Məhkəmə qərarları › İş №2(125)-6260/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6260/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6260/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İsmayılova İddiaçı Cavabdehn qarşı «aliment məbləğinin dəyişdirilərək azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 652/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində ondan tutulan 160 manat aliment miqdarının dəyişdirilərək hər ay 100 manat həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun mərhum arvadı X2 bacısıdır. Belə ki, o, mərhum X7 ilə 2007-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Nemət adlı uşaq anadan olmuşdur. Daha sonra onunla X.V.Məmmədova arasında olan ailə münasibətləri pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(104)-668/2013 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan 93 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. X7 xx.xx.2021-ci il tarixdə «Covid-19» virusuna yoluxaraq vəfat etmişdir. X.V.Məmmədova ilə onun birgə nikahından doğulmuş Nemət adlı uşaq isə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 73 nömrəli sərəncamı əsasında hazırda cavabdeh olan həmin uşağın xalası Cavabdeh qəyyumluğuna verilmişdir. Daha sonra Cavabdeh alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-652/2023 saylı qətnaməsi əsasında ondan hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə onun anası X4, xx.xx.2023-cü il tarixdə isə atası X16 vəfat etdiyindən başı qarışıq olmuş, sözügedən qətnaməsindən narazı olsa da, apellyasiya şikayəti verə bilməmişdir. O, mərhum arvadı ilə aralarında olan nikah münasibətlərinin başa çatmasından sonra xx.xx.2011-ci il tarixdə yenidən nikaha daxil olmuş bu nikahdan da onun Xalidə və Xədicə adında 2 uşağı doğulmuşdur. Hazırda öhdəsində 4 nəfərlik ailəsi vardır, arvadı heç bir yerdə işləmir, o, özü isə «Sem San» şirkətində metal bişirən kimi çalışaraq vergilər və digər xərclər çıxıldıqdan sonra cəmi 382 manat əmək haqqı alır. O, aldığı əmək haqqının təxminən yarısı miqdarında, yəni 160 manat aliment ödəyir. Bundan sonra qalan 222 manat məbləğində pul vəsaiti ilə özünün, arvadının və 2 uşağının maddi ehtiyaclarını təmin edir. O, ailəsinin maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, bacısı Xatirə xx.xx.2021-ci ildə «Covid 19» virusuna yoluxaraq ölmüşdür. Bacısı öləndən sonra bacısının oğlu Nemət onun qəyyumluğuna verilmişdir və hazırda onun yanında yaşayır. İddiaçı həmin uşağın maddi və mənəvi qayğıları ilə heç vaxt maraqlanmamış, yalnız öz mənafeyi naminə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 15 yaşı vardır və buna görə də N.İddiaçı təhsilinə, geyiminə, qidasınına, eləcə də digər tələbatlarının ödənilməsinə yüksək vəsait sərf olunur. İddiaçı isə cəmi 160 manat, yəni həmin uşağın xərclərinin az bir hissəsinə yetəcək qədər aliment verməsinə bamayaraq, həmin alimentin də məbləğinin azaldılmasını məhkəmədən tələb edir. Halbuki, uşaqları saxlamaq, onların bütün maddi və mənəvi tələbatlarını ödəmək valideynlərin vəzifəsidir. X3 üzərində qəyyum təyin olunması isə N.İddiaçı valideyn vəzifələrindən azad etmir. İddiaçı sonradan nikaha girməsinə və himayəsində əlavə 2 uşağının olmasına istinad etsə də, həmin hallar X6 yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olmamalıdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-652/2023 saylı qətnaməsinin surətindən görünür ki, 09 sentyabr 2008-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli 2(104)-668/2013 nömrəli qətnaməsi əsasında tutulan 93 manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 bacısı oğlu xx.xx.2008-ci ildə anadan olmuş X9 qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 693295 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X10 arasında olan olan 01 noyabr 2011ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 742 nömrəli ilə qeydə alınmışdır. İşdə olan AZ-İİ seriyalı 735728 nömrəli və AZ-İİİ seriyalı 408093 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.2011-ci ildə, X12 xx.xx.2014-cü ildə anadan olmuşdur. Həmin uşaqların atası İddiaçı, anası X5r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı «SEM SAN» şirkətində metal bişirən işləyir və aylıq 420 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin mqdarının dəyişdirilməsinə əsas ola bilər. Lakin məhkəmə araşdırması zamanı qətnamə üzrə aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində alimentin miqdarının azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməsi müəyyən olunmamışdır. Belə ki, valideynin qazancının olmaması təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də məhkəmə iddiaçının məhkəmə iclasında iddianın əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının iddianın əsası kimi göstərdiyi qeyd olunan xüsusat X3nun maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Bundan başqa, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zamanda iddiaçının uşağına da şamil olunur. Uşaqların saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı 160 manat yaşayış minimumundan da aşağıdır. O cümlədən alimentin miqdarına dair məsələ müzakirə olunarkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və uşağa qulluq etməsi diqqətəlayiq mənafe kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığından, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçıdan tutulan məbləğin əvvəlki miqdarda saxlanılması məqsədəmüvafiqdir və buna görə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilərək azaldılması tələbi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar