, Xantı Mansiysk MD-Yugra Nijnevartovsk şəhər administrasiyasının VVAQ idarəsi tərəfindən 07 aprel 2025-ci il tarixdə ölüm haqqında şəhadətnamə işlənib hazırlanmışdır. X5 atası X3 məzarının foto şəklini və hərbi əməliyyatlarda iştirakını təsdiq edən digər fotoşəkillərini ərizəyə əlavə edir. Hal-hazırda hüquqlarını müdafiə etdiyi X5 ailə başçısını itirməyə görə sosial müavinət alması üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan imtina cavabı verilərək Ədliyyə Nazirliyinin elektron informasiya bazasında mərhum X3 ölüm faktının aşkar edilmədiyindən X8 ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra yuxarıda qeyd etdiyi ölüm haqqında şəhadətnamənin əsli ilə Maraqlı şəxsnə müraciət etmiş, ona Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edən şəxslərin ölümünün Rusiya Federasiyasından verilən sənədlər əsasında qeydə alına bilməməsi barədə məlumat verilmiş, o cümlədən rəsmi şəkildə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmaması səbəbindən qeydiyyat şöbəsində ərizənin icrasının mümkün olmadığı və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. X3 Ukrayna ərazisində döyüş əməliyyatlarında vəfat etdiyindən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsi onun imkanları xaricindədir. X3 ölməsi faktının müəyyən edilməsi ona ailə başçısını itirməyə görə sosial müavinət almaq üçün lazımdır. X3 23 yanvar 2025-ci il tarixdə Ukrayna ərazisində aparılan döyüş əməliyyatlarında vəfat etməsi faktını ərizəyə əlavə etdiyi fotoşəkillər, rəsmi qaydada tanınmayan ölüm haqqında şəhadətnamə, o cümlədən Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi hissəsi tərəfindən verilən bildiriş təsdiq edir. X3 ölməsi faktını başqa qaydada təsdiq etdirə bilmədiyi və bu faktın təsdiq olunması onaə sosial müavinətin alınması üçün lazım olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qusar Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 2(029)-1149/2025 saylı qərardadı ilə (hakim Anar Qasmov) ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə işin icraatına xitam verilmiş, ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət etmək hüquqları izah edilmişdir. Ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilib işə mahiyyəti üzrə baxılmasının davam edirilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli 2(029)-1149/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 2(029)-1149/2025 saylı qərardadının ləğv edilməsi, işin məhkəmə hazırlıq iclasının 19 dekabr 2025-ci il tarixə saat 10:00-a təyin edilməsi qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2(029)-1149/2025 saylı qərardadı ilə (hakim Anar Qasımov) ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə işin icraatına xitam verilməsi, ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 02 iyul 1997-ci il təvəllüdlü X3 23 yanvar 2025-ci il tarixdə Ukrayna ərazisində gedən döyüş əməliyyatlarında ölməsi faktı rəsmi qeydə alınmaqla müvafiq ölüm haqqında şəhadətnamə ilə rəsmiləşdirildiyindən həmin şəxsin ölüm faktının müəyyən edilməsinə zərurət yoxdur və belə olan halda, hazırkı işə məhkəmədə baxıla bilməz. Bundan başqa ərizəçinin qeyd edilən faktın müəyyən olunmasının zəruriliyini ailə başçısını itirməyə görə sosial müavinətin təyin olunmasından irəli gəldiyi ilə əsaslandırmışdır. İşin materiallarından da görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını 16 iyul 2025- ci il tarixli məktubu ilə Ədliyyə Nazirliyinin elektron informasiya bazasında mərhum X3 ölüm faktı aşkar edilmədiyindən ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi mümkün olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizəçi həmin marağının təmin olunması üçün Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş X3 ölümü haqqında şəhadətnamə əsasında müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qusar Rayon məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2(029)-1149/2025 saylı məhkəmə qərardadının ləğv edilib işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəçi X5 qanuni nümayəndəsi Ərizəçi şikayəti onunla əsaslandırılmışdır ki, X5 atası X1 Federasiyasına getmiş və həmin ölkədə olduğu müddətdə Rusiya Federasiyasının Ukrayna Respublikası ərazisində apardığı hərbi əməliyyatlarda iştirak etmək üçün ordu sıralarına yazılmışdır. O, 23 yanvar 2025-ci il tarixdə döyüş əməliyyatlarının aparıldığı tanınmayan Donetsk Xalq Respublikası, Artemovskiy rayon, Krasnoye y.m ərazisində vəfat etmişdir. X3 23 yanvar 2025-ci il tarixdə vəfat etməsi ilə bağlı 01 fevral 2025-ci il tarixdə Stavropol diyarının Qraçevsk rayonu üzrə VVAQ İdarəsinin VVAQ şöbəsində qeyd edilməklə, Xantı Mansiysk MD-Yugra Nijnevartovsk şəhər administrasiyasının VVAQ idarəsi tərəfindən 07 aprel 2025-ci il tarixdə ölüm haqqında şəhadətnamə işlənib hazırlanmışdır. Qeyd edilən ölüm haqqında şəhadətnamə ilə X8 ailə başçısını itirməyə görə sosial müavinət almaq üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan ona imtina cavabı verilərək, Ədliyyə Nazirliyinin elektron informasiya bazasında mərhum X3 ölüm faktının aşkar edilmədiyindən X8 ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd edilən ölüm haqqında şəhadətnamənin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin elektron informasiya bazasına daxil edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Ona qeyri-rəsmi olaraq Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edən şəxslərin ölümünün Rusiya Federasiyasından verilən sənədlər əsasında qeydə alına bilməməsi barədə məlumat verilmiş, o cümlədən rəsmi şəkildə imtina məktubu verilməklə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmaması səbəbindən qeydiyyat şöbəsində ərizəsinin icrasının mümkün olmadığı və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Yəni Rusiya Federasiyası tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə tanınmamışdır. Ona görə də o, ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Qusar Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə xitam qərardadı qəbul edilərək Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 02 iyul 1997-ci il təvəllüdlü X3 23 yanvar 2025-ci il tarixdə Ukrayna ərazisində gedən döyüş əməliyyatlarında ölməsi faktı rəsmi qeydə alınmaqla müvafiq ölüm haqqında şəhadətnamə ilə rəsmiləşdirildiyindən həmin şəxsin ölüm faktının müəyyən edilməsinə zərurət olmadığı və belə olan halda hazırki işə məhkəmədə baxıla bilmədiyi qeyd edilmişdir. Məhkəmə gəldiyi nəticəni “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 12-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki Ukrayna Respublikası ərazisində ölən şəxsə Rusiya Federiyasının orqanlarının ölüm haqqında şəhadətnamə verməsi məhkəmənin özünün istinad etdiyi Konvensiyada qeyd edilmiş “səlahiyyətli orqan” anlayışına ziddir. Ukrayna Respublikası ərazisində ölən şəxsə Ukrayna Respublikasının səlahiyyətləri orqanları tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə məhkəmənin istinad etdiyi Konvensiyada nəzərdə tutulmuş sənəd kimi dəyərləndirilə bilərdi. Göründüyü kimi Qusar Rayon Məhkəməsi Ukrayna ərazisində vəfat edən şəxsə Rusiya Federasiyası ərazisində verilən ölüm haqqında şəhadətnamənin Azərbaycan Respublikası ərazisində qəbul edilən rəsmi sənəd olması qənaətinə gəlmişdir. Lakin bu hal onun problemini həll etmir, ona görə ki, fakt odur ki, o, həmin ölüm haqqında şəhadətnaməni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin elektron informasiya bazasına daxil etdirə, tanıda bilmir. Məhkəmənin izah etdiyi kimi o, DSMF-nin müvafiq qurumunu inzibati məhkəməyə versə də, ölüm haqqında şəhadətnamə Ədliyyə Nazirliyinin elektron məlumat bazasında əks olunmadığı, yəni Azərbaycan Respublikasında tanınmadığı müddətcə sosial müavinətin alınması da mümkün deyildir. Hətta o, daha dolğun və rəsmi cavablar almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə rəsmi şəkildə müraciət edərək və həmin qurumdan gələn cavabı əldə edənə qədər xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını da məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə müdafiə hüququnu tamamilə məhdudlaşdıraraq işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam vermişdir. O, məhkəməyə təqdim etdiyi şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı “Qaydalarının 8.5-1-ci bəndinin tələblərinə də istinad etmişdir. Həmin normanın tələbinə görə Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Həmin normanın tələbinə görə ölüm haqqında tibbi şəhadətnaməni, o cümlədən ölüm haqqında şəhadətnaməni verməyə səlahiyyətli orqanın ölümün baş verdiyi Ukrayna Respublikası olduğu və yalnız bu halda qeydiyyat orqanı həmin sənədi rəsmi sənəd kimi qəbul edə biləcəyi xatırladılmışdır. Ölüm hadisəsi Ukrayna ərazisində baş verib, lakin Ukrayna dövlətinin həmin əraziləri hal-hazırda işğal altındandır və belə bir vəziyyətdə o, həmin dövlətdən ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə ala bilməz. Çünki ölümün baş verdiyi ərazi üzərində Ukrayna Respublikasının hal-hazırda suverenliyi bərpa olunmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən isə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Göründüyü kimi hazırki iş hüquqi əhəmiyyəli faktın müəyyən edilməsi ilə bağlıdır və o rəsmi şəkildə tanınan ölüm haqqında tibbi şəhadətnaməni, o cümlədən ölüm haqqında şəhadətnaməni Ukrayna ərazisində aparılan müharibə səbəbindən, hamıya məlum olan hallar səbəbindən başqa qaydada əldə edə bilmir, ona görə də məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə ölüm haqqında şəhadətnamə olduğunu əsas gətirərək mənim ərizəsinə baxmayaraq həmin işin icraatına xitam etmişdir. Qusar Rayon Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, 2(029)-1149/2025 saylı qərardadı ilə (hakim Əli Cəlilov) şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2(029)-1149/2025 saylı qərardadı və həmin qərardadla bağlı 05 yanvar 2026-cı il tarixli, 2(029)-1149/2025 saylı qərardad ləğv edilməli, sonrakı prosessual hərəkətlərin aparılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1997-ci ildə Qusar rayonu, Minaxür kəndində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında aktı qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 arasında olan nikah Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il atrixli, 2(029)-599/2021 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə doğulmuş X5 anası X7, anası X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin elektron informasiya bazasında mərhum X3 ölüm faktı aşkar edilmədiyindən ovladı X9 ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-15/8-15- 434/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi Qeydiyyat və reyestr idarəsi Əhalinin dövlət reyestri və vətəndaşlıq vəziyyəti şöbəsinin məktubundan görünür ki, Mamaliyev Şahinin ölüm haqqında şəhadətnaməsinin Azərbaycan Respublikasında tanınıb-tanınmaması barədə məlumat verilməsi xahiş edilmiş, müraciətə cavab olaraq qeyd edilmişdir ki, X3 öldüyü yer Rusiya Federasiyasının Donetsk Xalq Respublikası göstərildiyindən və ölüm Stavropol diyarının Qraçevks rayonu üzrə VVAQ idarəsində qeydə alındığından adıçəkilən ölüm faktının müəyyən edilməsi və öldüyü yerin Ukrayna ərazisi kimi qeyd edilməsi məsələsinə məhkəmə qaydasında baxılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X5 qanuni nümayəndəsi Ərizəçi övladına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar müvafiq dövlət qurumuna müraciət etmiş, Ədliyyə Nazirliyinin elektron informasiya bazasında mərhum X3 ölüm faktı aşkar edilmədiyindən (qeyd edilən ölüm haqqında şəahdətnamə əsasında) sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Bundan sonra Maraqlı şəxsnə müraciət edilmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Beləliklə, göründüyü kimi müvafiq sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmədiyindən, buna müvafiq olaraq da X3 ölümün qeydə alınması mümkün olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Məhkəmə kollegiyası şikayəti əsaslı hesab edərək qeyd edir ki, X3 ölüm faktı məhkəmə qaydasında müəyyən edilməli olduğu halda, birinci instansiya məhkəməsinin ərizəyə məhkəmə icraatı qaydasında baxıla bilməməsi əsası ilə iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticədə əsaslı olmamışdır. Buna görə də şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2(029)-1149/2025 saylı qərardadı və həmin qərardadla bağlı 05 yanvar 2026-cı il tarixli, 2(029)-1149/2025 saylı qərardadı ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 39.8.2, 400, 402.2.4,405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2(029)-1149/2025 saylı qərardadı və həmin qərardadla bağlı 05 yanvar 2026-cı il tarixli, 2(029)-1149/2025 saylı qərardadı ləğv edilsin. Mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar